Bazar ertəsi, 23 May 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
No Result
View All Result

Düşmən dəyirmanı yolunda vedrə ilə tutulanlar

Xalid Kazımlı
2022/01/26 09:57
0
0
BAXIŞ
FacebookTwitterTelegram

20 il əvvəl “xalq diplomatiyası” deyilən bir şey vardı. Bu, Ermənistanın və Azərbaycanın siyasiləri, ziyalıları, qeyri-hökumət təşkilatları arasında gediş-gəlişin, ünsiyyətin intensivləşdirilməsini nəzərdə tutan layihə idi.

Uzun illərdən sonra etiraf etmək lazımdır ki, ölkəmizdə bu layihənin reallaşdırılması prosesinə, demək olar ki, hamı qatılmışdı: iqtidar da, müxalifət də, ziyalılar da, cəmiyyətin digər təbəqələri də.

Ermənistana və Azərbaycana qarşılıqlı səfərlər həyata keçirilirdi, üçüncü ölkələrdə, əsasən Gürcüstanda görüşlər keçirilir, mənasız və uzun-uzadı müzakirələr aparılırdı, telekörpülər təşkil olunurdu, erməni jurnalistlər Bakıya gəlir, bizimkilər İrəvana gedirdilər.

O zaman bu yaxınlaşmaya yalnız şəhid ailələri, qaçqın-köçkünlər və müharibə iştirakçıları etiraz edirdi. Ancaq bu etirazlar passiv xarakter daşıyırdı, yalnız qəzet səhifələrində görünürdü.

Təkcə Qarabağ Azadlıq Təşkilatı, onun azsaylı fədakar üzvləri sözün həqiqi mənasında özlərini həlak edirdilər, ölkəyə gələn ermənilərə qarşı etiraz aksiyaları təşkil edir, hətta onları ölkəyə gəlməmələri üçün hədələyirdilər, Ermənistana gedənləri pisləyir, “düşmən dəyirmanına su tökən” adlandırırdılar.

Bu fəaliyyətinə görə QAT üzvləri tez-tez inzibati cəzalara məruz qalırdılar, mətbuatda və ictimai-siyasi dairələrdə istehza hədəfi edilirdilər.

İki düşmən ölkə arasında “istiləşmə”nin kimə sərfəli olduğu sirr deyildi və QAT sədri Akif Nağı və təşkilatın fəalları əsasən bunu vurğulayırdılar ki, bu, ermənilərin bizə etdiyi pislikləri unutmağımıza, ərazilərimizin işğalda qalması faktıyla barışmağımıza hesablanıb.

Layihənin arxasında qüdrətli Qərb dövlətlərinin və böyük kapitala malik fondların durduğu da sirr deyildi. Gediş-gəlişi, tədbirləri məhz onlar maliyyələşdirir, hər iki tərəfdən olan “sülh göyərçinləri”nə iri məbləğli maliyyə vəsaiti ənam edirdilər.

Çox qəribə idi ki, bütün məsələlərdə Qərb dövlətləri ilə ciddi fikir ayrılığına, hətta düşmənçilik münasibətlərinə malik olan Rusiya da işin içində idi, “xalq diplomatiyası” layihəsini açıq şəkildə dəstəkləyirdi.

Təxminən 5-6 il bu layihənin böyür-başında vurnuxmalar davam etdi, ancaq sonra müxalif siyasi qüvvələrin bir hissəsi bunun ölkəmizə faydalı olmadığı qənaətinə gəldi və “xalq diplomatiyası”na həvəs göstərmədi. Bir yerdən sonra mövcud iqtidarın da üzü çöndü, “xalq diplomatiyası”na dəstəyini kəsdi.

Ortalıqda bir qrup siyasətçi qrantyeyənlər dəstəsi, bir də bəzi QHT təşkilatları və onların fəalları qaldılar. Ancaq onlar zəif deyildilər, həm çox fəal idilər, həm də “demokratiya”, “insan haqları”, “azad seçkilər”, “korrupsiya ilə mübarizə” kimi cazibədar şüarlardan ibarət pərdələri, qalxanları vardı.

44 günlük müharibədən bir az əvvəl, müharibənin gedişində və müharibədən sonra artıq bütün kartlar açıldı.

Pul verən fondlar “sülh göyərçinləri”ndən öz ölkələrinin ümdə maraqlarına qarşı çıxmağı tələb etdilər. Bu, heç də xahiş-filan deyildi, adamlara “özünüz ürəyinizdən keçən kimi hərəkət edin” tövsiyəsi verməmişdilər, “Azərbaycanı haqsız tərəf elan edin, aqressiyadan əl çəksin” tapşırığı vermişdilər. İndi onlar “No War” şüarı ilə çıxış edərək, pasifist mövqe nümayiş etdirməliydilər.

Fəallar belə də etdilər, ancaq azlıqda qaldılar. 28 ildən sonra öz torpağını azad edən əsgərlərin şərəfinə səslənən kütləvi alqışların sədaları onların “hayqırtı”sını eşidilməz etdi.

Daha sonra “sülhpərvər fondlar” qalib hərbçilərin qaralanması, qələbənin gözdən salınması prosesinə start verdilər. Bunlar da uğurlu alınmadı. Nəhayət, uzun illərdən bəri deyilən “düşmən dəyirmanına su tökmək” idiomatikası tam doğruldu, əlindəki vedrə ilə ermənilərə su daşıyanlar, şlanq tutanlar ortaya çıxdılar. Onlar heç kəsdən çəkinmədən erməni mətbuatına çıxır, Azərbaycana, onun ordusuna qarşı hədyanlar səsləndirirdilər. Hətta “Qarabağ” futbol komandasını düşmən adlandıranlar da oldu.

Avropada yaşayan, 44 günlük müharibədə öz ölkəsinə dəstək verən ictimai-siyasi fəalların sıxışdırılması halları artdı. Onların barələrində bəzi dairələrə donos yazanlar tapıldı.

İndi situasiya xeyli dərəcədə şəffafdır: kimin vətənpərvər, kimin qrant xatirinə pasifist olduğu, kimin düşmənə işlədiyi, kimin yalançı “iqtidara qarşı barışmaz mübariz” olması ortadadır.

DAHA ÇOX OXU

“Altı-beş” danışan Ermənistan özünü satsa, borcumuzu ödəyə bilərmi?
Köşə

Ağdərədəki bic “rus icması”, Satenikin “mənasız ölən” oğlu və Xankəndiyə girmək təklifi

19/05/2022
Rəqəmlər balet oynayanda
Köşə

Qanunsevər notarius

19/05/2022
Çaya xətkeş aparan balıqçı və çaya generatorla gedən balıqçı
Köşə

Sex rəisinə həsr olunan romans

19/05/2022
Qüvvəyə minə bilmədən yerə düşən qanun
Köşə

Palçıq – patriotluq meyarı və ya Şorsulu torpağı müqəddəs deyilmi?

18/05/2022
Rəqəmlər balet oynayanda
Köşə

Səfirliyə etirazım

18/05/2022
Rəqəmlər balet oynayanda
Köşə

Xaricdən məmur almalıyıq

17/05/2022
SON XƏBƏR
Ramin Bayramlı yeni vəzifəyə təyin olunub? – AÇIQLAMA

Ramin Bayramlı yeni vəzifəyə təyin olunub? - AÇIQLAMA

Maqsud Mahmudovun istintaqı başa çatıb: 90 nəfər zərərçəkən var

Maqsud Mahmudovun istintaqı başa çatıb: 90 nəfər zərərçəkən var

DSMF-nin 4 aydır “öldürdüyü” yaşlı qadın: “Mənim haram ölüb?” – VİDEO

DSMF-nin 4 aydır "öldürdüyü" yaşlı qadın: "Mənim haram ölüb?" - VİDEO

Xəbər lenti

Bakıda ən yaxşı hava hansı ərazilərdədir? – VİDEO

Bakıda ən yaxşı hava hansı ərazilərdədir? – VİDEO

2022/05/23 09:53

Türkiyə XİN rəhbəri 15 ildən sonra İsrailə səfər edəcək

Türkiyə XİN rəhbəri 15 ildən sonra İsrailə səfər edəcək

2022/05/23 09:41

Rusiyalı milyarder varidatını həyat yoldaşına verib sanksiyalardan qurtuldu

Rusiyalı milyarder varidatını həyat yoldaşına verib sanksiyalardan qurtuldu

2022/05/23 09:33

AMEA-nın alimləri dalaşdı, bir-birini təhqir etdi

AMEA-nın alimləri dalaşdı, bir-birini təhqir etdi

2022/05/23 09:31

Alim Nəbiyev Azərbaycan çempionu oldu

Alim Nəbiyev Azərbaycan çempionu oldu

2022/05/23 09:28

Bu ölkədən “meymun çiçəyi”nə görə 21 günlük KARANTİN QƏRARI

Bu ölkədən “meymun çiçəyi”nə görə 21 günlük KARANTİN QƏRARI

2022/05/23 09:27

Sürücülərə PİS XƏBƏR: Avtomobillərin mühərrik yağları kəskin bahalaşdı – VİDEO

Sürücülərə PİS XƏBƏR: Avtomobillərin mühərrik yağları kəskin bahalaşdı – VİDEO

2022/05/23 09:15

Fransada iki qırıcı aviaşou zamanı havada toqquşub

Fransada iki qırıcı aviaşou zamanı havada toqquşub

2022/05/23 08:58

“Əsəbi və stresli vaxtımda bunu etdim” – Nigar Şabanaova

“Əsəbi və stresli vaxtımda bunu etdim” – Nigar Şabanaova

2022/05/23 08:32

Şarl Mişel: “Biz eyni formatda yenidən görüşəcəyik”

Şarl Mişel: “Biz eyni formatda yenidən görüşəcəyik”

2022/05/23 08:25

Avropa İttifaqı Şurasının Prezidenti üçtərəfli görüşdən sonra mətbuata açıqlama verib

Avropa İttifaqı Şurasının Prezidenti üçtərəfli görüşdən sonra mətbuata açıqlama verib

2022/05/23 08:21

Aİ-nin ali nümayəndəsi: “Ukraynada müharibə həlledici məqama, dönüş nöqtəsinə çatıb”

Aİ-nin ali nümayəndəsi: “Ukraynada müharibə həlledici məqama, dönüş nöqtəsinə çatıb”

2022/05/23 07:17

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI

2022/05/23 06:57

Röya Gəncədə əsgərlər üçün konsert verdi – VİDEO

Röya Gəncədə əsgərlər üçün konsert verdi – VİDEO

2022/05/23 06:46

Fransalı nazir: “Ukraynanın Aİ-yə daxil olması 15-20 il çəkə bilər”

Fransalı nazir: “Ukraynanın Aİ-yə daxil olması 15-20 il çəkə bilər”

2022/05/23 06:30

Bakıda cərrah venasına iynə vuraraq intihar edibmiş

Bakıda cərrah venasına iynə vuraraq intihar edibmiş

2022/05/22 22:45

Terapevtdən XƏBƏRDARLIQ: “Qrip üçün olan toz dərmanları qarışdırıb içməyin”

Terapevtdən XƏBƏRDARLIQ: “Qrip üçün olan toz dərmanları qarışdırıb içməyin”

2022/05/22 22:32

Tacikistanda etirazların təşkilatçısı ÖLDÜRÜLDÜ

Tacikistanda etirazların təşkilatçısı ÖLDÜRÜLDÜ

2022/05/22 22:20

Prezident: “Azərbaycanın təqdim etdiyi 5 prinsip sülh müqaviləsinin hazırlanmasında əsas rol oynayır”

Prezident: “Azərbaycanın təqdim etdiyi 5 prinsip sülh müqaviləsinin hazırlanmasında əsas rol oynayır”

2022/05/22 22:09

Vahid Ələkbərov: “Rusiya neftinə embarqo ən mənfi ssenari olacaq”

Vahid Ələkbərov: “Rusiya neftinə embarqo ən mənfi ssenari olacaq”

2022/05/22 21:58

Aparıcı Zümrüddən maraqlı AÇIQLAMA: “Röya məni acıladı, çox qısqancdır” – VİDEO

Aparıcı Zümrüddən maraqlı AÇIQLAMA: “Röya məni acıladı, çox qısqancdır” – VİDEO

2022/05/22 21:47

Putin hakimiyyətə nəzarəti itirir: Rusiya elitası yeni dövrə hazırlaşır

Putin hakimiyyətə nəzarəti itirir: Rusiya elitası yeni dövrə hazırlaşır

2022/05/22 21:41

Rəsul Çunayev başqa ölkənin millisində güləşəcək – ŞOK SƏBƏB

Rəsul Çunayev başqa ölkənin millisində güləşəcək – ŞOK SƏBƏB

2022/05/22 21:36

Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü başlayıb

Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü başlayıb

2022/05/22 21:30

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Xəbərlərə abunə ol!

No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • RU
  • EN

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.