Cümə axşamı, 26 May 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
No Result
View All Result

Mülki vlasovçuluq

Xalid Kazımlı
15/12/2021 11:07
0
0
BAXIŞ
FacebookTwitterTelegram

Gələn il sovet-rus generalı Andrey Vlasovun öz vətəninə xəyanət edərək alman faşistlərinin tərəfinə keçməsinin 80 ili tamam olacaq, amma rus xalqı bu hadisəni hələ də unutmayıb və lənətləyir.

Aradan keçən bu uzun müddətdə, xüsusilə də SSRİ dağılandan sonra Vlasovun hərəkətinə haqq qazandırmaq, onun Stalin rejiminə qarşı vuruşduğunu, faşistlərin köməyi ilə Rusiyanı bolşevik mərəzindən qurtarmağa çalışdığını iddia edənlər də tapılıb, amma xalq Vlasovun üzərindəki “Vətən xaini” damğasını dəyişməyib.

Çünki hansısa bir dönəmdə dövləti, ölkəni idarə edənlərin nə qədər legitim olub-olmaması, necə qəddarlıqlar etməsi önəm daşımır, önəmli olan bütöv bir xalqın yadelli işğalıçıların tapdağına düşməsinə yardımçı olmamaq, kollaborasionistlik etməməkdir. Vlasov və digər komandirlər məhz bunun əksini ediblər.

Aydın məsələdir ki, faşistlər SSRİ-ni işal etsəydilər, çox çəkməyəcəkdi ki, xain Vlasovu və onun silahdaşlarını bir kənara atacaq, Rusiyada bolşevizmdən daha amansız bir rejim quracaq və slavyanlara qarşı genosid siyasəti yeridəcəkdilər (Faşistlərin 30 milyon slavyan mənşəli insanı məhv etməyə dair planları olub – bu, Nürnberq məhkəməsində açıqlanıb).

Rus xalqı Vlasovu ona görə bağışlamır. Hərçənd asılıb edam edilərkən cəmi 44 yaşı olan generalın üç dəfə dara düşərkən öz həyatını xilas etmək imkanı olsa da, “mən əsgərlərimi tərk edə bilmərəm” deyə hərbi comərdlik etməsi faktı da var.

İndi mövzuya niyə Vlasov xəyanəti ilə girdiyimi yazıram.

Məlum olduğu kimi, ölkəmizdən kənarda olan bəzi mühacir müxaliflər həyatlarının yerdə qalan hissəsini Azərbaycan iqtidarına qarşı mübarizəyə həsr ediblər və hər gün nəsə yazır, açıqlama verir, iddialar irəli sürürlər.

Bu zaman onlardan bəziləri iqtidarla mübarizə cəbhəsini aşır, ölkəyə zərərli olan mövqe tutur,  bütövlükdə Azərbaycanı, onun xalqını gözdən salan hərəkətlərə yol verirlər.

Məsələn, ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızının müxtəlif vaxtlarda tutduğu mövqe heç də ölkə iqtidarına qarşı deyil, bütövlükdə Azərbaycana qarşıdır, antimillidir. Onun canlı yayıma dəvət etdiyi, “kaş ki, prezidentimiz Paşinyan olaydı” deyə danışığını bilməyən bir qadının sözlərini təsdiqləyərək “kaş ki” deməsi heç bir dəftərə-kitaba sığan söhbət deyil.

Bunlar nəyi, kimi arzulayır? Paşinyan öz xalqını xoşbəxt edibmi? Ermənilər məhz onun hakimiyyəti dönəmində silsilə məğlubiyyətlər yaşadılar, 1 ildir özlərini düzəldə, heç nədə ortaq məxrəcə gələ bilmirlər, keçmişdən əlləri üzülüb, gələcəklərini görmürlər. Bizimkilər də arzu edir ki, ölkəmizin rəhbərliyinə elə adam gəlsin, millət daha da zəlil günə qalsın. Bu, ya absurdun zirvəsidir, ya da xəyanətin dibi.

Bir başqası öz canlı efirinə ermənilərə işlədiyi sirr olmayan, buna görə Azərbaycanda cəzaya məhkum edilən və sözün birbaşa mənasında anasının ağladılmasından sonra sərbəst buraxılan Lapşin soyadlı bir avantürist qərəzkarı dəvət edir və o, Azərbaycanın igid oğullarını, Şuşa rəşidlərini, “Yaşma” polkunun əsgərlərini təhqir edir.

Bu igidlərin günahı nədir? Canlarını, qanlarını verərək, Azərbaycanın əzəli və əziz şəhərini düşmən işğalından azad ediblər, pis iş görüblər? Bəlkə Şuşada insan haqlarını tapdayıblar? Şuşanı azad edənlərə qarşı ermənilərin tükənməyən nifrəti, səngiməyən hirs-hikkəsi aydındır, bəs öz həmvətənlərimizə nə gəlib?

Hətta əsgərlərimiz Şuşada müharibə qanunlarını pozmuş olsalar, adam deyərdi ki, müxalif mühacirlərin kosmopolit damarları yoğunlayıb, ona görə bəşəri dəyərlər prizmasından çıxış edirlər. Elə şey də olmayıb axı. Xüsusi təyinatlılarımız dəqiq və təmiz işləyiblər, sırf düşmən hərbçilərini zərərsizləşdiriblər.

İndi də bəziləri bütün dünya azərbaycanlılarının qürur yeri olan “Qarabağ” komandasına dil uzadır, onu düşmən və cinayətkar adlandırırlar. Daha başqa şərhə də yer qalmır.

Bu cür hərəkətlər mülki vlasovçuluqdur. Kimin mövcud iqtidarla nə intriqası varsa, özü bilər, çıxsın ədəb-ərkan çərçivəsində istədiyi qədər tənqidi fikirlər bildirsin, ancaq ölkənin reputasiyasını, etibarını zədələyən, onun ümdə mənafelərinə, haqq işinə zidd olan fəaliyyətlər göstərmək gerçəkdən də xainlikdir, trivial ifadə ilə desək, düşmən dəyirmanına su tökməkdir. Bunun demokratiya, insan haqları, bəşəri dəyərlər uğrunda mübarizəyə dəxli yoxdur, göz-görəsi düşmənçilikdir.

Bu xalq o hərəkətləri 80 ildən sonra da bağışlamayacaq.

DAHA ÇOX OXU

Rəqəmlər balet oynayanda
Köşə

Texniki inkişaf

26/05/2022
II Müqəddəs Georgi – Jukova nədən “qənimət adam” demək olar
Köşə

II Müqəddəs Georgi – Jukova nədən “qənimət adam” demək olar

26/05/2022
Rəqəmlər balet oynayanda
Köşə

Çörəyini ayaqlayanlar

25/05/2022
Müharibənin dəhşətli üzü – kütləvi aclıqdan necə xilas olmalı?
Köşə

Müharibənin dəhşətli üzü – kütləvi aclıqdan necə xilas olmalı?

25/05/2022
4 helikopterin umu-küsüsündən 2 “Akınçı”ya qədər keçilən uzun, şərəflitarix: İki liderin tək yolu
Köşə

4 helikopterin umu-küsüsündən 2 “Akınçı”ya qədər keçilən uzun, şərəflitarix: İki liderin tək yolu

25/05/2022
Rəqəmlər balet oynayanda
Köşə

“Yaxşı” separatçının abidəsi

24/05/2022
SON XƏBƏR
Rayonları daha çox bölməliyik

Rayonları daha çox bölməliyik

Müəllimlərə pul yığmağı tapşıran direktorun ŞOK SƏS YAZISI YAYILDI – VİDEO

Müəllimlərə pul yığmağı tapşıran direktorun ŞOK SƏS YAZISI YAYILDI - VİDEO

Paşinyan: “İlham Əliyevlə dəmir yolunun fəaliyyətinin bərpası ilə bağlı razılığa gəldik”

Paşinyan: “İlham Əliyevlə dəmir yolunun fəaliyyətinin bərpası ilə bağlı razılığa gəldik”

Xəbər lenti

Türkiyə aviasiyası terrorçuları bombardman edib

Türkiyə aviasiyası terrorçuları bombardman edib

2022/05/26 20:36

İsrail Prezidenti İlham Əliyevə zəng edib

İsrail Prezidenti İlham Əliyevə zəng edib

2022/05/26 19:58

MEDİA Agentliyi ənənəvi mediadan yeni mediaya keçid prosesini beynəlxalq ekspertlərlə müzakirə edib – FOTO

MEDİA Agentliyi ənənəvi mediadan yeni mediaya keçid prosesini beynəlxalq ekspertlərlə müzakirə edib – FOTO

2022/05/26 19:42

Məşhur blogerdən maraqlı TƏKLİF – Dubaya getməyə özünə dost axtarır

Məşhur blogerdən maraqlı TƏKLİF – Dubaya getməyə özünə dost axtarır

2022/05/26 17:52

BBC-dən qalmaqallı səhv: “Mançester Yunayted zibildir” yazısı azarkeşləri özündən çıxardı (VİDEO)

BBC-dən qalmaqallı səhv: “Mançester Yunayted zibildir” yazısı azarkeşləri özündən çıxardı (VİDEO)

2022/05/26 17:44

Dünya Bankından devalvasiya xəbərdarlığı: “Qlobal çöküş qaçılmaz ola bilər”

Dünya Bankından devalvasiya xəbərdarlığı: “Qlobal çöküş qaçılmaz ola bilər”

2022/05/26 17:42

Bir anlıq diqqətsizlik qadın sürücüyə baha başa gəldi – ANBAAN VİDEO

Bir anlıq diqqətsizlik qadın sürücüyə baha başa gəldi – ANBAAN VİDEO

2022/05/26 17:18

“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”

“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”

2022/05/26 16:56

Bəzi siqaretlərin qiyməti qalxıb – AÇIQLAMA

Bəzi siqaretlərin qiyməti qalxıb – AÇIQLAMA

2022/05/26 16:40

Əməkdar artist: “Qadın var, kişi hamamda çiməndə belini ovur”

Əməkdar artist: “Qadın var, kişi hamamda çiməndə belini ovur”

2022/05/26 16:38

Cazibədar modelin sinəsinə sabiq deputatın adını yazdılar – SƏBƏB / VİDEO

Cazibədar modelin sinəsinə sabiq deputatın adını yazdılar – SƏBƏB / VİDEO

2022/05/26 16:34

Dünya liderləri İlham Əliyevi təbrik edir – YENİLƏNDİ

Dünya liderləri İlham Əliyevi təbrik edir – YENİLƏNDİ

2022/05/26 15:44

Çin lideri: “Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm”

Çin lideri: “Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm”

2022/05/26 15:29

Röya Ayxan: “Özümə yekə qulaq qoydurmaq istəyirəm” – VİDEO

Röya Ayxan: “Özümə yekə qulaq qoydurmaq istəyirəm” – VİDEO

2022/05/26 15:19

İlham Əliyevlə birinci xanım Füzuli və Cəbrayıla getdi

İlham Əliyevlə birinci xanım Füzuli və Cəbrayıla getdi

2022/05/26 15:04

Bakıda Afrika Günü ilə bağlı mərakeşli fotoqrafın sərgisi açılıb – Fotolar

Bakıda Afrika Günü ilə bağlı mərakeşli fotoqrafın sərgisi açılıb – Fotolar

2022/05/26 14:57

Bakıda 47 yaşlı kişini döyə-döyə öldürdülər

Bakıda 47 yaşlı kişini döyə-döyə öldürdülər

2022/05/26 14:55

Çavuşoğlu: “Ukraynada atəşkəs müzakirələri ikinci plana keçib”

Çavuşoğlu: “Ukraynada atəşkəs müzakirələri ikinci plana keçib”

2022/05/26 14:42

İran XİN başçısı: “Ukraynaya hücumu kəskin şəkildə pisləyirik”

İran XİN başçısı: “Ukraynaya hücumu kəskin şəkildə pisləyirik”

2022/05/26 14:16

Müdafiə Nazirliyindən Ermənistana məxsus PUA-nın vurulması ilə bağlı RƏSMİ AÇIQLAMA

5 min nəfərə “Müharibə veteranı” adı veriləcək

2022/05/26 13:57

Şəhid anası NALƏ ÇƏKDİ: “Kömək edin, balama verilən evi…” – VİDEOMÜSAHİBƏ

2022/05/26 13:34

Hadrutda televiziya stansiyası istismara veriləcək

Hadrutda televiziya stansiyası istismara veriləcək

2022/05/26 13:31

Cavid Qurbanovun yerinə gələn kimdir? – DOSYE

Cavid Qurbanovun yerinə gələn kimdir? – DOSYE

2022/05/26 13:25

AQTA-dan uşaq bağçasındakı görüntü ilə bağlı AÇIQLAMA

AQTA-dan uşaq bağçasındakı görüntü ilə bağlı AÇIQLAMA

2022/05/26 13:18

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • RU
  • EN

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.