Səudiyyə Ərəbistanı vətəndaşlarının Türkiyə, Hindistan, Efiopiya və Vyetnama səyahətinə mane olan koronovirus qadağalarını ləğv edib.
Medianews.az xəbər verir ki, bu bəyanat Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyində yer alıb.
Qeyd edək ki, ölkə keçən ay Covid hadisələrinin artması səbəbindən Türkiyə də daxil olmaqla 16 ölkəyə səyahət qadağası qoyub.
Bu ayın əvvəlində Səudiyyə Ərəbistanı koronovirusun yayılmasının qarşısını almaq üçün həyata keçirilən tədbirləri, o cümlədən qapalı yerlərdə maska taxmaq tələbini ləğv edib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman çərşənbə günü Türkiyəyə səfər edəcək.
Leyla, Medianews.az