Rusiyanın Ukraynanın Kremençuk şəhərindəki ticarət mərkəzinə təşkil etdiyi raket hücumunda can itkisi artır.
Medianews.az xəbər verir ki, Ukrayna fövqəladə hallar xidmətləri ticarət mərkəzinə edilən hücumda ölənlərin sayının 16-ya, yaralıların isə 59-a yüksəldiyini açıqlayıb.
Ukrayna prezidenti Vladimir Zelenski ticarət mərkəzində mindən çox insanın olduğunu və bunun hədəfdən kənar raket hücumu deyil, hesablanmış Rusiyanın hücum olduğunu deyib.
Qeyd edək ki, Rusiya qüvvələri Ukraynanın Luqansk vilayətindəki Severodonetskə nəzarəti tamamilə ələ keçirdiklərini iddia edib və ötən həftə sonu Rusiya raketləri paytaxt Kiyev və liman şəhəri Odessaya zərbə endirib.
Leyla, Medianews.az