Medianews.az
Hava ilə bağlı <span style=color:red>XƏBƏRDARLIQ
147 baxış

Hava ilə bağlı XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 18-də axşamdan yanvarın 19-da səhərədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Medianews.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, yağıntının yarımadanın ayrı-ayrı yerlərində qısa müddətə intensivləşəcəyi ehtimal olunur. Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq yanvarın 18-də axşamdan yanvarın 20-də gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Yanvarın 19-da gündüz yağıntıda qısa müddətə fasilə olacaq.

Bizə qoşulun