Bazar ertəsi, 6 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Dahilər də pislənirsə, adilər nədən əzabkeş olsun?

Xalid Kazımlı
12/01/2022 09:13
2
BAXIŞ
FacebookTwitterTelegram

Dövrünün ən istedadlı şairi İmadəddin Nəsimi (1369-1417) olub – adamın gözəl şeirlərinə, təbinə, mütərəqqi baxışlarına baxmayıblar, edam ediblər.

Bütün zamanların ən dahi bəstəkarı Volfqanq Amadey Motsartdır (1756-1791) – istedadına, şöhrətinə təhəmmül etməyiblər, zəhərləyib öldürüblər.

Bəşər tarixinin ən istedadlı üç-beş rəssamından biri Pol Qogen (1848-1903) olub, yoxsulluq çəkib, hazırda 5-10 milyona hərraclarda satılan əsərlərini 5-6 dollara gəmi kapitanlarına satmağa məcbur olub.

Dünyanın ən böyük ixtiraçı-mühəndislərindən biri Rudolf Dizel (1858-1913) olub – alman kəşfiyyatı ingilislərə işləməsin deyə onu La-Manş boğazında gəmidən okeana atıb öldürüb.

20-ci əsrin ən dahi, uzaqgörən və uğurlu siyasətçisi Uinston Çörçill (1874-1965) olub – II dünya müharibəsində qələbə çalandan 1-2 ay sonra adam seçicilərdən səs ala bilməyib.

Kino tarixinin ən populyar və gözəl aktrisası Merilin Monro olub – gözəlliyinə və istedadına baxmayıblar, öldürüblər.

20-ci əsrin ən populyar estrada ulduzu, “Bitlz” qrupunun rəhbəri Con Lennon (1940-1980) olub – karyerasının çiçəklənən çağında güllələyib öldürüblər.

Dövrünün ən parlaq şairi Mikayıl Müşviq (1908-1938) olub – gəncliyinə və böyük istedadına baxmayıblar, 30 yaşında şərləyib, mühakimə edib, güllələyiblər.

Azərbaycanın futbol tarixinin ən istedadlı oyunçusu, milyonların sevimlisi Anatoli Banişevski (1946-1997) olub – uzun illər futbol oynamağa qoymayıblar, qayğısızlıqdan vaxtsız vəfat edib.

Yüzlərlə belə misal gətirmək olar. Dünyanın ən istedadlı adamlarından biri olmaq heç kəsi heç də hamının sevimlisi etmir, əksinə, mütləq kimlərinsə nifrətinin, paxıllığının hədəfi edir.

Azərbaycan dramaturgiyasının banisi, görkəmli filosof və yazıçı Mirzə Fətəli Axundov vəfat edəndə nəşi ortalıqda qalıb, məkrli ruhanilər və cahil əhali onu dəfn etmək istəməyiblər. Bu gün də onun adı çəkiləndə üzünü turşudanlar, dinə dair fikirlərini qılıncla qarşılayanlar var.

Azərbaycanın ən böyük musiqiçisi, pedaqoqu, ədibi Üzeyir Hacıbəyli hər gün ardınca qara NKVD maşını gələcəyini gözləyə-gözləyə yaşayıb və onu repressiyadan yalnız Stalinlə tanışlığı qurtarıb. Axtarsan, bu parlaq şəxsiyyəti də bəyənməyənlər var.

Bu baxımdan siyasət adamlarının bəxti heç gətirməyib. Onlar xalq və dövlət üçün nə qədər böyük xidmət göstərsələr də, necə dürüst, vicdanlı, bacarıqlı olsalar da, sevənləri qədər, sevməyənləri, hətta qanlarına susayanları olur.

Ömrünü Azərbaycanın istiqlalına həsr etmiş Məhəmməd Əmin Rəsulzadəyə dil uzadanlar yoxdurmu? Var. N qədər.

Əbülfəz Elçibəyin sadəliyini, dürüstlüyünü, zahidanə həyat tərzini aşağılayanlar, ağız büzənlər, lağ edənlər azdırmı? Çoxdur.

Başqa siyasi xadimlər də eləcə, heç biri tənqiddən, pislənmədən, qınanmadan sığortalı deyillər.

Srağagün 92 yaşında vəfat edən Əbdürrəhman Vəzirov da kənarda qalmadı. Ona rəhmət oxuyanlarla yanaşı, lənət yağdıranlar da vardı.

Ən maraqlısı odur ki, Vəzirovu yaxşı insan kimi səciyyələndirənlər arasında onun 1 il 8 aylıq hakimiyyəti dövründə yaşayan və ona müxalif olanlar çox idi, sabiq rəhbərə cəhənnəm alovu arzulayanlar arasında isə 1990-dan sonra doğulanlar üstünlük təşkil edirdi.

Bu, paradoksal hal olsa da, izahı var: bu gənclər o dövrün reallıqlarını bilmirlər, o həyatı yaşamayıblar və bir insan haqqında təsəvvürləri ağızdan-ağıza eşitdikləri söz-söhbətlər və qara piar materialları əsasında formalaşıb.

Bura qədər hər şey normaldır. Yuxarıda dediyimiz kimi, heç də hamının sevimlisi olmaq mümkün deyil. Bu, xüsusilə də siyasətçilərə aiddir. Tənqid, təhqir hədəfi olmaq bu peşənin fitrətindədir.

Ancaq həyatını itirmiş, artıq özünü müdafiə edə bilməyəcək birinin ünvanına ağına-bozuna baxmadan lənət oxumaq, hədyanlar, böhtanlar yağdırmaq, söyüşlər söymək ayıb işdir. Bunu hər kəs bacarar, amma bu hərəkətlər nəyi həll edir?

Qisasçılığın da bir həddi var, kükrəyən nifrətin də. Onlar əndazəni aşanda yaxşı olmur. Adam həyatını xalqına həsr edib ölən və ya məhrimuyyətlər çəkə-çəkə yaşayan bir fədakar insanın kütləvi şəkildə pislənildiyini görəndə məyus olur və o fikrə gəlir ki, heç bir ideyadan və toplumun mənafeyindən ötrü iztirab çəkməyə dəyməz.

DAHA ÇOX OXU

export

Sosial şəbəkələrdə yayılan uşaqların görüntüsü ilə bağlı DİN-dən AÇIQLAMA

06/02/2023 19:09
export

Bir qrup gənc dağıntılar altında qalan vətəndaşı ələ saldılar – QALMAQALLI GÖRÜNTÜLƏR

06/02/2023 18:29
export

Türkiyədə taksi sürücüləri vətəndaşlara pulsuz xidmət göstərməyə başladı

06/02/2023 17:43
export

Canlı yayım zamanı zəlzələ – Aparıcının soyuqqanlılığı gündəm oldu (VİDEO)

06/02/2023 17:36
export

“Şəbnəm sizi öldürəcək”

06/02/2023 17:20
export

Canlı yayımda kabus yaşadılar – Müxbir danışarkən arxasındakı bina uçdu (VİDEO)

06/02/2023 17:16
SON XƏBƏR

Medalın dəyəri

Dünən şəhid olan hərbçimizin ölümündən bir qədər öncə çəkdiyi VİDEOsu

Patıdan dünyasını dəyişən tanınmış idmançımızın ÖLÜM ANI - VİDEO

Xəbər lenti

Putin Ərdoğana başsalığı verdi

06/02/2023 19:50

Çorumda zəlzələ anı.. Vətəndaşlar özlərini ÇÖLƏ ATDILAR

06/02/2023 19:35

Xəstəxana binası qismən çökdü: Körpələr və anaları reanimasiyada çarəsiz vəziyyətdə – FOTO

06/02/2023 19:18

Sosial şəbəkələrdə yayılan uşaqların görüntüsü ilə bağlı DİN-dən AÇIQLAMA

06/02/2023 19:09

Hacı Surxay başsağlığı verdi

06/02/2023 19:01

Süni zəlzələləri kimlər və necə yaradır? – Türkiyəyə qarşı tektonik silah işə düşdü?

06/02/2023 18:39

Bir qrup gənc dağıntılar altında qalan vətəndaşı ələ saldılar – QALMAQALLI GÖRÜNTÜLƏR

06/02/2023 18:29

Türkiyədə taksi sürücüləri vətəndaşlara pulsuz xidmət göstərməyə başladı

06/02/2023 17:43

Canlı yayım zamanı zəlzələ – Aparıcının soyuqqanlılığı gündəm oldu (VİDEO)

06/02/2023 17:36

“Şəbnəm sizi öldürəcək”

06/02/2023 17:20

Canlı yayımda kabus yaşadılar – Müxbir danışarkən arxasındakı bina uçdu (VİDEO)

06/02/2023 17:16

Türkiyədə dağıntılar altında qalan azərbaycanlı tələbələrin FOTOLARI

06/02/2023 16:49

Şöbə müdiri mediaya vergi güzəştlərinin tətbiq edilməsindən DANIŞDI

06/02/2023 16:44

Dağıntılar altından xilas edilən azərbaycanlı tələbələrin FOTOLARI

06/02/2023 16:34

Səfirliyimizə hücumun YENİ GÖRÜNTÜLƏRİ- İran polisi maşına minərək qaçır – ANBAAN VİDEO

06/02/2023 16:30

“Xilasetmə və axtarış işləri sürətlə davam edir”- Türkiyəli jurnalist

06/02/2023 16:27

Vasif Tağıyev avtomat terrorçunun əlində ikən darağı çıxarıb – YENİ TƏFƏRRÜAT

06/02/2023 16:22

İrandakı səfirliyimizdə törədilən terror aktının – Təfərrüatı

06/02/2023 16:05

Türkiyədəki azərbaycanlılar bu nömrələrlə əlaqə saxlasınlar- Siyahı

06/02/2023 15:43

SON DƏQİQƏ! Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ

06/02/2023 15:30

Türkiyədəki zəlzələdə azərbaycanlılar da xəsarət alıblar

06/02/2023 15:30

Azərbaycanlı məşhurlardan Türkiyəyə dəstək- VİDEO

06/02/2023 15:19

Türkiyəli media rəhbərindən ÇAĞIRIŞ: “Vəziyyət çox kritikdir, böyük köməyə ehtiyac var”

06/02/2023 14:58

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

06/02/2023 14:57

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.