Medianews.az
Stressi azaltmağın <span style=color:red>sadə YOLU
131 baxış

Stressi azaltmağın sadə YOLU

“Xoş musiqinin köməyi ilə əhvalınızı yaxşılaşdıra və stress səviyyənizi azalda bilərsiniz”. Medianews.az xəbər verir ki, bunu psixiatr Viktor Nurdayev deyib. “Xoş musiqi dinləmək beynin demək olar ki, bütün sahələrini, o cümlədən həzz, motivasiya və mükafata cavabdeh olanları aktivləşdirir. Bundan əlavə, musiqi nəfəs və ürək döyüntüsünü tənzimləyən avtonom sinir sisteminə təsir göstərir”, - mütəxəssis qeyd edib. Nurdayev əmindir ki, insanda emosional reaksiya doğuran musiqiyə qulaq asmaq onun koqnitiv, emosional, fiziki və sosial rifahına təsir edir. Həkimin sözlərinə görə, xoş musiqi dinləməkdən hətta mütəxəssislər psixi pozuntulardan əziyyət çəkən xəstələrlə işləyərkən istifadə edirlər. "Musiqi terapiyası sayəsində psixi pozğunluqların simptomları təxminən dörddə bir azaldıla bilər", - Nurdayev vurğulayıb. Medianews.az

Bizə qoşulun