Məsələni Medianews.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə vurğulayıb ki, son günlər Köçəryan və Sərkisyan fəallaşıb, bu isə baş nazir Nikol Paşinyanı da hərəkətə gətirib: “Göründüyü kimi, Paşinyan hər iki sabiq prezidenti seçkidən uzaqlaşdırmağı planlaşdırır. Halbuki onların cinayətləri var idisə, bir neçə il bundan əvvəl həbs edilməli idilər. Görünür, Paşinyan öz siyasi məqsədləri üçün məsələni indiyə saxlayıb. Təbii ki, Paşinyan Köçəryanı bir dəfə həbs etdirmişdi. İndi yenidən onu həbsə göndərməyə hazırlaşır. Maraqlı tərəfi isə Sərkisyanın həbs edilməsi olacaq. Çünki Sərkisyan 2018-ci ildə hakimiyyəti təhvil verəndə özünün təhlükəsizliyinə təminat alıb. Son aylarda Sərkisyanın aktivliyi əldə olunan razılaşmanın pozulmasına gətirib çıxaracaq.
Ümumiyyətlə, Köçəryanla Sərkisyanın həbsi Ermənistanda siyasi vəziyyətin normallaşmasına və Paşinyanın Azərbaycanla sülh müqaviləsi bağlaması istiqamətində atacağı addımlarda problemlərin aradan qalxmasına səbəb olacaq. Köçəryanla Sərkisyan sülhün əleyhinədir və Rusiya ilə təmaslar qurmaqla hakimiyyətə gəlməyə çalışırlar”.
Medianews.az qeyd edir ki, Robert Köçəryan 1997-ci ildən Ermənistanda baş nazir, 1998-ci ildən prezident postlarını tutub. Onun dövlət başçısı olduğu vaxt, 2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkisində hakimiyyət baş nazir Serj Sərkisyana ötürülüb. Müxaliflər paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.
Serj Sərkisyan 2008 və 2013-cü illərdə Ermnistanın prezidenti seçilib. 2007-ci ildən Ermənistan Respublikaçılar Partiyasının sədridir. O, 2018-ci il aprelin 9-dək prezident postunu tutub, aprelin 17-si parlamentdə baş nazir seçilib və prezident sərəncamı ilə bu posta təsdiqlənib, ancaq aprelin 23-də xalq etirazlarına görə istefa verməyə məcbur olub.
2018-ci ildə Serj Sərkisyan hakimiyyəti çökəndən sonra 2008-ci ilin 1 mart hadisələri üzrə istintaq yenilənib. Xüsusi İstintaq Xidməti Robert Köçəryanı 1 mart 2008-ci il qırğınının istintaqına cəlb edib, 2018-ci il iyulun 26-da ona cinayət işi qaldırıb. Sabiq prezident dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilib.
2018-ci il iyulun 27-də Robert Köçəryan 2 ay müddətinə həbs edilib, avqustun 13-də azadlığa buraxılıb. Həmin il dekabrın 7-də Robert Köçəryan yenə tutulub, 2019-cu il mayın 18-də pul girovu ilə azadlığa çıxıb. 2019-cu il iyunun 25-də Robert Köçəryan yenidən həbs edilib, sentyabrın 12-də mühakimə prosesi başlayıb.
Ermənistanın Apellyasiya Məhkəməsi 2020-ci il iyunun 18-də Robert Köçəryanın pul girovu müqabilində azadlığa buraxılması barədə qərar verib. İyunun 19-da sabiq prezident azadlığa buraxılıb.
2021-ci il aprelin 6-da konstitusiya quruluşunu zorla dəyişdirmə ittihamı ilə cinayət təqibi dayandırılıb. Qərar Konstitusiya Məhkəməsinin 26 mart 2021-ci il qərarına əsaslanıb. Həmin qərarla Ermənistan Cinayət Məcəlləsinin dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə görə məsuliyyət müəyyən edən 300.1-ci maddəsi ölkə konstitusiyasına zidd sayılıb.
Nikol Paşinyan baş nazir kürsüsünə 2018-ci il mayın 8-də dinc inqilabın lideri kimi oturub. 2018-ci il dekabrın 9-da keçirilmiş parlament seçkisini onun “Mənim addımım” bloku, 2021-ci il iyunun 20-də keçirilmiş parlament seçkisini sədrlik etdiyi Vətəndaş Sazişi Partiyası udaraq hökumət qurub.
Ermənistan parlamenti proporsional üsulla (partiya siyahıları üzrə) seçilir. Mandat almaq üçün minimal baryer 5-7 faiz arasında dəyişir. İndiki parlamentdə Nikol Paşinyanın liderlik etdiyi Vətəndaş Sazişi Partiyasının 69, lideri Robert Köçəryan olan Ermənistan blokunun 28, lideri Serj Sərkisyan olan “Qürurluyam” blokunun isə 6 mandatı var.
Toğrul Əli,
Medianews.az
08.05.2025, 12:46
183 baxış
Azad
Paşinyan Köçəryanla Sərkisyanı həbs etdirməyə hazırlaşır
Ermənistan hökuməti 2008-ci il martın 1-də prezident seçkilərinin nəticələrinə etiraz edən xalqa qarşı Robert Köçəryan və Serj Sərkisyanın ordudan istifadə etməsini, cinayət törətməsini yenidən gündəmə gətirib.
Parlamentin sədri Alen Simonyan deyib ki, 2008-ci ilin 1 mart hadisələrini prokurorluq araşdırır. O, qeyd edib ki, cinayəti törədən Köçəryan və Sərkisyan qanun qarşısında cavab verəcək.

Paylaş: