Medianews.az
Videosuna görə komandadan <span style=color:red> uzaqlaşdırıldı
114 baxış

Videosuna görə komandadan uzaqlaşdırıldı

Mönhenqladbax "Borussiya"sının rəhbərliyi yarımmüdafiəçi Florian Noyhausu məzuniyyətindən çəkilmiş videoya görə əsas komandada oynamağı dayandırıb. Medianews.az verir ki, bu barədə klubun saytı məlumat yayıb. Cəza müddəti bir aydır. Bu müddət ərzində 28 yaşlı futbolçu gənclərdən ibarət komanda ilə məşq edəcək. Yarımmüdafiəçi də cərimə ödəyəcək. "Borussiya" Noyhausun davranışının kluba ziyan vurduğunu bildirib. Məlumata görə, buna səbəb futbolçunun sərxoş halda yerləşdirdiyi video olub. Videoda Neuhaus azarkeşləri ilə danışaraq, aldığı maaşı ələ salıb və klubun idman direktoru Roland Virkusu dünyanın ən pis meneceri adlandırıb. Medianews.az

Bizə qoşulun