Medianews.az
Xalq şairinin oğlundan atası ilə bağlı PAYLAŞIM: <span style=color:red>“Bu gün də ruhun mənə dayaqdır” - FOTOLAR
324 baxış

Xalq şairinin oğlundan atası ilə bağlı PAYLAŞIM: “Bu gün də ruhun mənə dayaqdır” - FOTOLAR

Azərbaycanın Xalq şairi, Dövlət mükafatları laureatı, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist Nəbi Ələkbər oğlu Babayevin - Nəbi Xəzrinin anadan olmasının bu gün 100 ili tamam olur. Medianews.az xəbər verir ki, bu münasibətlə mərhum Xalq şairinin oğlu Arzu Babayev sosial mediada paylaşım edib. O, atası ilə bağlı xatirələrini bölüşüb: “Bu gün, 10 dekabr dünyaya gəlməyindən bir əsr keçdi canım atam. Sən həyatda olanda da arxam, dayağım idin, bu gün də ruhun mənə dayaqdır. Kaş bir az da yaşayardın, şəkildəki kimi başımı sənə dayayıb o rahatlığı, güvənliyi hiss edərdim. Canım atam, sən əbədiyyətdəsən, bizsə müvəqqəti dünyada, sən şerlərinlə, nəğmələrinlə bu dünyada da əbədiyyətini qazanmısan, səni də bizi də yaşadan şerlərindir”. A.Babayev vurğulayıb ki, atası üçün darıxanda onun yaradıcılığını təkrar gözdən keçirir: “Sənin üçün darıxanda şerlərini oxuyuram, sanki səninlə ünsiyyət qururam. Çünki o misralarda sənin ürək döyüntülərin var. Sənin də anamın da borcundan övlad kimi heç zaman çıxa bilməyəcəm. Bilirəm ki, əbədiyyətdə birlikdəsiniz, ruhunuz biz üç övladınızı hifz edir. Sənin də, anamın da ruhu şad, məkanınız cənnət olsun. Allah nə zaman qismət etsə, onda görüşərik. Sən gedəndən gecələr göy üzünü həmişə seyr edirəm. Sanıram ki, ulduza dönüb nəzərlərini üstümdən çəkmirsən. Mən o nəzərlərini daim üzərimdə hiss edirəm. Rahat uyu, biz üç övladların yaxşıyıq, bacardığımız qədər səni yaşadırıq”. Nailə QASIMOVA

Bizə qoşulun