Medianews.az
Nadir xəstəlik 27 yaşlı oğlanın üzünü <span style=color:red>eybəcərləşdirdi
140 baxış

Nadir xəstəlik 27 yaşlı oğlanın üzünü eybəcərləşdirdi

Braziliyada memar Fabio Zava uşaq ikən nadir xərçəng növü olan rabdomiyosarkoma diaqnozu qoyulub. Medianews.az xəbər verir ki, xəstəlik onun üzünü eybəcərləşdirib. Bu xərçəng növü adətən böyüklərdə deyil, uşaqlarda olur. Üstəlik, özünü ilk növbədə şiddətli ağrı ilə tanıdır. Məhz bu simptomla Zavanın valideynləri onu xəstəxanaya gətiriblər. Əvvəlcə braziliyalı çənəsindəki narahatlığın diş problemlərinin nəticəsi olduğunu düşünsə də, biopsiya onun rabdomiyosarkoma olduğunu göstərib. Həkimlər xəstəni remissiyaya gətiriblər. lakin bunun üçün standart kimyaterapiyadan əlavə, o, alt çənəsini çıxarmalı oub. Yalnız indi, 27 yaşında kişi çənəsini bərpa etmək niyyətindədir. Yerli cərrahlardan biri ona kömək etmək qərarına gəlib. Həkimi pul yığmağa başlayan, lakin lazımi məbləği toplaya bilməyən Zavanın hekayəsi təsir edib. Medianews.az

Bizə qoşulun