31.07.2025, 08:31
135 baxış
Lamiyə
Məşhur televiziya ulduzunda xərçəng aşkarlandı
Amerikanın "The Real Housewives of Dallas" realiti-şousunun ulduzu D'Andra Simmons xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb.
Medianews.az xəbər verir ki, bu barədə o, İnstaqram hesabında yazıb.
"Məndə süd vəzisi xərçəngi var. Ailəmdə anam tərəfdən sinə xərçəngi diaqnozu qoyulan üçüncü qadınam..." Simmons yazıb.
Televiziya ulduzu əməliyyatdan əvvəl xəstəxana palatasında çəkilmiş şəklini də yayımlayıb. Əməliyyatın necə keçdiyi hələlik açıqlanmayıb.
Medianews.az