“Qarabağ” qış “transfer pəncərəsi”nin ikinci transferini az öncə reallaşdırıb.
“Sportinfo”ya istinadən xəbər veririk ki, klub Azərbaycan çempionu Redon Cika ilə anlaşıb.
24 yaşlı yeni futbolçu Albaniya yığmasının üzvüdür. O, ötən ildən dəvət aldığı əsas millidə 2 oyun keçirib.
Cinah yarımmüdafiəçisi “Şkendiya”nın yetirməsidir. 2017-ci ildə “Laçi”yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub.
2021-ci ildə “Tirana”ya üz tutub və ötən müddətdə 49 oyuna çıxıb, 29 qol vurub.
Qeyd edək ki, “Qarabağ” daha öncə Adama Diakabi ilə müqavilə imzalamışdı.