“Yaxşı xəbərdən başlamaq istəyirəm- biz tab gətirdik və düşmənin hücumlarını dəf edirik.
Döyüşlər ölkəmizin bir çox şəhərləri və rayonlarında davam edir. Kiyev və onun ətrafında həlledici şəhərlər ordumuzun nəzarəti altındadır. İşğalçılar ölkənin mərkəzini mühasirəyə alaraq Donetskdə olduğu kimi oyuncaq hökumət qurmaq istədilər. Biz onların bu planını pozduq, onlar qarşımızda heç bir üstünlük qazana bilmədi.
Kiyev uğrunda əsl döyüş davam etdi. Düşmən bizə qarşı hər şeyi- qırıcıları, diversantları, desantları işə saldı.
İşğalçılar yaşayış kvartallarına zərbələr endirir, energetika obyektlərimizi dağıtmağa cəhd edir, bu, onların xaincəsinə taktikasıdır.
Bütün ukraynalılara müraciəyt edirəm, vətənə dönün və ölkəmizi müdafiə edin. Xalqımız Avropa İttifaqında üzvlüyə layiqdir və qərar vermək zamanı gəlib”.
Medianews.az