Medianews.az
Salyanda ikimərtəbəli ev yanıb
113 baxış

Salyanda ikimərtəbəli ev yanıb

Salyan rayonunda yanğın baş verib. Yanğın zamanı ikimərtəbəli fərdi yaşayış evi yararsız hala düşüb. Hadisə gecə saatlarında şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb. H.Hüseynova məxsus evdə yanğın başlayıb və alov anidən güclənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Salyan rayon yanğından mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində ümumi sahəsi 300 kvadratmetr olan evin 220 kvadratmetr sahəsi yanaraqyararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır. /AZƏRTAC

Bizə qoşulun