Medianews.az
Üzeyir Mehdizadə rekord vurdu - FOTO
116 baxış

Üzeyir Mehdizadə rekord vurdu - FOTO

Müğənni Üzeyir Mehdizadənin “YouTube” kanalı “Uzeyir Mehdizade Official” bu platformada baxış sayı 1 milyardı keçən ilk Azərbaycan rəsmi kanalı olub. Oxu.Az xəbər verir ki, 2,06 milyon abunəçisi olan kanalda 311 video yerləşdirilib. Qeyd edək ki, 2020-ci ilin yanvarında “YouTube” video portalı kanal abunəçilərinin sayı 1 milyona çatan Ü.Mehdizadəni “qızıl düymə” ilə mükafatlandırıb. Xatırladaq ki, Ü.Mehdizadə 1992-ci il mayın 19-da anadan olub. İfaçının ondan çox albomu buraxılıb. O, Azərbaycan, Türkiyə, Almaniya, Rusiya, Özbəkistan, Qazaxıstan, Ukrayna və başqa ölkələrdə solo konsertlər verib.

Bizə qoşulun