Bazar ertəsi, 8 Avqust 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Qüsur tapanda sevinən paranoiklər, qərəzkarlar…

Xalid Kazımlı
15/07/2022 09:29
35
BAXIŞ
FacebookTwitterTelegram

Ötən ayın bu vaxtları saytımızda bir texniki qüsur gedib. Gənc əməkdaşımız “Yeni “səkkizlik” yaranır – aralarında Türkiyə də var” başlıqlı yazıya illüstrativ şəkil yerləşdirmək üçün Google axtarış saytında qardaş ölkənin xəritəsinin gözəgəlimli şəklini tapıb, sayta qoyub.

Heç demə, həmin xəritədə Türkiyənin sərhədləri 1-2 santimetr o yan-bu yana imiş, qonşu dövlətlərin ərazisinə girir, o cümlədən Naxçıvanı “götürürmüş”, ancaq saytımızın admini buna fikir verməyib. Bəlli bir müddətdən sonra digər əməkdaşımız xəritənin ölçülərinə fikir verib, ana fotonu dəyişdirib, daha effektiv şəkillə əvəzləyib və texniki xəta aradan qaldırılıb.

Fəqət şəklin bir müddət saytın ana səhifəsində qalması kifayət edib ki, bədxahlar onu skrin-şot edib saxlasınlar və zamanı gəldiyində ondan kompromat kimi istifadə etsinlər.

İki gündür rastıma çıxır, sosial şəbəkədə həmin təhrif olunmuş xəritənin saytımızda gedən materialı müşayiət etməsini göstərən şəklin skrin-şot edilmiş variantını paylaşır, media qrupdan, qəzetin təsisçisi Rauf Arifoğludan cavab verməyi tələb edirlər.

Bəziləri hətta əlaqədar orqanları görəvə çağırır. Naxçıvanın “Türkiyəyə birləşdirilməsi”ni Türkiyə və Azərbaycan arasında nifaq salmaq təşəbbüsü kimi qələmə verənlər, təhrif olunmuş xəritənin dərcini “vətənə xəyanət” kimi tövsif edənlər var.

Adam bu paranoidal-isterik kampaniyaya baxır və düşünür ki, nə yaxşı, ötən əsrin 30-cu illəri deyil, yoxsa Stalinlə bağlı bir hərflik səhvə (“qlavnokomanduyuşiy” sözü “qavnokomanduyuşiy” kimi gedibmiş) görə Qazaxıstanda bir qəzetin bütün redaksiya heyətinin güllələnməsi ilə nəticələnmiş hadisənin eynisi təkrarlanardı, hamımız əlli-ayaqlı gedərdik.

Düşüncə həmin düşüncədir, bir adamdan, onun buraxdığı qəzetdən xoşun gəlmirsə, adi texniki qüsuru üfləyib böyüdür, bir yalan uydurub yeridir, itələyib, “vətənə xəyanət” maddəsinin altına salırsan, torbasını tikir, başını yeyirsən, sonra rahatlıq tapırsan. Hələ yaxşı ki, kiminsə nə məqsədləsə tərtib etdiyi, daha dəqiqi, rənglərini dəyişdirdiyi xəritədə Naxçıvan Türkiyənin rənglərinə bağlı olub, İranın və ya Ermənistanın yox. Elə olsaydı, bu işin altından çıxmaq olmazdı. Yəqin ki, qərəzkar paranoiklər aidiyyatı dövlət strukturlarının binalarının önündə “vətən xainləri”nin cəzalandırılması tələbi ilə piket-filan keçirərdilər.

Açığı budur ki, bu texniki qüsurdan nəinki media qrupun təsisçisinin xəbəri olmayıb, hətta saytın baş redaktoru olaraq dünən Feysbuk paylaşımlarından xəbər tutmuşam ki, belə bir şey olub.

Onlayn rejimdə çalışırıq, gün ərzində sayta 200 civarında xəbər qoyur, o xəbərlərə 500-ə qədər şəkil yerləşdiririk. Mühəqqəq, hər gün N qədər qüsurlar (hərf səhvləri, yanlış şəkillər və s.) da gedir, sonradan ya özümüz görür, düzəldirik, ya da xeyirxah oxucularımız siqnal verir, nöqsanı aradan qaldırırıq. Bədxahlar isə o qüsurların şəklini kəsib saxlayır, sonradan paylaşaraq ya qəzetimizi gözdən salmağa çalışırlar, ya da öz aləmlərində R.Arifoğluya zərbə vurmaq qəsdinə dolurlar.

Bu, heç stəkanda fırtına yaratmaq da deyil, bu, hamam vannasını çalxalayıb suyunu öz üst-başına tökməkdir.

Günortadan sonra patriot olanların bu kimi cəhdləri artıq hiddət yox, gülüş doğurur. Əlacı kəsilmiş bekar adamlardır, bütün günü oturub izləyirlər, vay amandır, hansısa diplomatın, məmurun, deputatın keçirdiyi görüşdə fonda görünən dövlət bayrağımız qırışlı olsun, yaxud düz asılmasın, elə bir qovğa-mərəkə başlayır ki, sanasan, elə həmin şəkillə də dövlətçilik əldən gedib. Bu kimi formalizmə dayanan isterika üzündən gərək diplomatlarımız hansısa görüşdə iştirak edərkən dövlət bayrağımızın qoyulma (asılma) tərzini, rənglərinin simmetriyasını və orijinala uyğunluğunu (yaşıl çox açıq, göy çox tünd, qrımızı solğun ola bilər), parçanın səliqəli ütülənmiş olub-olmamasını kontrol eləsinlər. Çox yox, buna təxminən yarım saat vaxt lazımdır… Amma kənardan dəlilik kimi görünməzmi?

Biz Türkiyə-Azərbaycan dostluğundan yazanda, hələ sovet vaxtı bu üçrəngli bayrağımızı qaldırdığımıza görə döyüləndə, təqib olunanda, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə qoşularaq rus əsgəri ilə əlbəyaxa davaya çıxanda ata-anası bir-birilə tanış belə olmayan, müstəqillik dövründə doğulan uşaqların gəlib bizə dövlətçilik, bayraq, himn dərsi keçməsi adamı çox sinirləndirir. Onların bunu səmimi şəkildə etməsi belə adamları qıcıqlandırır, o da ola qərəzlə, məkrli niyyətlə edəndə.

Qərəzkarlar özlərinə gəlsinlər, nəfəslərini havayı tükədirlər. Müasir dövrdə texniki qüsurlara görə heç kəsi güllələmirlər. Amma kimsə bunu vətən təəssübkeşliyi ilə edirsə, 5 saniyəyə qüsuru diqqətimizə çatdırıb, həllinə nail ola bilər.

DAHA ÇOX OXU

Dil uğrunda savaşdan SAĞ çıxanlar Vətəni necə xilas etdi – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə sözardı
Flash

Dil uğrunda savaşdan SAĞ çıxanlar Vətəni necə xilas etdi – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə sözardı

02/08/2022 13:50
Rəqəmlər balet oynayanda
Köşə

Ey mənim ana dilim

02/08/2022 13:48
Bizim ajiotajların körükçüləri – Bir də müftəxor əcnəbi həmkarların lüksü
Flash

Bizim ajiotajların körükçüləri – Bir də müftəxor əcnəbi həmkarların lüksü

02/08/2022 13:48
“Meyit”lə yatanlar – erməni nekrofillərin bitməyən həyasızlığı
Köşə

“Meyit”lə yatanlar – erməni nekrofillərin bitməyən həyasızlığı

31/07/2022 10:07
Qürbətdə Yurd yeri
Köşə

Azərbaycanlı olmaq asanmı?

27/07/2022 11:45
Xocalı canisinin adamı Bakıya gələcək? – Mamicanyanın məkrli hədəfi
Köşə

Xocalı canisinin adamı Bakıya gələcək? – Mamicanyanın məkrli hədəfi

20/07/2022 11:59
SON XƏBƏR
Razini qova-qova narazı etməyin axırı

Razini qova-qova narazı etməyin axırı

Mahir Emreli “Dinamo”nun ikinci komandasında çıxış edəcək

Mahir Emreli “Dinamo”nun ikinci komandasında çıxış edəcək

Azərbaycanlı gənc eyni anda dünyanın beş nüfuzlu universitetinə QƏBUL OLDU

Azərbaycanlı gənc eyni anda dünyanın beş nüfuzlu universitetinə QƏBUL OLDU

Xəbər lenti

Ukrayna müdafiə nazirini öldürmək istəyən şəxs saxlanılıb

Ukrayna müdafiə nazirini öldürmək istəyən şəxs saxlanılıb

08/08/2022 18:07

Pul oğurlayan proqramlar – Bu proqramları telefonunuzdan silin!

Pul oğurlayan proqramlar – Bu proqramları telefonunuzdan silin!

08/08/2022 17:52

Azərbaycanda bağ evindən qara brilyant oğurlanıb

Azərbaycanda bağ evindən qara brilyant oğurlanıb

08/08/2022 17:46

Almaniya kansleri: “Şimal axını-2”nin nəqli bərpa olunmayacaq”

Almaniya kansleri: “Şimal axını-2”nin nəqli bərpa olunmayacaq”

08/08/2022 17:34

Rusiya Ermənistan-İran sərhədinin mühafizəsini gücləndirir

Rusiya Ermənistan-İran sərhədinin mühafizəsini gücləndirir

08/08/2022 17:32

ABŞ-ın başına külli miqdarda pul qoyduğu “Taliban” komandiri qətlə yetirildi

ABŞ-ın başına külli miqdarda pul qoyduğu “Taliban” komandiri qətlə yetirildi

08/08/2022 17:25

“Neftçi” Gürcüstan millisinin hücumçusunu transfer edib

“Neftçi” Gürcüstan millisinin hücumçusunu transfer edib

08/08/2022 17:18

“İnternet narkotik vasitələrin satışında vasitəçi rolunu oynayır” – Hüquqşünas

“İnternet narkotik vasitələrin satışında vasitəçi rolunu oynayır” – Hüquqşünas

08/08/2022 17:06

ABŞ-ın başına külli miqdarda pul qoyduğu “Taliban” komandiri qətlə yetirildi – FOTO

ABŞ-ın başına külli miqdarda pul qoyduğu “Taliban” komandiri qətlə yetirildi – FOTO

08/08/2022 17:05

Ərdoğan: “Paşinyanla çox konstruktiv telefon danışığı apardıq”

Ərdoğan: “Paşinyanla çox konstruktiv telefon danışığı apardıq”

08/08/2022 16:55

“İndi peşəkar televiziya işçisi yox səviyyəsindədir”- Teleaparıcıdan ittiham…

“İndi peşəkar televiziya işçisi yox səviyyəsindədir”- Teleaparıcıdan ittiham…

08/08/2022 16:38

Səlim Müslümovun bu əmlaklarına həbs qoyuldu – SİYAHI

Səlim Müslümovun bu əmlaklarına həbs qoyuldu – SİYAHI

08/08/2022 16:31

Britni Spirsin keçmiş həyat yoldaşı: Uşaqlar analarını görmək istəmirlər!

Britni Spirsin keçmiş həyat yoldaşı: Uşaqlar analarını görmək istəmirlər!

08/08/2022 15:56

“Azərbaycandakı bu şirkətlərin arxasında erməni iş adamları dayanıb” – Nəqliyyat eksperti

“Azərbaycandakı bu şirkətlərin arxasında erməni iş adamları dayanıb” – Nəqliyyat eksperti

08/08/2022 15:46

Tarkandan anasına: Oğlun səni çox sevir!

Tarkandan anasına: Oğlun səni çox sevir!

08/08/2022 15:10

Rza Zərrabla sevgili oduğu deyilən TANINMIŞ MÜĞƏNNİ EVLƏNİR – FOTO

Rza Zərrabla sevgili oduğu deyilən TANINMIŞ MÜĞƏNNİ EVLƏNİR – FOTO

08/08/2022 15:07

İspaniya bu əsrin ən böyük meşə yanğınları ilə mübarizə aparır

İspaniya bu əsrin ən böyük meşə yanğınları ilə mübarizə aparır

08/08/2022 14:48

Victoria Beckham və Nicola Peltz arasında iddia edilən soyuq müharibə: Onlar bir-birinə dözə bilmirlər

Victoria Beckham və Nicola Peltz arasında iddia edilən soyuq müharibə: Onlar bir-birinə dözə bilmirlər

08/08/2022 14:40

Ermənilər Laçını belə tərk edir – VİDEO

Ermənilər Laçını belə tərk edir – VİDEO

08/08/2022 14:07

Azərbaycanda ŞOK İDDİA: ana 1 yaşlı oğlunu öldürmək istədi

Azərbaycanda ŞOK İDDİA: ana 1 yaşlı oğlunu öldürmək istədi

08/08/2022 14:01

Samirə Yusifqızı: “Bir milyonluq evim Buzovnada yerləşir” – VİDEO

Samirə Yusifqızı: “Bir milyonluq evim Buzovnada yerləşir” – VİDEO

08/08/2022 13:59

“Dost da, düşmən də bilsin ki, can Azərbaycan heç bir zaman tək deyil” – VİDEO

“Dost da, düşmən də bilsin ki, can Azərbaycan heç bir zaman tək deyil” – VİDEO

08/08/2022 13:52

Heyvanlara qarşı zorakılıq tətbiq edənləri hansı cəza gözləyir?

Heyvanlara qarşı zorakılıq tətbiq edənləri hansı cəza gözləyir?

08/08/2022 13:52

Səfər Mehdiyev Prezident Administrasiyasına çağırıldı

Səfər Mehdiyev Prezident Administrasiyasına çağırıldı

08/08/2022 13:44

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.