25.11.2024, 11:27
57 baxış
Azad
Tbilisidə Gürcüstanın yeni seçilmiş parlamentinin ilk iclası keçirilib
Tbilisidə Gürcüstan parlamentinin yeni çağırışının ilk iclası baş tutub.
Medianews.az musavat.com-a istinadla xəbər verir ki, "Gürcü Arzusu" partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvili artıq parlamentin deputatı kimi fəaliyyətə başlayıb.
O, birinci sırada, baş nazir İrakli Kobaxidze ilə partiyanın hazırkı sədri və iki dəfə baş nazir olmuş İrakli Qaribaşvilinin arasında əyləşib. İclasda yeni parlamentin gələcək iş gündəliyi və siyasi planları müzakirə edilib.