Ukrayna özünə faydası olmayacaq nəticə ilə razılaşdırılmağa çalışdırılır. Beynəlxalq ictimaiyyətdə müharibə ilə bağlı yorğunluq artıb və hər kəs özü üçün faydalı nəticə istəyir.
Medianews.az xarici mətbuata istinadən xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Zelenski Jurnalistlər Günü münasibətilə ölkədəki jurnalistlərlə görüşü zamanı deyib.
Rusiya ilə müharibəni bitirmək üçün hələ plan olmadığını deyən Zelenski əlavə edib ki, bizim heç bir planla bağlı danışıqlarımız yoxdur: “Bu gün belə danışıqlar sıfır səviyyəsindədir. Hamı bizi sonu bizim üçün faydalı olmayan bir nəticəyə doğru itələmək istəyir”.
2500-dən çox ukraynalı əsgərin Azovstaldan çıxarılaraq Rusiyada əsir saxlanıldığını qeyd edən Zelenski bütün ukraynalı məhbusların evlərinə qayıtması üçün çalışdıqlarını bildirib.
Hazırda dünyada taxıl böhranı ilə əlaqədar yaranmış problemdən danışan Ukrayna prezidenti qeyd edib ki, taxıl ixracı ilə bağlı BMT, eləcə də Baltikyanı ölkələr və Polşa ilə danışıqlar davam edir, lakin yol uzaq olduğu üçün bu marşrut prioritet deyil.
Ukraynanın Odessa limanları vasitəsilə hər ay 10 milyon ton taxıl ixrac edə biləcəyini vurğulayan Zelenski vurğulayıb ki, indi orada 22-25 milyon ton taxıl bloklanıb: “Payızda 75 milyon ton taxılımız ola bilər. Lakin bunun nə fərqi var?! Biz limanlar olmadan taxıl ixrac edə bilmərik.”
Medianews.az