Medianews.az
Döş xərçəngi 50 yaşdan aşağı insanlarda artıb: Ölüm nisbəti isə <span style=color:red>irqə görə dəyişir
96 baxış

Döş xərçəngi 50 yaşdan aşağı insanlarda artıb: Ölüm nisbəti isə irqə görə dəyişir

ABŞ-də döş xərçənginin 50 yaşdan aşağı insanlarda artdığı, lakin xəstəlikdən ölüm nisbətinin azaldığı ortaya çıxıb. Medianews.az xəbər verir ki, bu barədə Amerika Xərçəng Cəmiyyətinin (ACS) ABŞ-də döş xərçəngi hallarına dair yeni hesabatında məlumat verilib. Milli Xərçəng İnstitutunun məlumatlarından istifadə edilən hesabatda, döş xərçəngindən ölüm nisbətinin 1989-2022-ci illərdə təxminən yüzdə 44 azaldığı qeyd olunub. Digər tərəfdən, hesabatda döş xərçəngi hadisələrinin 2012-2021-ci illər ərzində, ildə təxminən yüzdə bir artdığı ifadə edilib. Həmçinin 50 yaşdan yuxarı insanlarla müqayisədə 50 yaşdan aşağı insanlarda xərçəng diaqnozunda daha çox artım olduğu bildirilib. Hesabatda müxtəlif irqlər arasında döş xərçəngi diaqnozu nisbətində fərqlərin olduğu da qeyd edilib. Sənəddə qaradərili qadınların döş xərçəngindən ölüm nisbətinin ağdərili qadınlardan təxminən yüzdə 38 daha yüksək olduğu ifadə olunaraq, bu xəstəlikdən ən yüksək ölüm nisbətinin qaradərili qadınlarda müşahidə edildiyi vurğulanıb. Həmçinin hesabatda qeyd olunub ki, 50 yaşdan aşağı asiyaəsilli insanlarda döş xərçəngi diaqnozu nisbəti hər il təxminən 2,7 faiz artır.  

Bizə qoşulun