Medianews.az
Bakıda anası ilə dalaşan oğlan<span style=color:red> itkin düşdü
106 baxış

Bakıda anası ilə dalaşan oğlan itkin düşdü

Bakıda yeniyetmə oğlan itkin düşüb. Lent.az xəbər verir ki, Nizami rayonu Babək prospektində yaşayan 16 yaşlı Əhmədov Maarif Nicat oğlu mayın 5-də evdən çıxaraq, bir daha geri qayıtmayıb. Bu barədə onun anası polisə müraciətində bildirib. Məlumata görə, oğlu itkin düşməzdən əvvəl anası ilə ailə-məişət zəminində mübahisə edib. Hazırda Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi tərəfindən yeniyetmənin axtarışları aparılır.

Bizə qoşulun