Medianews.az
Maqnezium istifadə eədrək diqqətli olun- <span style=color:red>XƏBƏRDARLIQ
156 baxış

Maqnezium istifadə eədrək diqqətli olun- XƏBƏRDARLIQ

Bədən üçün faydalı bir mineral olan maqnezium çatışmazlığı sümük sağlamlığına, əzələ funksiyalarına və ürək sağlamlığına mənfi təsir göstərə bilər. Ancaq hər bir vitamin və mineral kimi maqnezium da həkim məsləhəti ilə qəbul edilməlidir. Məlumdur ki, həkim tövsiyəsi olmadan qəbul edilən və ehtiyacdan artıq istifadə edilən maqnezium böyrək çatışmazlığına və ürək ritmində problemlər yarada bilər. Medianews.az xəbər verir ki, mütəxəssis Semiha Ayaydın Kaplan maqneziumun lazımsız və həddindən artıq istifadəsi ilə bağlı xəbərdarlıq edib. “Son illərdə həddindən artıq maqnezium istifadəsinə maraq getdikcə genişlənir Bu, həddindən artıq maqnezium qəbulu böyrəklərdə toplana bilər və böyrək xəstəliyi riski olan şəxslər üçün bu cür əlavələrdən mütəxəssis nəzarəti altında istifadə etmək son dərəcə vacibdir”, - deyə mütəxəssis bildirib. Semiha Ayaydın Kaplan qeyd edib ki, maqnezium əlavələrinin ümumiyyətlə əzələ krampları, sinir sistemi problemləri və ya yuxu problemləri kimi vəziyyətləri müalicə etmək üçün istifadə edildiyini qeyd etsə də, yanlış dozada qəbul edilən maqnezium bədəndə həddindən artıq yığılaraq hipermaqnezemiyaya səbəb ola bilər. Hipermaqnezemiya qanda maqneziumun təhlükəli səviyyələrə qalxması ilə ortaya çıxan bir vəziyyətdir və bu, ürək ritminin pozulması, nəfəs darlığı və böyrək çatışmazlığı kimi ciddi sağlamlıq problemlərinə yol aça bilər. Mütəxəssisin sözlərinə görə, maqnezium preparatlarının istifadəsi insanın mövcud sağlamlıq vəziyyətinə uyğun olaraq təyin olunmalı və həkim tövsiyəsi ilə edilməlidir. Bundan əlavə, hər hansı əlavə qəbul etməzdən əvvəl qan testi ilə maqnezium səviyyəsi ölçülməli və bu, bütün vitaminlərə və minerallara uyğun olaraq hazırlanmalıdır Mütləq əlavə qəbulu bədəndə geri dönməz problemlər yarada bilər. Medianews.az

Bizə qoşulun