Cümə axşamı, 26 May 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
No Result
View All Result

Məktəbdəki problemlərin yeganə həll üsulu

Zamin Hacı
28/01/2022 09:30
0
0
BAXIŞ
FacebookTwitterTelegram

(Təhsil Nazirliyi üçün metodiki vəsait)

Hər gün məktəblərimizdən, müəllim-direktor, şagird-valideyn kollektivlərindən cürbəcür maraqlı, ekzotik xəbərlər almaqdayıq. Birdən baxırsan Dəymədağıldı kənd orta məktəbinin direktoru Gülbadam xala ibtidai sinif müəlliməsini mağarada yerə yıxıb, ibtidai insanlar kimi dişləmişdir. Keçid alırıq paytaxtın Şəhərgöbəyi məktəbinə, orada şagirdlər coğrafiya müəlliməsinin təpəsinə qlobus keçirir, riyaziyyat müəllimini məchul silahla, triqonometrik bucaq altında vurur, idman müəllim(ə)sinin ayağına qantel atırlar.

Hara baxsan çal-çağır, deyib-gülmək, oynamaq, şaqraq nəğmələr, təhsil işığı, maarif nuru, nəqliyyat Ziyası görürük. (Axırıncı köhnə yazımdan əlimdə qalmışdı, dedim burada işlədim, heyf olmasın, çünki hər sözün öz istifadə müddəti olur, saxlayanda xarabı çıxır, müəllifi xəstələndirir, Allah hamıya şəfa versin, amin).

Bəzi versiyalar var ki, təhsil sektorunda qaynama yeni nazir Emin müəllimi vurmaq istəyən müəyyən ekstremist pedaqoji qüvvələrin işidir. Gündə bir xəbər çıxarmaqla, onu nüfuzdan salmaq istəyirlər, hərçənd, bizdə təhsil naziri vəzifəsi heç vaxt nüfuzlu sahə olmamışdır, hələ Misir müəllimin vaxtında daha pis idi, gündə nazirin pişiyini ağaca dırmaşdırır, zoologiya və botanika fənlərini bu minvalla öyrənirdik.

Ümumiyətlə, yekə-yekə danışsaq da, bizdə təhsilə, müəllimə heç vaxt elə böyük hörmət-zad qoyulmayıbdır. Məsələn, sovet hökumətinin vaxtında camaat elə zənn edirdi ki, müəllim çörək yemir. Ona görə də kolxoz sədri, raykom katibi, milis rəisi və sairə yoldaşlar kabab tıxıb, üstündən xalqın qanını içəndə buna normal yanaşırdılar, müəllimin yavan çörəyi isə çöçün gəlirdi, yəni yaramaz iş kimi görünürdü. O cümlədən, hər yekəqarın, boynuyoğun gədə-güdəyə vəzifəsinə, puluna görə “müəllim” deyə müraciət eləmək qaydası yarandı, indinin özündə də qüvvədə qalır. Müəllimə bundan artıq hörmətsizlik olmaz ki. Doğrudur, müəllim ərəbcə öyrədən mənası verir, bu baxımdan istənilən sahənin bizi öyrədənlərinə müəllim demək bəlkə təbiidir, ancaq biz sözü devalvasiyaya uğratmışıq.

Təklif edirəm indən belə əsl müəllimlərə – pedaqoqlara rəis deyək. Bu yolla nüfuz bərpa olunar. “Riyaziyyatın rəisi Bibixanım”, “rəsmxətin rəisi Bəsti”, “mən repetitorluğa rəisə Anaqızın yanına gedirəm” – gör bu cümlələr nə qədər qulağa yatımlı, xoş səslənir! Uşaqlar da qudurub partanın üstünə çıxmaz.

Hərçənd, mən o tərbiyəsiz, xuliqan uşaqların üstünə getməyin tərəfdarı deyiləm. Vaxtı gələndə vətəni, torpağı elə o xuliqanlar qoruyur, nəinki əlaçılar. Əsasən belədir. Çünki əlaçılar daha sonra geydirmə universitetlərimizə dürtülüb canlarını ən azı 5 il əsgərlikdən qurtarırlar, sonra magistratura-zad olsa lap yaddan çıxırsan… Statistikaya da baxsaq, vətən uğrunda savaşanların, həlak olanların uzağı 1 faizi həmin vətənə şeir-meir toqqaşdıranlardır, qalanı heç hərf tanımayan kasıb, yetim uşaqlardır. Türk şairi Orxan Vəlinin bu temada yaxşı əsəri var: “Nələr yapmadıq bu vətən üçün! Kimimiz öldük; Kimimiz nitq söylədik”.

Nəhayət, əsas səbəbi yazıram: təhsil sektorunda biabırçılığın artması uzun zamandır bizdə… seçkilərin olmaması üzündəndir. Hələ müdriklərdən Laroşfuko söyləmişdir, “bekarçılıq bütün qəbahətlərin anasıdır”. Müəllimin, məktəbin dövlət qarşısında əsas nüfuz qazandığı dövr seçkilər zamanı olur. Dimdiyində protokol, sinəsində bülleten, dırnağında ultrabənövşəyi mürəkkəb daşıyan bənövşə sifətli, yasəmən qoxulu, qanqal tikanlı pedaqoqlarımız, başda Əfruz müəllimə olmaqla, bütün cəmiyyətin gözündə ucalara qalxırlar. İki ildən çoxdur məktəblərimiz ağzıgünə qalmışdır. Axırıncı dəfə orada seçki haçan olmuşdur? Barı orada qotur bələdiyyə-mələdiyyə seçkisi qayırın. Hər rübdə belə yüngülvari seçkilər olsa, müəllimlərin davamiyyəti, şagirdlərin avamiyyəti, valideynlərin də sağamiyyəti artar. Direktorların səs yazısını yayanlar isə xarici qara qüvvə elan olunar.

İndi söz əlaqədar təşkilatlarındır. Uff.

DAHA ÇOX OXU

Rəqəmlər balet oynayanda
Köşə

Texniki inkişaf

26/05/2022
II Müqəddəs Georgi – Jukova nədən “qənimət adam” demək olar
Köşə

II Müqəddəs Georgi – Jukova nədən “qənimət adam” demək olar

26/05/2022
Rəqəmlər balet oynayanda
Köşə

Çörəyini ayaqlayanlar

25/05/2022
Müharibənin dəhşətli üzü – kütləvi aclıqdan necə xilas olmalı?
Köşə

Müharibənin dəhşətli üzü – kütləvi aclıqdan necə xilas olmalı?

25/05/2022
4 helikopterin umu-küsüsündən 2 “Akınçı”ya qədər keçilən uzun, şərəflitarix: İki liderin tək yolu
Köşə

4 helikopterin umu-küsüsündən 2 “Akınçı”ya qədər keçilən uzun, şərəflitarix: İki liderin tək yolu

25/05/2022
Rəqəmlər balet oynayanda
Köşə

“Yaxşı” separatçının abidəsi

24/05/2022
SON XƏBƏR
İnternat məktəbinin direktoru ərzaqları şəxsi maşınına yüklətdirir? – VİDEO

İnternat məktəbinin direktoru ərzaqları şəxsi maşınına yüklətdirir? - VİDEO

Dollar gecə saatlarında bahalaşdı – DÜNYADA

Dollar gecə saatlarında bahalaşdı - DÜNYADA

Narkotacir ana və oğul saxlanıldı – FOTO

Narkotacir ana və oğul saxlanıldı - FOTO

Xəbər lenti

Məşhur blogerdən maraqlı TƏKLİF – Dubaya getməyə özünə dost axtarır

Məşhur blogerdən maraqlı TƏKLİF – Dubaya getməyə özünə dost axtarır

2022/05/26 17:52

BBC-dən qalmaqallı səhv: “Mançester Yunayted zibildir” yazısı azarkeşləri özündən çıxardı (VİDEO)

BBC-dən qalmaqallı səhv: “Mançester Yunayted zibildir” yazısı azarkeşləri özündən çıxardı (VİDEO)

2022/05/26 17:44

Dünya Bankından devalvasiya xəbərdarlığı: “Qlobal çöküş qaçılmaz ola bilər”

Dünya Bankından devalvasiya xəbərdarlığı: “Qlobal çöküş qaçılmaz ola bilər”

2022/05/26 17:42

Bir anlıq diqqətsizlik qadın sürücüyə baha başa gəldi – ANBAAN VİDEO

Bir anlıq diqqətsizlik qadın sürücüyə baha başa gəldi – ANBAAN VİDEO

2022/05/26 17:18

“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”

“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”

2022/05/26 16:56

Bəzi siqaretlərin qiyməti qalxıb – AÇIQLAMA

Bəzi siqaretlərin qiyməti qalxıb – AÇIQLAMA

2022/05/26 16:40

Əməkdar artist: “Qadın var, kişi hamamda çiməndə belini ovur”

Əməkdar artist: “Qadın var, kişi hamamda çiməndə belini ovur”

2022/05/26 16:38

Cazibədar modelin sinəsinə sabiq deputatın adını yazdılar – SƏBƏB / VİDEO

Cazibədar modelin sinəsinə sabiq deputatın adını yazdılar – SƏBƏB / VİDEO

2022/05/26 16:34

Dünya liderləri İlham Əliyevi təbrik edir – YENİLƏNDİ

Dünya liderləri İlham Əliyevi təbrik edir – YENİLƏNDİ

2022/05/26 15:44

Çin lideri: “Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm”

Çin lideri: “Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm”

2022/05/26 15:29

Röya Ayxan: “Özümə yekə qulaq qoydurmaq istəyirəm” – VİDEO

Röya Ayxan: “Özümə yekə qulaq qoydurmaq istəyirəm” – VİDEO

2022/05/26 15:19

İlham Əliyevlə birinci xanım Füzuli və Cəbrayıla getdi

İlham Əliyevlə birinci xanım Füzuli və Cəbrayıla getdi

2022/05/26 15:04

Bakıda Afrika Günü ilə bağlı mərakeşli fotoqrafın sərgisi açılıb – Fotolar

Bakıda Afrika Günü ilə bağlı mərakeşli fotoqrafın sərgisi açılıb – Fotolar

2022/05/26 14:57

Bakıda 47 yaşlı kişini döyə-döyə öldürdülər

Bakıda 47 yaşlı kişini döyə-döyə öldürdülər

2022/05/26 14:55

Çavuşoğlu: “Ukraynada atəşkəs müzakirələri ikinci plana keçib”

Çavuşoğlu: “Ukraynada atəşkəs müzakirələri ikinci plana keçib”

2022/05/26 14:42

İran XİN başçısı: “Ukraynaya hücumu kəskin şəkildə pisləyirik”

İran XİN başçısı: “Ukraynaya hücumu kəskin şəkildə pisləyirik”

2022/05/26 14:16

Müdafiə Nazirliyindən Ermənistana məxsus PUA-nın vurulması ilə bağlı RƏSMİ AÇIQLAMA

5 min nəfərə “Müharibə veteranı” adı veriləcək

2022/05/26 13:57

Şəhid anası NALƏ ÇƏKDİ: “Kömək edin, balama verilən evi…” – VİDEOMÜSAHİBƏ

2022/05/26 13:34

Hadrutda televiziya stansiyası istismara veriləcək

Hadrutda televiziya stansiyası istismara veriləcək

2022/05/26 13:31

Cavid Qurbanovun yerinə gələn kimdir? – DOSYE

Cavid Qurbanovun yerinə gələn kimdir? – DOSYE

2022/05/26 13:25

AQTA-dan uşaq bağçasındakı görüntü ilə bağlı AÇIQLAMA

AQTA-dan uşaq bağçasındakı görüntü ilə bağlı AÇIQLAMA

2022/05/26 13:18

Şahin Mustafayev Qriqoryanla sərhədin bu hissəsində görüşüb

Şahin Mustafayev Qriqoryanla sərhədin bu hissəsində görüşüb

2022/05/26 13:14

İlon Mask “Twitter”i almaq üçün yeni mənbə tapıb

İlon Mask “Twitter”i almaq üçün yeni mənbə tapıb

2022/05/26 13:14

Rusiya Mərkəzi Bankı növbəti faiz dərəcəsini endirdi

Rusiya Mərkəzi Bankı növbəti faiz dərəcəsini endirdi

2022/05/26 13:09

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • RU
  • EN

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.