Bazar, 29 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Onların fəalları qətliamı qınamırlar, bizim fəallar isə…

Xalid Kazımlı
28/12/2022 10:02
173
BAXIŞ
FacebookTwitterTelegram

Millətçilik, tolerantlıq, xoşməramlılıq kimi məsələlərdə ermənilərlə bizim aramızda ciddi fərqlər var. Bu fərqlərin kimin xeyrinə, kimin ziyanına olması da başqa məsələdir.

Bəşəri dəyərlər baxımından yanaşdıqda bizim mövqeyimiz üstündür; bizdə başqa millətləri xor görmək yoxdur, düşdüyümüz yad mühitə tez adaptasiya olur, yerli cəmiyyətlə qaynayıb-qarışırıq, onların içində muxtar qruplar yaratmırıq, sırf öz millətimizin oğludur deyə haqsız olduqları halda müdafiə etmirik və s.

Ermənilər isə ən ideal, dürüst cəmiyyətlərdə belə mütləq “milli icma” təşkil edir, öz aralarında “erməni qardaşlığı” yaradır, bunun sayəsində üstün mövqelər tutmaq istəyir, haqlı-haqsız olmalarından asılı olmayaraq, bir-birini haray-həşirlə müdafiə edir, başqa millətləri xor görür, hər yerdə məhz özlərini daha qədim, daha mədəni millət kimi qələmə verirlər (sanki başqaları sonradan əmələ gəliblər).

Onların mövqeyi bəşəri dəyərlər baxımından qəbuledilməzdir. 21-ci əsrin bu vədəsində Avropada hələ də həmin arxaik, ibtidai qəbilə təfəkkürü ilə yaşayan millətlər barmaqla sayılacaq qədərdir və heç biri xoşbəxt deyil.

Bir sözlə, çoxmillətli Azərbaycanla monoetnik cəmiyyətə malik olan Ermənistanın arasında fərq bariz şəkildə ortadadır. Amma aşırı millətçiliyi hər fürsətdə qamçılayan Avropa dairələri ermənilərə gəlincə, bu detala önəm vermirlər. Onlara görə, ermənilərin şovinistliyi sırf özünüqoruma instinktindən doğur, yoxsa bu ərköyün və gülməşəkər qövmün mövcudluğuna təhlükə yaranar.

Bu kimi düşüncələrin sayəsində ermənilər totalitar cəmiyyət formalaşdırıblar. Onlar hücuma total şəkildə keçir, total halda da müdafiə olunur, hər zaman xor təşkil edirlər. Öz aralarında didişmələri ola bilər, amma düşmənlərinə münasibətdə ermənilərdən hələm-hələm solo ifa eşitməzsən.

Üstündən 30 ilə yaxın vaxt keçir, indiyə qədər Xocalı qətliamını, 613 nəfər əliyalın, qaçıb canını qurtarmağa çalışan qoca, qadın və uşağın xaincəsinə qətlə yetirilməsi hadisəsini qınayan 3 erməni ziyalısı ortaya çıxmayıb. İki nəfərlə məhdudlaşıb. Onlardan biri – rejissor Georgi Vanyan – ölüb, yazıçı Vahe Avetyan isə mövqeyini dəyişib. Vaxtilə Bakını ziyarət edən, Xocalı abidəsinin önünə gül qoyan yazıçının üzü 2020-ci ilin payızında çöndü – millətçi damarı yoğunladı, ermənilərin acı məğlubiyyətini sinirə bilmədi və bizi aqressiyada qınadı (Avetyan hesab edirmiş ki, ermənilərin tutduğu torpaq özlərinə qalmalıdır və sülh olmalıdır).

İndi özümüzə baxaq. Bu son 30 ildə ermənilərlə barışıq, sülh, gediş-gəliş tərəfdarı olan, ermənilərin hərəkətlərini, tələblərini haqlı sayan, onların maraqlarına uyğun danışan yüzlərlə soydaşımız olub. Bəzən bu, məşhur ifadə ilə desək, açıq kollabirasionizm (düşmən tərəfə keçərək öz vətəninə qarşı vuruşmaq) səciyyəsi daşıyıb.

Özü də onlar bunu son iki ildə, ermənilərin məğlub, zəif olduqları vaxtda etmirdilər, ərazimizin 20 faizinin işğal altında olduğu, düşmənin heç bir güzəştə getmək, bir kəndi belə xoşluqla tərk etmək niyyətində olmadığı dönəmdə edirdilər.

Macarıstanda milli münaqişə zəminində cinayətdə ittiham olunaraq ömürlük həbs cəzasına məhkum olunmuş zabit Ramil Səfərovun 9 ilə yaxın cəza çəkdikdən sonra ölkəmizə ekstradisiya edilməsi hadisəsində kosmopolit fəalların nə həngamələr çıxardığı, nə tozanaqlar qopardığı unudulmayıb. Ermənilərdən daha çox canfəşanlıq edənlər vardı, sosial şəbəkələrdə öz millətinə həqarət edənlərin sayı bizə nifrət püskürən ermənilərin sayından az deyildi.

Əgər bütün məsələlərə bəşəri dəyərlər prizmasından yanaşmaq lazımdırsa və bu, hər iki ölkədə – Ermənistanda və Azərbaycanda eyni cür, aşağı-yuxarı eyni miqyasda edilirsə, buna birtəhər təhəmmül etmək olar. Yox, ermənilər bizə münasibətdə total düşmənçilik xətti yeridirlərsə, necə deyərlər, ellikcə qanımıza yerikləyirlərsə, bəs biz nə düşüb ki, onların nazıyla oynayaq? Özü də bilə-bilə ki, biz belə edəndə özümüzü haqsız, onları haqlı elan etmiş oluruq, onların əlini gücləndiririk.

Fakt budur ki, erməni-azərbaycanlı müharibəsi hələ bitməyib, bitən şey müharibənin aktiv hərbi fazasıdır (hələ onun da yenidən başlanması təhlükəsi var – ermənilər revanş niyyətindədir), siyasi və diplomatik planda savaş davam edir.

Bu iki millət arasında nə vaxt qalıcı və dönməz sülh bərqərar olunar, məhz o zaman münasibətləri yumşaldan fikirlərin səslənməsi prioritet olar.

Laçın-Xankəndi yolunda Azərbaycana məxsus post və keçid məntəqəsi qoyulması ideyasına bu rakursdan yanaşmaq lazımdır. Bu, xaqımızın ümdə maraqlarına, dövlətimizin mənafeyinə tam uyğundur. Bu məsələdə dissidentlik edənlər yanılırlar. 34 ildir buna çalışırdıq ki, ermənilərin Ermənistandan Xankəndiyə silah-sursat daşımasının qarşısını alaq. İndi o məqsədə yaxınlaşmışıq. Bu, ermənilərin qələmə verdiyi kimi, Xankəndini blokadaya almaq deyil, məqsəd bölgəyə silah keçirilməsinə mane olmaq, ermənilərin yenidən silahlanaraq aktiv hərbi əməliyyatlara başlamasını önləmək, Azərbaycan dövlətinin qanunlarını öz yurusdiksiyasında olan qiyamçı bölgədə yaymaqdır.

Başqa necə olmalıdır ki? Belə olmasın, necə olsun? Yəni o ərazinin bizdən qoparılması faktı ilə barışaqmı?

DAHA ÇOX OXU

1-MANŞET

Azərbaycanlı kriminal avtoritet şok ittihamla TUTULDU

29/01/2023 13:39
export

“Çukur”un aktyorundan Şahruddinə: “Qabağa qaçma” – VİDEO

29/01/2023 13:31
export

Azərbaycanda ər arvadını döyərək ayağını sındırıb

29/01/2023 13:30
1-MANŞET

Azərbaycanda “kupça”larla bağlı YENİLİK – Bundan sonra… – VİDEO

29/01/2023 13:27
1-MANŞET

Azərbaycanda sabiq yüksək vəzifəli şəxs VƏFAT ETDİ

29/01/2023 12:15
export

Pərvin dərin ayaq dekoltesi ilə GÜNDƏMDƏ – FOTOlar

29/01/2023 03:33
SON XƏBƏR

Beyləqanda xüsusi əməliyyat: Yüksək vəzifəli şəxslər saxlanıldılar

Bayram günləri ilə bağlı əhaliyə xoş xəbər - Hava proqnozu

Bəşəriyyətin gələcəyi qış yuxusundadırmı?

Xəbər lenti

Azərbaycanlı kriminal avtoritet şok ittihamla TUTULDU

29/01/2023 13:39

“Çukur”un aktyorundan Şahruddinə: “Qabağa qaçma” – VİDEO

29/01/2023 13:31

Azərbaycanda ər arvadını döyərək ayağını sındırıb

29/01/2023 13:30

Azərbaycanda “kupça”larla bağlı YENİLİK – Bundan sonra… – VİDEO

29/01/2023 13:27

Emma yaşadığı binadan ŞİKAYƏTLƏNDİ: “Su gəlmir, işıq yoxdur, lift işləmir” – FOTO

29/01/2023 13:07

Terrorçunu zərərsizləşdirən Vasifin əməliyyatdan sonrakı fotosu

29/01/2023 12:30

Azərbaycanda sabiq yüksək vəzifəli şəxs VƏFAT ETDİ

29/01/2023 12:15

Taxtakörpü-Ceyranbatan kanalında bir nəfər batıb

29/01/2023 11:58

Müəllim tələbə qızı boş əraziyə apardı – Kənd cammatı gördüklərindən şokda

29/01/2023 11:29

Azərbaycanda həkimlər uşaqlarla bağlı həyəcan təbili çaldı – Bunu qətiyyən etməyin! – VİDEO

29/01/2023 11:15

General ABŞ-Çin müharibəsinin başlayacağı vaxtı açıqladı

29/01/2023 10:58

Qaranlıqda televizora, telefona baxmaq niyə təhlükəlidir? – Oftalmoloqlar

29/01/2023 10:39

İranda güclü zəlzələ: 600-ə yaxın yaralı var

29/01/2023 10:26

İranın Müdafiə Nazirliyi PUA hücumunu təsdiqlədi

29/01/2023 09:33

Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın – Leyla Bədirbəyli haqqında maraqlı faktlar

29/01/2023 09:25

Mourinyu “ağ bayraq” qaldırdı: “Onlara layiq rəqib yoxdur”

29/01/2023 09:20

Gəncədə zəlzələ baş verib? – RƏSMİ AÇIQLAMA

29/01/2023 09:03

Şəkidə yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqladı

29/01/2023 09:01

Pərvin dərin ayaq dekoltesi ilə GÜNDƏMDƏ – FOTOlar

29/01/2023 03:33

“O, bu mükafatı almaq üçün 500 manat ödəmişdi, sonra yazmışdı ki..”

29/01/2023 03:29

Rəşad Dağlı əfvə düşəcəkmi? – CAVAB

29/01/2023 03:18

Incendio de deposito de gas natural em Chiba, proximo a Toquio. Foto: Asahi/Reuters

İran MN: “İsfahan şəhərinə dron hücumu olub”

29/01/2023 03:12

İranda Müdafiə Nazirliyinin zavodunda güclü partlayış olub – VİDEO

29/01/2023 02:04

Saunaya çox gedənləri bu təhlükə gözləyir – XƏBƏRDARLIQ

29/01/2023 00:36

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.