Çərşənbə, 22 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Sərhəd üzərində uçan qırıcı… – İran dostluq, qonşuluq bağlarını qıra-qıra gedir

Xalid Kazımlı
13/03/2023 12:31
56
BAXIŞ
FacebookTwitterTelegram

Vaxt vardı, hər gün səhər aldığımız ilk informasiya Qarabağda ermənilərin atəşkəs rejimini 58 (63, 127) dəfə pozmaları, təmas xəttindəki mövqelərimizi yüngül və iriçaplı silahlardan atəşə tutmaları barədə olardı.

2020-ci ilin noyabr ayından sonra bu düşmənçilik aktlarına son qoyuldu. İndi ara-sıra yenə atəşkəs rejimi pozulur, amma cavabı elə verilir ki, susqunluq yaranır. Necə deyərlər, sanki qurbağa gölünə daş atılır.

Hazırda biz gündəlik qanqaraldıcı bəd xəbərləri Ermənistandan yox, cənub qonşumuz İrandan gözləyirik. Vaxtaşırı bu dövlətin dini, siyasi, hərbi qulluqçuları ölkəmizə qarşı nəsə yeni xoşagəlməz hərəkətlər edirlər.

Səfirliyimizə silahlı hücumda iranlı polislərin birbaşa iştirakı təkzibedilməz videofaktlarla ortaya çıxandan sonra düşünmək olardı ki, molla rejimi bir az özünə yığışar, qırmızı xətti keçdiyini, bunun qonşuluq-qohumluq münasibətlərinə zidd olduğunu anlayar, hərəkətlərinə çəki-düzən verər. Çifayda. Elə şey olmadı.

Yenə də bu ölkənin ruhaniləri, siyasiləri, diplomatları, hərbi qulluqçuları anti-Azərbaycan ritorikasını davam etdirdilər, Azərbaycan üçün xüsusi həssaslıq daşıyan günlərdə (26 fevral – Xocalı soyqırımının ildönümü) ermənilərə iltifat sərgilədilər. Bununla da əslində kimin yanında, kimi qarşısında olduqlarını göstərdilər.

Dünən isə İrana məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə uçub.

Təyyarənin iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçduğu bildirilir.

Məsələnin sonrası belədir: İran səfirinin XİN-ə dəvət edilməsi, İrana nota verilməsi, XİN-in bəyanat yayması, iki dövlət arasında yaranmış gərginliyin saxlanması, qarşılıqlı yumşalma təmayülünün tormozlanması…

Belə baxanda bu cür hərəkətlərə nə ehtiyac var? Ümumiyyətlə, Azərbaycan xalqı hələ də tam anlamış deyil ki, 2020-ci ilin noyabrından, Ermənistanın 44 gün çəkən müharibədə məğlub olmasından sonra İrana birdən-birə nə oldu ki, yaxın qonşuluq, tarixi birlikdəlik, din-məzhəb qardaşlığı kimi ciddi amilləri gözardı edərək Azərbaycana düşmən kəsildi.

Uduzan Ermənistandırsa, İrana nə düşüb? Sonucda onun din qardaşları öz haqlarını geri alıblar. İran buna görə məmnun qalmalı deyildimi? Necə ki, müharibənin şiddətli vaxtında, döyüşlər Cəbrayıl və Zəngilan rayonlarının İranla sərhəd olan kəndlərində gedəndə Arazın o tayına toplaşaraq müharibəyə canlı-canlı baxan iranlılar hücuma keçən ordumuzu ürəkdən alqışlayr, soydaşlarının müzəffər yürüşündən qürur duyurdular.

Bəs nədən İran dövləti bu gedişatdan məmnun yox, pərt və məyus oldu və 2 il yarımdır bu ovqatdan qurtula bilmir?

Belə anlaşılır ki, İrana Azərbaycanın amputasiya olunmuş, güdül, zəif, yarımcan halı sərf edirmiş. Tehranda düşünürmüşlər ki, eybi yox, qoy şimaldakı şiə qardaşları həmişə yazıq, gözüqıpıq, məğlub gündə yaşasınlar, bir şey olmaz, təki dirçəlib ayağa durmasınlar, güclü və firavan olmasınlar.

2010-cu ildən sonra ölkəmizin beynəlxalq arenada boy göstərməsi, ard-arda böyük beynəlxalq yarışlara ev sahibliyi etməsi, valyutasının dünyanın ən bahalı pul vahidindən birinə çevrilməsi, ölkədən xaricə, xaricdən ölkəyə səyahət edən insanların sayının heç vaxt olmadığı qədər artması, iqtisadi inkişafın tempi və sair nailiyyətlər İranda açıq-aşkar qıcıq doğururdu. Bu, bəlliydi.

O zamanlar İrandan da ölkəmizə yüz minlərlə insan gəlir, gəlib ölkəmizin iri şəhərlərində sərbəstcə gəzib-dolaşır, alış-veriş edir, sonra İrana qayıdır, gördüklərini həvəslə danışırdılar. Yavaş-yavaş İranda yaşayan türklər üçün Azərbaycan nümunəyə, modelə çevrilirdi. İran rəsmiləri bu tendensiyanı öz daxli sabitliyi üçün təhlükə sayırdı və özü də dinc durmurdu. Bəlkə də İranın ən böyük casus şəbəkəsi, tərəfdarlar korpusu son aylara qədər məhz Azərbaycanda idi. Müşahidələr göstərir ki, həmin şəbəkə çox da zərərə uğramayıb, sadəcə, bulanıq suyun dibinə çəkilib görünməz olublar, əlverişli şərait yaranan kimi yenidən üzə çıxacaqlar.

Durum belədir. Ona görə də İranın hərbi təyyarəsinin sərhədlərimiz üzərində təxribat törətməsi, öz aləmində ölkəmizə güc göstərməsi nə sıradan, adi hadisədir, nə də dəhşətli bir şeydir. Bu, adi düşmənçilik aktıdır, düşmənliyin davam etdiyinin göstəricisidir.

Azərbaycan xalqı bu xoşagəlməz gedişatı səbrlə izləyir. Bir zamanlar alış-veriş və müayinə-müalicə üçün kütləvi şəkildə İrana axışan insanlar da dövranın bu şəkildə tərs dönməsindən narahatdırlar və günahın kimdə olduğunu artıq dəqiq bilirlər.

İran Azərbaycanın timsalında etibarlı, ona arxadan xəncər saplamayacaq bir qonşusunu itirməkdədir.

DAHA ÇOX OXU

export

Dilarədən ürək dağlayan sözlər – VİDEO

22/03/2023 22:13
export

Daha bir azərbaycanlı bloger eyvanda alt paltarsız FOTOSESSİYA etdirdi

22/03/2023 18:00
Cəmiyyət

“Sabah saat 08:00-dan…” – XƏBƏRDARLIQ

22/03/2023 17:47
Cəmiyyət

Oruc tutacaq şəxslərin NƏZƏRİNƏ!: Bunları MÜTLƏQ EDİN!

22/03/2023 17:34
Cəmiyyət

Apreldə 12 gün iş olmayacaq – TƏQVİM

22/03/2023 17:16
export

Niyaməddin Musayevin mahnısını oxudu, gündəm oldu – VİDEO

22/03/2023 17:00
SON XƏBƏR

Dünyanın ən varlı adamı bu sosial platformanı ələ saldı

"Harada görünüb ki, bir fakültəyə 75 nəfər qəbul olunsun, amma 100 nəfər bitirsin?!"

Samir Salam həbs edilib - CASUS ŞƏBƏKƏSİ

Xəbər lenti

Dilarə Əliyeva avtomobil qəzasının necə baş verdiyini AÇIQLADI

22/03/2023 22:24

Dilarədən ürək dağlayan sözlər – VİDEO

22/03/2023 22:13

Qəzada ölən Oqtay Əliyevin evindən reportaj — VİDEO

22/03/2023 21:48

Dəhşətli qəzada dünyasını dəyişən Oqtay Əliyev kimdir? – DOSYE

22/03/2023 21:39

Zaur və Günay cütlüyü: “Sizdən yadigar bu şəkil qaldı” – FOTO

22/03/2023 21:33

Mübahisə edən arvadının boğazını KƏSƏRƏK ÖLDÜRDÜ

22/03/2023 21:30

Yola düşən qaya avtomobil yolunda nəqliyyatın hərəkətini pozdu – FOTO, VİDEO

22/03/2023 21:15

Keçmiş hakim: “Kriminal avtoritetin ölümündə günahlandırılan şəxsə bəraət verdim” – VİDEO

22/03/2023 20:50

Müdafiə Nazirliyi açıqlama yaydı

22/03/2023 20:43

Gec ailə qurdu, ərinin xəstəliyini hamıdan gizlətdi, illərlə kirayələrdə yaşadı

22/03/2023 20:38

“Dəniz Mall”da nə BAŞ VERİR? – Həyəcan siqnalı verildi

22/03/2023 20:23

Dilarə Əliyevanın qardaşı dəhşətli qəzadan danışdı: “Travmatologiyadayam”

22/03/2023 20:05

Mehriban Zəkinin vəziyyəti necədir? – RƏSMİ AÇIQLAMA

22/03/2023 19:53

Oqtay Əliyevin vəfat etdiyi qəzanın səbəbi bilindi – ürəyi tutub…

22/03/2023 19:39

Diqqətsizlik nəticəsində skuter qəzası baş verdi – VİDEO

22/03/2023 19:30

Pərvin Niderlandda “şpaqat açıb” poza verdi – FOTOLAR

22/03/2023 19:15

Oqtay Əliyev yol qəzasında öldü, Dilarə Əliyeva yaralandı

22/03/2023 19:09

Gürcüstan parlamentində əlbəyaxa dava oldu

22/03/2023 19:00

Boğazdakı heyrətamiz görüntü hər kəsi ŞOKA SALDI- VİDEO

22/03/2023 18:45

Kafedə işlədiyinə görə qadını qınayan aparıcını biabır etdilər: – “Sən niyə kişilərlə işləyirsən?”

22/03/2023 18:25

Yaşlı cütlüyün piknik süfrəsinə TİMSAH QONAQ OLDU – VİDEO

22/03/2023 18:15

Daha bir azərbaycanlı bloger eyvanda alt paltarsız FOTOSESSİYA etdirdi

22/03/2023 18:00

“Sabah saat 08:00-dan…” – XƏBƏRDARLIQ

22/03/2023 17:47

Oruc tutacaq şəxslərin NƏZƏRİNƏ!: Bunları MÜTLƏQ EDİN!

22/03/2023 17:34

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.