Bazar ertəsi, 6 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Medalın dəyəri

Zamin Hacı
12/01/2022 09:29
2
BAXIŞ
FacebookTwitterTelegram

“Yetim əlində qoğal əcaib görünər”

(Azərbaycan ata sözü)

Xüsusi təyinatlı əsgər-qazi Qarabağdakı igidliyinə görə aldığı medalı türkiyəli aktyora hədiyyə etmişdir. Bu da camaatda müəyyən söz-söhbətə səbəb olub, deyirlər medalı gərək özü taxaydı, başqasına vermək pis addımdır.

Mən başa düşmürəm bunun camaata nə dəxli var. Medalı verən bilər, alan bilər. Buna heç kəsin qarışmağa ixtiyarı yoxdur. İndiki halda medalı verən instansiyadan – konkret yazsam, Prezident Administrasiyasından hansısa neqativ münasibət eşitməmişik.

Camaatın tarixi yaxşı yadda saxlamadığı da hiss olunur. Məsələn, belə medal-ordenlərin ən böyük həvəskarı SSRİ adlı rəhmətlik dövlət idi. Onun müdirlərindən biri və Azərbaycanın dostu Leonid İliç yoldaş özünə o qədər medal vermişdi ki, yaxasında boş yer qalmamışdı. O cümlədən sovetin vaxtında əsgərlikdə olanlara, hərbidən qayıdanlara bir torba nişan-mişan verirdilər, onlar da qayıdıb bir-iki həftə həmin nişanlarla şeşələnirdi, sonra bezib qohum-əqrəbadakı uşaqlara bağışlayırdılar. Medal çoxluğu bu təltiflərin devalvasiyasına, ucuzlaşmasına səbəb olmalıydı, oldu da. Ölkə dağılmağa başlayanda artıq qara bazarlarda medallar satılırdı. Hətta 41-45-in, Böyük Vətən müharibəsinin veteranlarına aid medal və ordenlər su qiymətinə bazara çıxmışdı. “Su qiymətinə” ona görə yazıram ki, əslində həmin ordenlərin alınma şəraitinin ağırlığı, göstərilən igidlik-filana görə heç bir qiyməti olmamalıydı. Hitlerə qalib gəlmiş ordunun veteranı medalını bir arağa dəyişirdi. Əsl biabırçılıq idi.

Bir məsələ də var ki, bizim camaat dövlət təltiflərinə nəsə müqəddəs əşyalar kimi baxır. Dini kitabları oxumayıb, kağız vərəqini öpüb, müqəddəs saymaq kimi bir münasibətdir. Halbuki, o dəmir-dümürün arxasında insanlara dəyər, qazilərə, əlillərə, veteranlara gerçək sosial qiymət durmalıdır. Durmursa, apar tulla.

Başqa tərəfdən, nədənsə uca millətimiz təltif işinə ikili standartla yanaşır. Hansısa yaramaza medal veriləndə dövlət orqanını qınayan olmur, ancaq medal yiyəsi olan sadə və ləyaqətli insan öz medalını hədiyyə edəndə qışqırışma düşür (bax: yazının epiqrafına). Axı prinsipcə bunun ikisi də təltif, qiymətləndirmə hadisəsidir. Yeri gəlmişkən, bizdə adam öldürən, həbsə atılan general var, medallarını geri almadılar. O cümlədən keçmiş qərargah rəisimiz, hamının elliklə nifrətini qazanmış Nəcməddin müəllimdə, yalan olmasın, bütün orden-medallarımızdan vardır. Nifrət çox olar, yoxsa medalı, bunu dəqiqləşdirirəm.

Eyni münasibət xeyriyyəçilikdə də var. Görürsən hansısa manıs bayramda yetimlərə qoyun kəsdi, pay verdi, bunu sosial şəbəkədə yaydı. Dərhal qışqırışma, şivən qopur, manısı peşman edirlər: “Gərək verdiyini deməyəsən, özünü reklam edir, sağ əl elə getdi, sol əl belə gəldi…” Manıslar xeyriyyəçilik edəndə də söyülür, etməyəndə də. Ancaq dövlət nümayəndələri, məmurlar, oliqarxlar de fakto xalqdan oğurladıqları pulla, özgə kisəsindən “xeyriyyəçilik” edəndə hamı onları alqışlayır, “Allah atova rəhmət eləsin”, “filankəs müəllim çörəkli adamdır” şərhləri verirlər.

Sonda daimi oxucumuz, Füzuli rayonu, Aşağı Seyidəhmədli kənd sakini Həsən Niftulla oğlu Quliyevin məktubu: “Mənim pensiyamı düzgün hesablamayıblar, buna görə keçən ilin 8 dekabrında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə şikayət yazmışam, indi 10 yanvardır, hələ də mənə cavab verilmir. Belə ki, mən 15 ay ”Acrofina” ASC-də işləməyimə baxmayaraq pensiya kapital hesabıma 1 manat da köçürülməyib, nazirlik isə bununla maraqlanmayıb. Mənim pensiya kapitalıma 12 min manat pul yığılsa da mənə minimum pensiya hesablanıb. 2006-cı ildən sonra cəmi 1 ay işləmiş adamla mənə təyin olunmuş pensiyada heç bir fərq yoxdur. Nazirlik nümayəndələri hər gün televiziyalarda əhalinin pensiyasının artması haqda reklam verirlər. Mənim şikayət məktubuma isə cavab verən yoxdur. Xahiş edirəm bu məktubu cənab nazirə çatdırasınız”.

Mən də çatdırdım. Ümid edirəm şikayət dərc olunandan sonra Həsən bəyin pensiyasını dibindən kəsməzlər.

DAHA ÇOX OXU

export

Sosial şəbəkələrdə yayılan uşaqların görüntüsü ilə bağlı DİN-dən AÇIQLAMA

06/02/2023 19:09
export

Bir qrup gənc dağıntılar altında qalan vətəndaşı ələ saldılar – QALMAQALLI GÖRÜNTÜLƏR

06/02/2023 18:29
export

Türkiyədə taksi sürücüləri vətəndaşlara pulsuz xidmət göstərməyə başladı

06/02/2023 17:43
export

Canlı yayım zamanı zəlzələ – Aparıcının soyuqqanlılığı gündəm oldu (VİDEO)

06/02/2023 17:36
export

“Şəbnəm sizi öldürəcək”

06/02/2023 17:20
export

Canlı yayımda kabus yaşadılar – Müxbir danışarkən arxasındakı bina uçdu (VİDEO)

06/02/2023 17:16
SON XƏBƏR

Dünən şəhid olan hərbçimizin ölümündən bir qədər öncə çəkdiyi VİDEOsu

Patıdan dünyasını dəyişən tanınmış idmançımızın ÖLÜM ANI - VİDEO

Şəmkirdə evdən qaçan gəlin: “Valeh dedi ki, mənimlə getməsən, hamısını öldürəcəm” - VİDEO

Xəbər lenti

İzmir zəlzələsində övladlarını itirən ana yardım kampaniyasına başladı

06/02/2023 21:00

Bu görüntülər zəlzələnin şiddətini üzə çıxardı.. BEŞİK KİMİ YELLƏNDİ

06/02/2023 20:35

Zəlzələdə həyatını itirən vətəndaşlar üçün məscidlərdə namazlar qılınacaq

06/02/2023 20:15

Putin Ərdoğana başsalığı verdi

06/02/2023 19:50

Çorumda zəlzələ anı.. Vətəndaşlar özlərini ÇÖLƏ ATDILAR

06/02/2023 19:35

Xəstəxana binası qismən çökdü: Körpələr və anaları reanimasiyada çarəsiz vəziyyətdə – FOTO

06/02/2023 19:18

Sosial şəbəkələrdə yayılan uşaqların görüntüsü ilə bağlı DİN-dən AÇIQLAMA

06/02/2023 19:09

Hacı Surxay başsağlığı verdi

06/02/2023 19:01

Süni zəlzələləri kimlər və necə yaradır? – Türkiyəyə qarşı tektonik silah işə düşdü?

06/02/2023 18:39

Bir qrup gənc dağıntılar altında qalan vətəndaşı ələ saldılar – QALMAQALLI GÖRÜNTÜLƏR

06/02/2023 18:29

Türkiyədə taksi sürücüləri vətəndaşlara pulsuz xidmət göstərməyə başladı

06/02/2023 17:43

Canlı yayım zamanı zəlzələ – Aparıcının soyuqqanlılığı gündəm oldu (VİDEO)

06/02/2023 17:36

“Şəbnəm sizi öldürəcək”

06/02/2023 17:20

Canlı yayımda kabus yaşadılar – Müxbir danışarkən arxasındakı bina uçdu (VİDEO)

06/02/2023 17:16

Türkiyədə dağıntılar altında qalan azərbaycanlı tələbələrin FOTOLARI

06/02/2023 16:49

Şöbə müdiri mediaya vergi güzəştlərinin tətbiq edilməsindən DANIŞDI

06/02/2023 16:44

Dağıntılar altından xilas edilən azərbaycanlı tələbələrin FOTOLARI

06/02/2023 16:34

Səfirliyimizə hücumun YENİ GÖRÜNTÜLƏRİ- İran polisi maşına minərək qaçır – ANBAAN VİDEO

06/02/2023 16:30

“Xilasetmə və axtarış işləri sürətlə davam edir”- Türkiyəli jurnalist

06/02/2023 16:27

Vasif Tağıyev avtomat terrorçunun əlində ikən darağı çıxarıb – YENİ TƏFƏRRÜAT

06/02/2023 16:22

İrandakı səfirliyimizdə törədilən terror aktının – Təfərrüatı

06/02/2023 16:05

Türkiyədəki azərbaycanlılar bu nömrələrlə əlaqə saxlasınlar- Siyahı

06/02/2023 15:43

SON DƏQİQƏ! Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ

06/02/2023 15:30

Türkiyədəki zəlzələdə azərbaycanlılar da xəsarət alıblar

06/02/2023 15:30

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.