15.05.2025, 10:30
111 baxış
Nailə
Ehtiyatsızlıqdan arvadını tir tüfəngi ilə vurdu
Goranboyda 2001-ci il təvəllüdlü Nəzrin Xudaverdiyeva tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Dəyirmanlar kəndində qeydə alınıb.
Araşdırmalar zamanı N. Xudaverdiyevaya tir tüfəngi ilə ehtiyatsızlıqdan atəş açaraq xəsarət yetirən şəxsin onun həyat yoldaşı olduğu müəyyənləşib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.