23.01.2025, 08:33
140 baxış
Lamiyə
Sevgilisinə toy günü onunla evlənməyəcəyini DEDİ
ABŞ-nin İndiana ştatından olan 23 yaşlı Aleksis Saiya mərasimə bir neçə saat qalmış toyunu ləğv edib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, 16 aprel 2023-cü ildə o, 16 yaşından bəri tanıdığı kişi ilə evlənməli idi.
Onların münasibətləri təxminən yeddi il davam edib və bir uşaqları olub. Buna baxmayaraq, Saya səhər saat 6 radələrində oyananda birdən sevgilisi ilə evlənə bilməyəcəyini anlayıb və qərarını ona deyib. Kişi isə onun sözlərini ciddi almayıb.
Qadın ailəsinə və dostlarına zəng edərək toy olmayacağını xəbərdar etməyə başlayıb. Onun sözlərinə görə, bu qərar onun həyatında ən çətin qərar olsa da, başqa cür edə bilməzdi. Onu ən çox qorxudan isə artıq mərasimə 30 min dollara yaxın pul xərcləmiş anasının reaksiyası olub. Sayanın özü də həmin an işsiz idi və dörd yaşlı qızı Avrieli böyüdürdü.
Qadın sevgilsi yuxudan ayılan kimi bir daha ona toyun ləğv olunduğunu bildirib və qızını da götürüb köhnə mənzilinə gedib. Saya onu çox sevdiyini, lakin münasibətlərində həddən artıq çox çətinliklər olduğunu iddia edir.
Bir neçə dəfə ayrıldılar və bəy ona ən azı üç dəfə evlilik təklifi edib. Sonda Saya anlayıb ki, hisslərinə baxmayaraq, bu evlilik nə onu, nə də gələcək həyat yoldaşını xoşbəxt etməyəcək.
Toy günü ayrılandan sonra ümidsizliyə qapılıb və az qala evlilikdən imtina etdiyinə peşman olurdu. Ancaq bir il yarım keçdikdən sonra qadın heç bir şeyə peşman olmadığını anlayıb. Hələ subay olsa da, Saya toyu ləğv etməyi həyatında ən yaxşı qərar hesab edir.
Paylaş: