O qeyd edib ki, Rusiyanın dövlət agentliyinin bu xəbəri adının çəkilməsini istəməyən mənbəyə istinadən yayılıb: “Həmin mənbənin Kremldən olduğu aşkardır. Kremlin “RİA Novosti” vasitəsilə Bakıya göndərdiyi mesajı belə oxumaq lazımdır: “Azərbaycanın Rusiyanın Ukraynadan qopardığı bölgələri, o cümlədən Krımı Rusiya ərazisi kimi tanımasını istəyirik”. Ötən ilin dekabrında Rusiya səmasında Azərbaycanın mülki təyyarəsini raketlə vurduğuna və vətəndaşlarımızı öldürdüyünə görə Azərbaycandan üzr istəməyən, günahkarları cəzalandırmayan Kreml hələ bizdən Ukraynanın işğalını tanımamızı istəyir”.
E.Şahinoğlu vurğulayıb ki, bu heç zaman mümkün olmayacaq: “Belə olan halda Kremldən, rusiyalı rəsmilərdən, deputatlardan, diplomatlardan Azərbaycana münasibətdə əvvəlkitək təxribatlar gözləməliyik. Maraqlıdır, Kreml bu “istəyini” ilk dəfə Azərbaycanın adını çəkərək səsləndirib. Kreml eyni istəyinin yerinə yetirilməsini strateji tərəfdaş adlandırdığı dövlətlərdən, o cümlədən Çindən də gözləyirmi? Kreml Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyi üzvlərindən də Krımı Rusiya ərazisi kimi tanımasını istəyirmi? Başqalarını bilmirəm, Azərbaycan Xarici İşlər Nazirliyi “RİA Novosti”nin təxribatçı xəbərini cavabsız qoymamalıdır”.
Nailə Qasımova,
Medianews.az
11.06.2025, 08:01
141 baxış
Azad
Rusiyanın dövlət agentliyinin Azərbaycana verdiyi mesaj - “Cavabsız qoyulmamalıdır” - Politoloq
“Rusiyanın “RİA Novosti” agentliyinin “Moskva Bakının Rusiyanın yeni regionları və Krımı tanımasına ümid edir” xəbəri Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinskinin son müsahibəsində Qarabağı “mübahisəli ərazi” kimi adlandırmasının təsadüfi, yəni dil sürüşməsi olmadığını göstərir”. Politoloq Elxan Şahinoğlu Medianews.az-a açıqlamasında belə deyib.

Paylaş: