Medianews.az
Nazirlik incəsənət təhsilində “məktəb” qurmağa başlayıb - <span style=color:red>Ekspert
130 baxış

Nazirlik incəsənət təhsilində “məktəb” qurmağa başlayıb - Ekspert

Mayın 5-də Mədəniyyət Nazirliyi musiqi müəllimlərinin sertifikatlaşdırılması ilə bağlı ilkin təhlil və müzakirə tədbiri keçirib. Tədbirdə iştirak etmiş təhsil eksperti Kamran Əsədov Medianews.az-a açıqlamasında deyib ki, nazirlik ilk dəfədir sistemli şəkildə musiqi və incəsənət təhsilində keyfiyyətin ölçülməsi, müəllim fəaliyyətinin qiymətləndirilməsi və təhsil müəssisələrinin real vəziyyətinin diaqnostikasına start verib: “Bu, sözün əsl mənasında illərlə toxunulmayan bir sahəyə cəsarətli və məsuliyyətli müdaxilədir”. K.Əsədovun sözlərinə görə, təqdim olunan statistik göstəricilər, xüsusilə qiymətləndirmə nəticələri və təhsil müəssisələrinin vəziyyəti ilə bağlı məlumatlar uzun illərdən bəri formallıqla idarə olunan sistemin həqiqi mənzərəsini ortaya qoyur: “İlk dəfədir ki, nazirlik 13 mindən artıq müəllim və 57 minə yaxın şagirdin olduğu bu geniş sistemdə “kim nə edir?” sualına cavab tapmağa cəhd edir. Təkcə bu fakt — 1668 nəfər müəllimin 5 nəfərlik komissiya ilə qiymətləndirilməsi və nəticələrin obyektiv şəkildə bölünməsi — özü bir irəliləyişdir. Ən önəmlisi isə budur ki, uyğun olmayan müəllimlərin aşkar edilməsi və onların böyük bir qisminin konkret iki kollecdən məzun olması artıq problemin harada kökləndiyini göstərir. Bu, sistemin kor-koranə yox, obyektiv sübutlara əsaslanan şəkildə yenidən qurulması üçün ilkin platformadır. Ekspertin sözlərinə görə, statistik təhlillər göstərir ki: — məktəblərin 25%-i kənd yerlərində yerləşsə də, şagirdlərin cəmi 14%-i orada təhsil alır; — 237 musiqi və incəsənət məktəbinin 75%-i incəsənət məktəbləridir, amma bölgülərdə balans yoxdur; — və 492 nəfərin (təxminən 30%-nin) qiymətləndirmədən keçə bilməməsi bu sahədə ciddi tədris və metodika problemi olduğunu sübut edir. K.Əsədov vurğulayıb ki, bütün bu faktlar Mədəniyyət Nazirliyinin problemi inkarlamaq yox, tanımaq və həll etmək istədiyini göstərir: “Bu, keçmişin “kağız üzərində mükəmməlliyindən” fərqli olaraq, real və obyektiv yanaşmadır. Qeyd olunan tədbir sübut etdi ki, artıq bu sahədə “hamı müəllimdir” prinsipi ilə yox, peşəkar, bacarıqlı və sertifikatlı müəllimlər sistemi qurulur. Bu mərhələ yalnız başlanğıcdır. Qarşıda daha geniş və dərindən təhlillərə ehtiyac var. Mən də bu istiqamətdə təhlillərimi daha geniş formada paylaşacağam. Ancaq bu gün olanları bir cümlə ilə ifadə etsək: Mədəniyyət Nazirliyi, nəhayət, incəsənət təhsilində “məktəb” qurmağa başlayıb. Və bu, ciddi yanaşmaya və dəstəyə layiqdir”. Nailə Qasımova, Medianews.az [gallery columns="1" size="full" link="file" ids="822141,822140,822139,822138,822136"]

Bizə qoşulun