29.05.2025, 11:59
143 baxış
Nailə
İzmirdə Müstəqillik Günü tədbiri keçirildi
İzmirdə 28 May Azərbaycanın Müstəqillik Günü münasibətilə bayram tədbirləri kiçirilib.
Axar.az xəbər verir ki, Bornova bələdiyyəsi, Türkiyə-Azərbaycan Dərnəkləri federasiyası, İzmirdəki Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin təşkil etdiyi tədbir Bornovanın Atatürk parkında baş tutub.
Azərbaycanlı aktrisa Roza İbadova Kocamazın aparıcısı olduğu tədbirdə Azərbaycan və Türkiyədən bir sıra məşhurlar iştirak edib.
Tədbirdə Azərbaycanın xalq artisti Əlixan Səmədov, müğənni Rəvanə Qurbanova bə bir sıra azərbaycanlı sənətçilər çıxış ediblər.