Cümə axşamı, 18 Avqust 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Özbək süvarisini qara papaqla ürkütmək cəhdi – Nukusda baş verənlər nəyin göstəricisidir…

Xalid Kazımlı
04/07/2022 09:21
35
BAXIŞ
FacebookTwitterTelegram

Ötən ilin sentyabrında Özbəkistanda keçirilən bir həftəlik beynəlxalq mədəniyyət tədbiri çərçivəsində iştirak edərkən bizi Xivə şəhərinə apardılar. Ürgənc aeroportunda endik, daha sonra avtobusla 40-45 dəqiqəlik yol gedərək Xivə şəhərinə çatdıq. Orada bizə dedilər ki, tədbir iştirakçılarının bir hissəsi də Qaraqalpaqıstanın paytaxtı Nukus şəhərinə yollanıb.

Xivə ilə Nukusun arası 171 kilometrdir, 3 saatlıq yoldur. Bu şəhərlərdə yaşayan xalqlar təkcə məsafəcə yox, bir çox cəhətdən bir-birinə yaxındırlar.

Bir neçə gündən sonra Nukusa daha bir beynəlxalq tərkibli nümayəndə heyəti aparıldı. Bu, onu göstərirdi ki, Özbəkistanın indiki hakim dairələri ölkənin tarixi-mədəni irsinə böyük önəm verir.

Özbəkistanın tarixinə, regiona bələd olmayan əcnəbilər türk dünyasına daxil olan özbəklərlə qaraqalpaqların fərqinin nədə olduğunu ilk baxışdan bilməzlər. İnsanların antrpoloji cizgiləri, demək olar ki, eynidir, dilləri arasında böyük yaxınlıq var (qaraqalpaq dili qazax dilinə də yaxındır – o da Qazaxıstanla həmsərhəd bölgələrin dialekti). Bu xalqların tarixi də eynidir, eyni dövlətlərin tərkibində yaşayıblar, eyni ordularda çiyin-çiyinə savaşıblar.

3.jpg (116 KB)

İstənilən ölkədə vilayətlər, mahallar arasında yüngülvari öcəşmə, qarşılıqlı bəyənməzlik və rəqabət olduğu kimi, Özbəkistanın 40 faizini təşkil edən Qaraqalpaqıstanın vilayətləri ilə digər vilayətlər arasında dartışma, sürtüşmə olmamış deyil. Ancaq bu məişət səviyyəsində, lokal səciyyəlidir, ciddi siyasi ziddiyyət yoxdur. Ona qalsa, xarəzmlilər özlərini, öz tarixlərini daha üstün tuturlar.

Hazırda Qaraqalpaqıstanda baş verən hadisələr, küçə iğtişaşlarını etnik münaqişə hesab etmirlər, ancaq “konstitusiya dəyişikliklərinə etiraz”ın ölkənin yalnız bir nahiyəsində, etnik qaraqalpaqların yaşadığı Nukusda baş verməsi göstərir ki, prosesi etnik qarşıdurma müstəvisinə keçirmək istəyən qüvvələr var. Bu, öz-özünə və elə-belə baş verə bilməz. Çünki bir ölkədə həyata keçirilməsi nəzərdə tutulan konstitusiya islahatları həmin ölkənin bütün əhalisinin həyatına təsir edir, ayrıca götürülmüş muxtar bölgənin yox.

Gələn informasiyalardan isə belə anlaşılır ki, yeni konstitusiyada qaraqalpaqların ümdə mənafelərini zədələyəcək müddəalar yoxdur, tam əksinə, dəyişikliklər mütərəqqi xarakterlidir, irəliyə doğru addımdır və insanların hüquqlarının artırılmasına yönəlikdir.

1131779da (1).jpg (67 KB)

Əslində İslam Kərimovun despotik hakimiyyətindən sonra mülayimləşmə, dünyaya açılma yolu tutan Şavkat Mirziyoyev iqtidarına qarşı bu cür ayaqlanmaların olacağı gözlənilən idi. Kərimov ölkəni dünyaya qapatmışdı, ölkəyə daxil olan hər kəsə casus, onlara yaxınlaşan yerlilərə agent gözü ilə baxılırdı. Onun zamanında ölkədə sosial tələblərlə hər hansı bir piket keçirmək də mümkün deyildi. Məsələn, aylarla su verilməyən küçənin insanları bir dövlət binası önündə toplaşıb şikayət etsəydilər, dərhal fiziki zorakılığa, həbsə məruz qalardılar.

Bir qayda olaraq elə bir repressiv müstəbid rejimindən sonra müəyyən azadlıqlar əldə etmiş insan kütlələrinin toplanmış enerjisi mütləq bir yerdən çıxır. Adətən, xalqlar despotların acığını sonradan gələn yumşaq liderlərdən çıxırlar. Dünya tarixində buna dair minlərlə fakt var.

77.jpg (155 KB)

Bununla belə, gözlənilən ayaqlanmanın Qaraqalpaqıstanda yox, məsələn, etnik taciklərin çoxluq təşkil etdiyi Səmərqənd civarında olacağı ehtimal olunurdu. Bu regionda yaşayan taciklər Tacikistanda yaşayan soydaşlarından daha ötkəm, daha imkanlı, daha fəal, daha ambisiyalıdırlar və özləri üçün dövlətdə müəyyən üstünlüklər əldə ediblər. Amma Özbəkistan dövlətinin adının dünya mediasında hallanmasının səbəbkarı taciklər yox, qaraqalpaqlar oldular. Bu da ona görə ola bilər ki, qaraqalpaqların Özbəkistan dövlətinə siyasi-hüquqi problem yaratmaq imkanları böyükdür. Ölkə konstitusiyasına görə, Qaraqalpaqıstan Özbəkistanın tərkibində qalmaq və çıxmaq hüququna malikdir.

Ölkə ərazisinin az qala yarısı qaraqalpaqlara məxsus olsa da, bu muxtar respublikanın əhalisi azdır: 2 milyon nəfər. Özbəkistanın ümumi əhalisi isə 36 milyona yaxındır.

566.JPG (33 KB)

Sadəcə, qaraqalpaqların yaşadığı ərazilər böyük ölçüdə səhralıqlardan ibarətdir. Yəqin ki, məhz ona görə Qaraqalpaqıstanın qərb və şimal sərhədləri xəritdə xətkeşlə çəkilmiş düz xətdən ibarətdir. Dünya xəritəsində belə hal Afrikanın şimal hissəsində – Misir, Sudan, Çad, Liviya, Əlcəzair, Mali, Mavritaniya arasında mövcuddur. Bu xətkeşlə çəkilmiş demarkasiya xətləri həmin regionda yaşayış, insan məskəni olmaması və yeknəsəq relyef üzündəndir.

Güzəran səviyyəsinə qalsa, qaraqalpaqlarla özbəklərin yaşayış səviyyəsi aşağı-yuxarı bərabərdir. Təbii ki, dünyanın hər yerində iri şəhərlərin əhalisinin rifah halı ilə regionların əhalisinin yaşayışı şərtləri fərqlənir. Orada da Daşkənddə yaşayanlarla Nukusda yaşayanların güzəranı arasında fərq var. Eyni fərq Xivə-Daşkənd əhalisi arasında da mövcuddur.

88.jpg (65 KB)

Bütün Özbəkistandan olduğu kimi, Qaraqalpaqıstandan da öz rusisini yaxın ölkələrdə axtaran qastarbayterlər çoxdur. Qaraqalpaqlar da əsasən Rusiyaya üz tuturlar. Rusiyada təhsil alan, daha sonra bu ölkədə qalan, hətta onun silahlı qüvvələrində karyera quran qaraqalpaqlar da var. Məsələn, bu ilin aprel ayında rəhbərlik etdiyi hərbi hissə ilə Ukraynanın Buça şəhərində dinc əhaliyə qarşı qətliam törədən 40 yaşlı polkovnik Azatbek Asanbekoviç Omurbekov Qaraqalpaqıstandadır.

Ayrıca Rusiya ilə Qaraqalpaqıstanın avtonom münasibətləri var. Qaraqalpaqlar Rusiyanın şəhərlərinə Nukus aeroportundan birbaşa uçurlar.

Elədirsə, Nukusdakı hərəkətlənmənin Özbəkistan dövlətinin tutmuş olduğu yeni strateji kursa qarşı olduğunu düşünməyə əsas varmı? Var.

Без названия.jpg (10 KB)

Çünki ortada xalqı küçələrə çıxaracaq ciddi əsas yoxdur. Yeni konstitusiyaya etiraz bəhanədir. Araşdırılanda məlum olacaq ki, iğtişaşlara qoşulanların böyük əksəriyyətinin nəinki konstitusiyada  tutulan dəyişikliklərdən xəbəri yoxdur və meydana kimlərinsə təhriki ilə çıxıblar.

Ancaq çox vaxt olduğu kimi, insanlara “başlayın” göstərişi verən “dirijor”un kimliyi naməlum qalacaq. Daha dəqiqi, hər kəs ortalığı qarışdıran “dirijor çubuğu”nu görsə də, çubuğun kimin əlində olduğunu heç kəsin boynuna qoymaq mümkün olmayacaq.

nocomment_b66a98ee51ef867e65a5a8759a8646bf_y3c2uwn17gho6q45p8mi.jpg (39 KB)

Xatırlayırsınızsa, cəmi 1 həftə əvvəl Özbəkistan prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevi necə isti qarşılamış və necə hərarətlə yola salmışdı. O zaman bu mənzərəni müşahidə edən bir çox KİV qurumları, eləcə də sosial şəbəkə istifadəçiləri bunun sıradan bir lütfkarlıq olmadığını qeyd etmişdilər. Hamı o fikrə gəlmişdi ki, regionda yeni ittifaqlar yaranır və bu dostluq münasibətlərinin daha da sıxlaşacağı, nüvəsinə yeni dövlətləri cəlb edəcəyi gözlənilir.

Nukus hadisələri bu dostluq büsatına qarşı addım kimi düşünülmüş ola bilər. Belə bir ehtimal böyükdür. Bu ilin yanvarında Qazaxıstanda baş verən iğtişaşlar da Qazaxıstan dövlətinin rəhbərliyinin digər türk dövlətləri yaxınlaşma cəhdindən dərhal sonra baş vermişdi.

Yenə də hadisələrin mabədini izləyək. Nizəni çuvalda gizlətmək mümkün deyil.

P.S. “Qara qalpaq” sözü biizm dildə “qara papaq” deməkdir. Keçmiş dönəmlərdə sürətlə gələn süvarinin atını ürkütmək üçün önünə qara papaq atarmışlar.

DAHA ÇOX OXU

11 gündən sonra gələn “təəssüf bəyanatı” – Təəssüf…
Köşə

11 gündən sonra gələn “təəssüf bəyanatı” – Təəssüf…

18/08/2022 08:40
Siçan deşiyindən “müstəqillik” bəyanatı – Araik yenə Bakıya hürdü
Köşə

Siçan deşiyindən “müstəqillik” bəyanatı – Araik yenə Bakıya hürdü

18/08/2022 08:39
İşdə əsas instinkt macərası
Köşə

İşdə əsas instinkt macərası

18/08/2022 08:37
Sədrin boynu haqda pritça
Köşə

Sədrin boynu haqda pritça

18/08/2022 08:35
Dil uğrunda savaşdan SAĞ çıxanlar Vətəni necə xilas etdi – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə sözardı
Flash

Dil uğrunda savaşdan SAĞ çıxanlar Vətəni necə xilas etdi – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə sözardı

02/08/2022 13:50
Rəqəmlər balet oynayanda
Köşə

Ey mənim ana dilim

02/08/2022 13:48
SON XƏBƏR
Azərbaycanda dəhşət: Arvad ərini döyüb,ütü ilə yandırdı – VİDEO

Azərbaycanda dəhşət: Arvad ərini döyüb,ütü ilə yandırdı - VİDEO

Damarları təmizləyir, qurdları öldürür, yaraları sağaldır – MÖCÜZƏVİ DƏMLƏMƏ

Damarları təmizləyir, qurdları öldürür, yaraları sağaldır - MÖCÜZƏVİ DƏMLƏMƏ

Şuşada 92 il əvvəl toxunan xalça muzeyə hədiyyə olunub

Şuşada 92 il əvvəl toxunan xalça muzeyə hədiyyə olunub

Xəbər lenti

“Real Madrid” futbolçusunu icarəyə verib

“Real Madrid” futbolçusunu icarəyə verib

18/08/2022 17:42

Hulusi Akar ukraynalı həmkarı ilə görüşüb – FOTO

Hulusi Akar ukraynalı həmkarı ilə görüşüb – FOTO

18/08/2022 17:24

Rusiya XİN: “Ermənistandan cavab gözləyirik”

Rusiya XİN: “Ermənistandan cavab gözləyirik”

18/08/2022 17:23

İngiltərənin ən varlı adamı “Mançester Yunayted”i almaq istəyir

İngiltərənin ən varlı adamı “Mançester Yunayted”i almaq istəyir

18/08/2022 17:11

Erməni KİV: Ermənistan Azərbaycanla sərhəddə üç nəzarət-buraxılış məntəqəsi açmağı planlaşdırır

Erməni KİV: Ermənistan Azərbaycanla sərhəddə üç nəzarət-buraxılış məntəqəsi açmağı planlaşdırır

18/08/2022 17:01

Rusiya qırıcılarının Finlandiyanın hava məkanını pozduğu iddia olunur

Rusiya qırıcılarının Finlandiyanın hava məkanını pozduğu iddia olunur

18/08/2022 16:52

Emin Əmrullayev Prezidentə təşəkkür ETDİ

Emin Əmrullayev Prezidentə təşəkkür ETDİ

18/08/2022 16:34

“Bəstəkarlar İttifaqının gücü sıfıra yaxındır” – Cavanşir Quliyevlə müsahibə

“Bəstəkarlar İttifaqının gücü sıfıra yaxındır” – Cavanşir Quliyevlə müsahibə

18/08/2022 16:33

Müəllim, direktor və müavinlərinin maaşlarına əlavələr ediləcək – Fərman

Müəllim, direktor və müavinlərinin maaşlarına əlavələr ediləcək – Fərman

18/08/2022 16:33

Ermənistan Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi açmağı planlaşdırır

Ermənistan Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi açmağı planlaşdırır

18/08/2022 16:30

Bütün gözlər Ukraynada – İki lider hansı məsələləri danışacaq? – VİDEO

Bütün gözlər Ukraynada – İki lider hansı məsələləri danışacaq? – VİDEO

18/08/2022 16:18

Açıq saçıq fotoları ilə hər zaman gündəm olan baş nazirin YENİ GÖRÜNTÜLƏRİ qalmaqala səbəb oldu

Açıq saçıq fotoları ilə hər zaman gündəm olan baş nazirin YENİ GÖRÜNTÜLƏRİ qalmaqala səbəb oldu

18/08/2022 16:06

Təhsil işçilərinin maaşına əlavələr edildi

Təhsil işçilərinin maaşına əlavələr edildi

18/08/2022 16:00

Tədris ilində tıxacdan necə qurtulmaq olar?

Tədris ilində tıxacdan necə qurtulmaq olar?

18/08/2022 15:47

Özünü icra hakimiyyətinin qarşısında yandıran qazi ilə bağlı- Rəsmi açıqlama

Özünü icra hakimiyyətinin qarşısında yandıran qazi ilə bağlı- Rəsmi açıqlama

18/08/2022 15:29

“Covid-19” və meymunçiçəyi viruslarına yoluxanların sayında artım olub

“Covid-19” və meymunçiçəyi viruslarına yoluxanların sayında artım olub

18/08/2022 15:28

100 yaşlı qadın 100-cü nəvəsini qucağına aldı

100 yaşlı qadın 100-cü nəvəsini qucağına aldı

18/08/2022 15:23

Corc Qafarov: “Məndən əl çəkin!”

Corc Qafarov: “Məndən əl çəkin!”

18/08/2022 15:12

Bakıda anbar yanır

Bakıda anbar yanır

18/08/2022 14:54

FHN əməkdaşlarının intim videolarını yayan polkovnik HƏBS EDİLDİ

FHN əməkdaşlarının intim videolarını yayan polkovnik HƏBS EDİLDİ

18/08/2022 14:29

“Beşiktaş”dan gözlənilən transfer – İstanbula gəlir (FOTO)

“Beşiktaş”dan gözlənilən transfer – İstanbula gəlir (FOTO)

18/08/2022 14:27

Elnarə makiyajsız fotosu ilə gündəmə gəldi – FOTO

Elnarə makiyajsız fotosu ilə gündəmə gəldi – FOTO

18/08/2022 14:23

Dieqo Simeonenin oğlu “Napoli”yə keçib – FOTO

Dieqo Simeonenin oğlu “Napoli”yə keçib – FOTO

18/08/2022 14:13

Azərbaycan, Türkiyə və Gürcüstan BTQ ilə bağlı saziş imzalayıb

Azərbaycan, Türkiyə və Gürcüstan BTQ ilə bağlı saziş imzalayıb

18/08/2022 14:02

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.