Elə bilirsiz bizim bir beynimiz var? Yox, söhbət təkcə qafa tasımızın içindəki 2 beyin yarımkürəsindən getmir. O, dünyaca məşhur olan, bizləri dünyaya yönəlik iddialarla ayağa qaldıran bir beynimizdir.
1991-ci ildən etibarən alimlər bu qənaətə gəliblər ki, sən deməyəsən, ürəyimizin də ayrıca beyni varmış! Belə ki, ürəkdə “nefrit sensoru” adlanan 40 000-dən çox neyron birləşməsindən ibarət sistem yerləşir. Bu sistem, baş beyinlə çox sıx bağlıdır. Bu bağlılığın tam dəqiq öyrənilməsi üçün 1994-cü ilədək müntəzəm tədqiqatlar aparıldı. Və 1994-cü ildən etibarən “ürəyin özünün ayrıca beyni var” iddiası publikaya arxayınlıqla bildirildi.

Görünür, ata-babalarımız bizlərdən çox-çox ağıllıymışlar. “Ürəyim filankəsi istəmir”, “ürəyimə damıb”, “ürəyim gəlmir”, “ürəyimə yatmır”, “yaman ürəyimə yatır”, “o ürəyi yumşaq adamdır”, “ürəyimiz birdir” və s. kimi söz birləşmələrini onlar bineyi-qədimdən bəri işlətməyiblərmi?
Bu ifadələr ürəyin özünün də ağıl-kamal sahibi olmasına işarə deyilmi? 1991-ci ildəki kəşf də məhz həmin ifadələrin sadəcə təsdiqidir ki, bütün qərarlar heç də təkcə beynin içində həll olunmur.

Qəbul olunan bütün informasiyalara qarşı, beyin ürəklə sıx əlaqədə reaksiya verir. Şairlik, böyük bədii əsərlərin yaradılması, hətta böyük kəşflərin edilməsi belə beynin məhz mükəmməl ürəklə birgəliyi sayəsində yaranır. Hadisəyə, xəbərə görə ürəkdöyünmənin şiddətlənməsi, ürəkbulanma, infarkt və sairin hamısı birbaşa ürəyin öz qərarlarıdır.
Məhz buna görə də ürəkköçürmə əməliyyatlarında əməlli-başlı, qeyri-müəyyən fəsadlar ortaya çıxır. Beləki həmin əməliyyatdan sonra ürəyi dəyişdirilmiş adamlar çox yaşaya bilmirlər, yaşadıqları müddətdə də robot kimi yaşayırlar.

Doğrudur, hər gün həmin adamlara təzə yad ürəklə doğma beynin bir-birini “görməməsi”, “diqqətdən yayındırılması” üçün dərmanlar verilir. “Görsələr”, çaş-baş qalıb hər ikisinin “ürəyi partlayar!”
Ürəyi dəyişdirilənlərdən ən məşhuru milyarder David Rokfellerdir ki, 70 yaşından 99 yaşınadək 6 dəfə ürəyinin dəyişdirildiyi iddia olunur. Amma onun əməliyyat olunduğu Kaliforniya Universitetinin Ürək cərrahiyəsi bölməsində bu barədə sənədlər yoxdur. O, 101 yaşında vəfat etmişdir. Həmin Universitet cərrahları bildirirlər ki, ürəyi dəyişilənlərin 94,5%-i bir ay həyatda qala bilirlər. Amma 10 il yaşayanları da olur.

P.S. Deyəcəksiz ki, bəs o ürəklər haradan tapılır? Heç kim ürəyini verməz, axı? Sağ olsun əsir, qaçqın-köçkün düşənlər! Dünyaya çaxnaşmaların salınması, həm də müftə insan orqanlarının əldə edilməsi üçün deyilmi?!
Mahir BAYRAM