Medianews.az
8 May ABŞ-da Qələbə günü elan olundu
97 baxış

8 May ABŞ-da Qələbə günü elan olundu

ABŞ Prezidenti Donald Tramp 8 may tarixini ölkədə İkinci Dünya müharibəsində Qələbə Günü elan edib. “Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkə hesabında yazıb. Bununla yanaşı, o, noyabrın 11-nin ölkədə Birinci Dünya müharibəsində Qələbə Günü kimi qeyd ediləcəyini bildirib. “Bizim bir çox müttəfiqlər və dostlarımız mayın 8-ni Qələbə Günü kimi qeyd edirlər, lakin biz İkinci Dünya müharibəsində qələbənin qazanılması üçün istənilən digər ölkələrdən daha çox şey etmişik”, - deyə ABŞ lideri vurğulayıb.

Bizə qoşulun