Medianews.az
Pələng küçənin ortasında 3 nəfərə<span style=color:red>  HÜCUM ETDİ
231 baxış

Pələng küçənin ortasında 3 nəfərə  HÜCUM ETDİ

Nepalda pələngin hücumu nəticəsində 3 nəfər yaralanıb. Medianews.az xəbər verir ki, hadisə Saptakoshi bələdiyyəsinin Phattepura bazarı ərazisində baş verib. Pələng bazara daxil olaraq insanlara hücum etməyə başlayıb. Aqressiv heyvanın hücumunun qurbanları 43 yaşlı Krişna Bista, 55 yaşlı Qaneş Xatri və Riyana Qosai olub. Bista və Qosai müalicə üçün Biratnaqar xəstəxanasına aparılıb. Madheş daxili işlər naziri Radj Kumar Lekhi insanların təhlükəsizliyini təmin etmək üçün təhlükəsizlik qüvvələrinə bazar ərazisinə nəzarət etməyi və pələngi tutmağı tapşırıb. Medianews.az

Bizə qoşulun