12.02.2025, 07:10
242 baxış
Lamiyə
Pələng 24 saat ərzində bir ailənin 2 üzvünü PARÇALADI
Hindistanın Karnataka əyalətinin Kodagu rayonunda pələng 24 saat ərzində eyni ailənin iki üzvünü öldürüb.
Medianews.az xəbər verir ki, hücumlar Nagarahole Milli Parkının sərhədindəki K Badaga kəndində baş verib.
İlk hücumda 18 yaşlı Çetan pələng tərəfindən öldürülüb və onun yarı yeyilmiş cəsədi bazar günü axşam tapılıb.
İkinci hadisədə pələng bazar ertəsi səhər saat 7 radələrində 75 yaşlı Racuya hücum edib. Racunun cəsədi Çetanın cəsədinin tapıldığı yerdən 200 metr aralıda görünüb.
Meşə işçiləri yaxınlıqdakı kəndlərdə patrul aparır və baytarlar pələng aşkar edilərsə, onu yatdırmaq üçün hazır vəziyyətdədirlər.
Kənd sakinləri pələngin ətrafda tez-tez görünməsindən və ev heyvanlarına hücum etməsindən şikayətləniblər. İki ölümdən sonra Ponnampet rayonunda Choorikadu, Palleri, Kutta, Nalkeri və ətraf kəndlərin sakinləri ərazidə gəzən pələngə görə təşvişə düşüblər.
Medianews.az
Paylaş: