Çərşənbə, 18 May 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
No Result
View All Result

Harın məmurların iştirakıyla yol əhvalatı – 1234

Xalid Kazımlı
2022/04/26 15:26
0
5
BAXIŞ
FacebookTwitterTelegram

Paytaxtımızda sürücülük mədəniyyəti, yol hərəkəti qaydalarına riayət elə bir səviyyədədir ki, hər gün evindən çıxıb işinə, eləcə də işindən çıxıb evinə gedən sürücü azı yeddi dəfə münaqişəyə girə bilər.

Bu yol davası şəraitinin yaranmasının detalları çoxdur: işıqforun qırmızı işığının yanmasına 5 saniyə qalmış “sür dəə” mənası verən işıq və səs siqnalından istifadə, sağdan gəlib qəfildən orta yolda gedənin qarşısına burulmaq, dairədə hərəkət hüququ olmadan sürüb keçmək və bu zaman haqlı olan tərəfə təhqiramiz işarə göstərmək, ara yollardan şığıyaraq ana yolla sürətlə gələn avtomobilin yoluna çıxmaq, yolun solunu tutub gedərək asta sürmək və tələsənə yol verməmək və sair və ilaxır. Buraya avtoxuliqanlıq edənlərin, eləcə də bilərəkdən və ya bilməyərəkdən qəza şəraiti yaradanların da müxtəlif səciyyəli hərəkətləri daxildir.

Hər qəza və dava şəraiti yarandığı zaman sürücülər avtomobillərindən düşüb əlbəyaxa davaya başlasalar, əmin olun ki, hər gün onminlərlə qovğa faktı qeydə alınar və insanların günü polis bölmələrində, xəstəxanaların travmatoloji şöbələrində keçər.

Ona görə də bu ölkədə, xüsusilə də onun iri şəhərlərində yol hərəkətinin iştirakçıları bir-birini yola verirlər, mində bir halda belə avtomobillərindən düşüb dalaşmırlar, ən uzağı bağlı şüşələrin arxasında bir-birinin ünvanına təhqiramiz ifadələr işlədir və sürüb işlərinin ardınca gedirlər. Reallıq budur.

Bu baxımdan dövlət vəzifəsi tutan Sultan Dadaşovun motosikletçiyə qarşı etdiyi hərəkət, avtomobilindən düşərək onu döyməsi, təhqir etməsi sıradan hadisə deyil. Birincisi, adam özü həmin situasiyada haqsız idi, yol hərəkəti qaydasını pozmuşdu və ən yaxşı yalda susmalı, üzrxahlıq etməliydi. İkincisi, ona irad bildirən motosikletçinin qabağını kəsib təhqirə, fiziki təzyiqə məruz qoymamalıydı.

Əslində motosikletçi də gündə yüz dəfələrlə rastlaşdığı adi bir yol vaqiəsinə görə provokativ jest etməməliydi. Amma bu, haqq vermir ki, dövlət məmuru öz iyerarxik durumuna, əlaqələrinə arxayın olaraq, sadə vətəndaşın üstünə yerisin. Əlbəttə, o vəzifəsiz, orta statistik bir vətəndaş olsaydı, haqsız olduğu halda bu hərəkəti etməz, özündən daha qıvraq bir gənci fiziki üsulla cəzalandırmaq fikrinə düşməzdi.

Demək, öz cəzasızlığına inam amili ilə yanaşı, bir harınlıq faktı da var. Tanıyanlar müsbət xarakterli insan kimi səciyyələndirsə də, adamın sürdüyü avtomobilin qiyməti, özünün hərəkəti başqa qənaətlərə yer qoymur. Hərçənd hadisədən sonra peşmançılıq ifadə etməsi onun qəbahətini bir az yumşaldırdı. Bəlkə də dediyi kimidir: təzyiqi qalxıbmış, əsəbiymiş, adi bir hərəkətdən sinirlərdə ani “partlayış” baş verib.

Bir bu, olsa, nə vardı ki? Adətən, yollarda yastı və ucuz avtomobillərin, motosikletçilərin sürücülərini, hətta arada yol polislərini qapazlayanlar məhz hündür və bahalı avtomobil sürənlərdir. Onlar hesab edirlər ki, həmişə haqlıdırlar, heç kimsə onların önüylə gedə bilməz, hamı çəkilib yol verməlidirlər, onlar maşınlarını hər yerə soxa, qırmızı işıqda keçə, qoşa xətti kəsərək qarşı yola çıxıb irəliləyə bilərlər. Bu zaman kimsə onlara mane olarsa, irad tutarsa, nəsibləri eynilə bu cür olmalıdır: şillə-qapaq, dürtmə-təpik, söyüş-təhqir.

Əgər motosiklet sürücüsündə qeydiyyat kamerası olmasaydı və o, başına gələn olayı videolentə alıb ictimailəşdirməsəydi, yəqin ki, bu söhbət tezliklə yat-yut olacaqdı. Onun özünü haqsız çıxaracaqdılar, Dadaşova isə bir söz deməyəcəkdilər. İnternet resurslarında yayılan və ölkənin gündəminə oturan videokadrlar isə məsələnin mahiyyətini dəyişib.

Bütün bunlar korrupsiyanın, dövlətdən, xalqdan oğurlanan çirkli pulların bəzi insanları öz təbii məcralarından çıxarmasının, onlarda özlərini başqalarından üstün saymalarının, bir sözlə, harınlığın, qudurğanlığın nəticəsidir. Belə hadisələrə görə cəzasızlıq mühitinin lazım olduğundan daha uzun sürməsi sonda mütləq partlayışa səbəb olur. Ona görə də cızığından çıxan, insanlara kasta münasibəti bəsləyən hər kəs tutduğu əmələ görə cəzalandırılmalıdır. Gələn xəbərlərə görə, Dadaşov bu aqibətdən kənar qalmayıb, ona 25 sutkalıq cəza veriblər.

Korrupsiya ilə mübarizəyə gəlincə, bir çox ölkələr korrupsiyaya qarşı proqramların həyata keçirilməsinə milyonlarla dollar həcmində vəsait ayırır və həmin pullar da korrupsionerlər tərəfindən yeyilir. Yalnız Çin korrupsiya ilə mübarizəyə pul ayırmır, patron ayırır.

DAHA ÇOX OXU

Kennedinin qatili Osvaldın müəllimi –SSRI-ni gömən Şuşkeviç tarixdə necə qalacaq?
Xalid Kazımlı

Kennedinin qatili Osvaldın müəllimi –SSRI-ni gömən Şuşkeviç tarixdə necə qalacaq?

08/05/2022
Putinin önündəki Peten deyil – Zelenskinin qarşısındakı isə daha betərdir
Xalid Kazımlı

Putinin önündəki Peten deyil – Zelenskinin qarşısındakı isə daha betərdir

18/04/2022
Kremlin himayə etdiyi iki Simonyan – Ərköyünlərin “triumf”u
Xalid Kazımlı

Kremlin himayə etdiyi iki Simonyan – Ərköyünlərin “triumf”u

16/04/2022
Sifarişlə yazılan əsərlərin qısa ömrü və Spilberq etalonu
Xalid Kazımlı

Sifarişlə yazılan əsərlərin qısa ömrü və Spilberq etalonu

15/04/2022
Aristidi iqtidara gətirənlər, hərbi təyyarədə qaçıranlar - tarixi ibrət
Xalid Kazımlı

Aristidi iqtidara gətirənlər, hərbi təyyarədə qaçıranlar – tarixi ibrət

13/04/2022
Gözlənilməyən bir qətliamın tarixçəsi – hər kəsi yanıldan savaş
Xalid Kazımlı

Gözlənilməyən bir qətliamın tarixçəsi – hər kəsi yanıldan savaş

11/04/2022
SON XƏBƏR
Gecə kişini bıçaqlayan qadın: “Əlləri ilə məni itələdi…”

Gecə kişini bıçaqlayan qadın: "Əlləri ilə məni itələdi..."

Nazirlikdən TAXIL emalı ilə məşğul olan sahibkarlara XƏBƏRDARLIQ

Nazirlikdən TAXIL emalı ilə məşğul olan sahibkarlara XƏBƏRDARLIQ

Nigeriyada Azərbaycan mətbəxini brendə çevirən xanım: “Afrikada yaşamaq maraqlıdır”

Nigeriyada Azərbaycan mətbəxini brendə çevirən xanım: “Afrikada yaşamaq maraqlıdır"

Xəbər lenti

39 yaşlı aparıcı xərçəngdən vəfat etdi – FOTO

39 yaşlı aparıcı xərçəngdən vəfat etdi – FOTO

2022/05/18 09:32

Bu gün bu yerlər PULSUZ OLACAQ

Bu gün bu yerlər PULSUZ OLACAQ

2022/05/18 09:16

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş… – Bakıdakı QƏTLİN TƏFƏRRÜATI

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş… – Bakıdakı QƏTLİN TƏFƏRRÜATI

2022/05/18 08:58

Rusiya bu ölkə ilə quru sərhədini açdı

Rusiya bu ölkə ilə quru sərhədini açdı

2022/05/18 08:54

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

2022/05/18 08:50

Azərbaycanda orta məktəb müəllimi qəfil vəfat etdi – FOTO

Azərbaycanda orta məktəb müəllimi qəfil vəfat etdi – FOTO

2022/05/18 08:46

“Avroviziya”da qalib olmağın dadını görmüşük, indi başqa məqsəd güdməliyik – Cavanşir Quliyev

“Avroviziya”da qalib olmağın dadını görmüşük, indi başqa məqsəd güdməliyik – Cavanşir Quliyev

2022/05/17 19:44

Beyləqanda yanğın: xəsarət alan var

Beyləqanda yanğın: xəsarət alan var

2022/05/17 18:30

Rusiyadan Finlandiyaya ZƏRBƏ

Rusiyadan Finlandiyaya ZƏRBƏ

2022/05/17 18:18

Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı

2022/05/17 18:05

Buraxılış imtahanlarının nəticələri açıqlanıb

Buraxılış imtahanlarının nəticələri açıqlanıb

2022/05/17 18:01

“Niyə avropaya öz musiqimizi deyil, Avropa musiqini təqdim edirik?”- Gövhər Həsənzadə

“Niyə avropaya öz musiqimizi deyil, Avropa musiqini təqdim edirik?”- Gövhər Həsənzadə

2022/05/17 17:45

Qurban Qurbanov: “Qarabağ”da döyüşçü olmayan şəxs yer ala bilməz”

Qurban Qurbanov: “Qarabağ”da döyüşçü olmayan şəxs yer ala bilməz”

2022/05/17 17:10

Putin Qərbi ittiham edib: “Baş verənlərin hamısı onların siyasəti ilə bağlıdır”

Putin Qərbi ittiham edib: “Baş verənlərin hamısı onların siyasəti ilə bağlıdır”

2022/05/17 16:59

MM sədri: “Azərbaycan sülh danışıqlarına başlamağa hazırdır”

MM sədri: “Azərbaycan sülh danışıqlarına başlamağa hazırdır”

2022/05/17 16:47

Xankəndini boşaltmalı olacağıq – Akopyan

Xankəndini boşaltmalı olacağıq – Akopyan

2022/05/17 16:26

“Niyam mənə sevgili kimi görünməyi təklif edib” – Səidə Sultan

“Niyam mənə sevgili kimi görünməyi təklif edib” – Səidə Sultan

2022/05/17 16:12

Azərbaycanda sevgilisi rəis olanlardan bəhs edən klip çəkildi – VİDEO

Azərbaycanda sevgilisi rəis olanlardan bəhs edən klip çəkildi – VİDEO

2022/05/17 15:50

Deputat Nazirliyi tənqid etdi: “Deyir dar şalvar geyinmə, “yupka”nı…”

Deputat Nazirliyi tənqid etdi: “Deyir dar şalvar geyinmə, “yupka”nı…”

2022/05/17 15:32

“İƏT-lə Azərbaycan arasında qarşılıqlı, faydalı əməkdaşlığın genişləndirilməsində yeni mərhələ başlayacaq”- Aydın Hüseynov

“İƏT-lə Azərbaycan arasında qarşılıqlı, faydalı əməkdaşlığın genişləndirilməsində yeni mərhələ başlayacaq”- Aydın Hüseynov

2022/05/17 14:57

Ukrayna Prezident Ofisi: “Rusiya ilə danışıqlar dayandırılıb”

Ukrayna Prezident Ofisi: “Rusiya ilə danışıqlar dayandırılıb”

2022/05/17 14:45

Təəccüblü araşdırma: İtlər koronovirusu testlərdən daha yaxşı aşkarlayırlar

Təəccüblü araşdırma: İtlər koronovirusu testlərdən daha yaxşı aşkarlayırlar

2022/05/17 13:48

Azərbaycanda vəzifəli şəxsləri təhqir etdilər

Azərbaycanda vəzifəli şəxsləri təhqir etdilər

2022/05/17 13:40

30 ildən sonra Fransada bir ilk

30 ildən sonra Fransada bir ilk

2022/05/17 13:29

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.

Рассылка

No Result
View All Result
  • Medianews.az – Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • RU
  • EN

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.