Medianews.az
Tramp amerikalılara “qızıl dövr”<span style=color:red> vəd etdi
74 baxış

Tramp amerikalılara “qızıl dövr” vəd etdi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib ki, onun hakimiyyəti ABŞ tarixində “qızıl dövr” olacaq. Medianews.az “RT”yə istinadən xəbər verir ki, o, Florida ştatının Palm Beach şəhərindəki tərəfdarlarına bildirib. “Bu, həqiqətən də Birləşmiş Ştatlar üçün qızıl dövr olacaq”, -  deyə o bildirib. Tramp seçkilərin nəticələrini “Amerika tarixində əvvəl görünməyən siyasi qələbə” kimi qiymətləndirib. Qeyd edək ki, bir müddət əvvəl Tramp ABŞ-da keçirilən prezident seçkilərində qalib gəldiyini bəyan edib və özünü ölkənin 47-ci başçısı elan edib.

Bizə qoşulun