Medianews.az
Müsəlman ölkələri arasında QANLI TOQQUŞMA: <span style=color:red>Böyük güclərin yeni MÜHARİBƏ PLANI - FOTO
364 baxış

Müsəlman ölkələri arasında QANLI TOQQUŞMA: Böyük güclərin yeni MÜHARİBƏ PLANI - FOTO

Pakistanın bir neçə gün öncə Əfqanıstana endirdiyi hava hücumları zamanı çoxsaylı insan həyatını itirib. Əfqanıstan hökumətinin sözçüsü Zabihullah Mücahidin açıqlamasına görə, Pakistan Əfqanıstanın şərqindəki Paktika əyalətinin Barmal bölgəsinə 4 istiqamətdə hava hücumu təşkil edib. Nəticədə əksəriyyəti qadın və uşaqlar olmaqla, ümumilikdə 46 nəfər həyatını itirib. Əfqanıstan Müdafiə Nazirliyi hücumu pisləyib və buna görə qisas alınacağını deyib. Qeyd olunub ki, Pakistanın bu hərəkəti açıq-aydın təcavüzdür və bütün beynəlxalq prinsiplərə ziddir. Nazirliyin açıqlamasında vurğulanıb ki, bu cür özbaşına hərəkətlər problemlərin həlli deyil və Pakistan tərəfinin bu hərəkəti cavabsız qalmayacaq. Bu iki ölkə arasında anlaşılmazlığa səbəb nədir? Nə üçün Pakistan Əfqanıstana hücum etmək məcburiyyətində qalıb? Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Azər Qasımov bildirib ki, Cənubi Asiyada Pakistan və Əfqanıstan arasında tez-tez dövri olaraq qarşıdırma baş verir. Onun sözlərinə görə, Pakistan ordusunun mövqelərinə silahlıların hücumu nəticəsində 16 hərbçinin ölümü və 5 nəfərin ağır yaralanmasından sonra İslamabadın hərbi hava qüvvələri Əfqanıstan  ərazilərini bombalayıb: “Bunun nəticəsində qadın və uşaq da daxil, xeyli insan həlak olub. “Taliban”ın hakimiyyətə gəlməsindən əvvəllər və sonra bu, baş verən birinci hadisə deyil. Dəfələrlə belə hadisələr təkrar olub. Amma problem geniş miqyaslı qarşıdurmaya çevrilmədən səngiyib. Hər iki ölkənin əhalisinin yaşayış tərzi və demoqrafik tərkibi elədir ki, sərhəd bölgələrində nəzarətsiz bölgələr və silahlı qruplaşmalar mövcuddur. Əslində “Taliban” hərəkatının, yəni "Tələbə hərəkıatı"nın hələ Sovet İttifaqının keçən əsrin 80-ci illərində Əfqanıstan işğalı dövründə oradan qaçan qadın və uşaqların Pakistandakı mədrəsələrdə təhsil aldıqdan sonra yenidən Əfqanıstana döyüşçü kimi qayıtmasından sonra yaranmışdı. “Taliban” Pakistan və ABŞ Kəşfiyyat İdarələrinin birlikdə yaratdıqları təşkilat idi. Zamanla “Taliban” hərəkatı böyüyərək Pakistanın Kəşfiyyat İdarəsinin nəzarətindən çıxmışdı və özünün rəhbər şəxsləri formalaşmışdı. Onların Pakistanın sərhəd ərazilərinə iddia etdiyi məlum fakt idi. Pakistanın sərhəd ərazilərdə tez-tez hərbi əməliyyatlar keçirərək silahlı qruplaşmaları məhv etmək üçün mübarizə apardığı da bəllidir”. A.Qasımov deyib ki, Pakistanda hakimiyyət uğrunda beynəlxalq güclərin maraqlarından çıxış edən iqtidarlar gah ABŞ-nin, gah da Çinin təsir dairəsi uğrunda mübarizə aparırlar: “Məsələn, indiki hakimiyyəti təmsil edən Nəvaz Şərif Qərbyönlü olduğu halda, keçmiş baş nazir İmran Xan Çin yönümlü idi. İmran Xan həbs edildikdən sonra bir müddət öncə azadlığa buraxılıb. Ehtimal ola bilər ki, baş verən gərginlik yenidən hakimiyyət dəyişikliyi üçün məqsədli şəkildə gərginlik ocağı yaradılmasına xidmət edir. Hesab edirəm ki, iki müsəlman ölkəsinin belə qarşıdurmasından ancaq İslam dünyası itirir. Pakistanın müsəlman dünyasında tək nüvə dövləti olması statusu ilə onun inkişaf etməsinə və dirçəlməsinə beynəlxalq güclər imkan vermək istəmirlər. Xırda gərginliklərlə və daxili çəkişmələrlə Pakistanın başını qatırlar. Pakistanın Türkiyə və Azərbaycana xüsusi yaxınlığını nəzərə alaraq, eyni zamanda da, Əfqanıstan xalqının və “Taliban” hakimiyyətinin bizlərə loyallığını bilərək onlar arasındakı münaqişədə vasitəçi kimi rol almaq mütləq olacaq. Hesab edirəm ki, bu qarşıdurmanın geniş münaqişəyə çevrilməsi ehtimalı yoxdur. Bölgə öz həyat tərzinə vərdiş edib. Böyük güclərin iki ölkə arasında müharibə ocağı yaratması üçün potensialı yoxdur. Eyni zamanda “Taliban”ın Pakistan qarşısında hərbi gücü də bərabər deyil. Nailə QASIMOVA

Bizə qoşulun