02.04.2025, 10:33
193 baxış
Lamiyə
Gənc cütlük 8-ci mərtəbədən YIXILDI
Rusiyada gənc cütlük 8-ci mərtəbənin pəncərəsindən yıxılaraq ölüb.
Medianews.az xəbər verir ki, hadisə aprelin 1-i axşam saatlarında, Sankt-Peterburqda, yaşayış komplekslərinin birində baş verib.
Qadın yerindəcə keçinib, 29 yaşlı kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, o da bir neçə saat sonra dünyasını dəyişib. Mübahisə və qışqırıq səsini eşidən hadisə şahidləri kişinin qadının yıxılmasının qarşısını almağa çalışdığını iddia edirlər.
Hadisə şahidlərindən birinin sözlərinə görə, qadının başı yerə dəyib, kişi isə onun üstünə yıxılıb.
Məlumata görə, mənzil gündəlik olaraq kirayə verilib. Gənclər arasında mübahisəni qonşular eşidib, Həmin an mənzildə başqa insanlar da olub.
Məlum olub ki, cütlüyün körpəsi var.
Medianews.az