27.02.2025, 09:05
159 baxış
Lamiyə
Kambocada qumbara partladı, 2 uşaq ÖLDÜ
Kambocada köhnə reaktiv qumbaranın partlaması nəticəsində 2 azyaşlı uşaq öldürüb.
Medianews.az xəbər verir ki, faciə uşaqlar həyətdə oynayarkən baş verib.
İki yaşlı Muo Lisa və qohumu Tum Yen ucqar Cran Huong kəndində qonşu evlərdə yaşayırdılar. Valideynlər işdə olarkən, onlar həyətə oynamğa çıxıblar. Köhnə partlamamış hərbi sursat partlayıb və uşaqlar həlak olublar.
Sursatın 25 ildən çox yaşı olduğu güman edilir. Hadisənin baş verdiyi ərazi 1980-1990-cı illərdə Kamboca hökumət qüvvələri ilə qırmızı kxmer üsyançıları arasında döyüşlərin yeri olub.
Məlum olub ki, Liza və İanın valideynləri çoxlu minaların qaldığı keçmiş döyüş meydanında məskunlaşdıqlarından xəbərsiz olublar.
Medianews.az