02.12.2024, 09:01
113 baxış
Lamiyə
Dondurmaya görə yaranan mübahisə bədbəxt hadisə ilə BİTDİ
Dondurma bədbəxt hadisə ilə bitən mübahisəyə səbəb olub.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, hadisə Dağıstanın Mahaçqala şəhərində baş verib.
Ata uşaqlar üçün şirniyyat alıb. Kiçik oğlu narazılıq etməyə başlayıb və kişi, uşaq sadəcə əlində tutsun deyə ona iki dondurma verib.
Ana yoldaşının körpəyə hər iki porsiyanı yedizdirmək istədiyini düşünüb. Nəticədə cütlük arasına mübahisə yaranıb. Kişi qadını itələyib. Ana komodun küncünə dəyib.
Xəstəxanada qadına dalağın yırtığı diaqnozu qoyulub. O, əməliyyat olunub və məlumatı hüquq-mühafizə orqanlarına ötürüb.
Kişi saxlanılıb və günahını etiraf edib.
Həmin şəxs məhkəmənin qərarı ilə 9 ay müddətinə koloniyaya göndərilib.