Medianews.az
Baydenin tənəzzül bəyanatı
116 baxış

Baydenin tənəzzül bəyanatı

ABŞ prezidenti Co Bayden ABŞ iqtisadiyyatının tənəzzülə girməsinin qaçılmaz olmadığını və ABŞ-ın inflyasiya ilə mübarizə aparacağına inandığını bildirib. Medianews.az xəbər verir ki, Bayden Associated Press-ə müsahibəsində "əvvəla, bu qaçılmaz deyil. İkincisi, biz inflyasiya ilə mübarizə aparmaq üçün dünyanın istənilən ölkəsindən daha güclü mövqedəyik”,-deyə bildirib. Xatırladaq ki, çərşənbə günü ABŞ Federal Ehtiyat Sistemi 1994-cü ildən bəri ən böyük faiz artımını etdi. Faiz dərəcəsini 75 bənd artıraraq 1,5% və 1,75% aralığına çatdıran FED, il sonu faiz dərəcəsi proqnozunu 3,4 faizə yüksəltdi. Qeyd edək ki, ABŞ-da istehlak inflyasiyası iyun ayında gözləntiləri aşaraq 8,6 faizə çatıb ki, bu da son 40 ildən çox müddətdə ən yüksək səviyyədir. Leyla, Medianews.az

Bizə qoşulun