Cümə axşamı, 2 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Kommunal kabusu

Zamin Hacı
07/12/2021 10:45
2
BAXIŞ
FacebookTwitterTelegram

“Avropada bir kabus dolaşır, kommunizm kabusu”

(Karl Marks, Fridrix Engels, “Kommunist Partiyasının manifesti”, 1848-ci il)

Kommunal xidmətlərin qiymətində artım qərarının tüstüsü keçənlərdə ərşə bülənd olsa da alovu canımızı indi qızdırır. Axı qərar noyabrın 1-dən qüvvəyə minmişdi, keçən ayın ödəniş qəbzləri isə yavaş-yavaş gəlməkdədir. Mən dünən elektrik enerjisi qəbzini alıb xeyli isindim, sevindiyimdən vurub lüstrdə bir-iki çırağı da partlatdım, buna görə əlaqədar orqanlara dərindən minnətdarlığımı bildirirəm.

Çekin üzərində 3 dənə tarif planı yazılmışdı. 200 kilovat/saata qədər 8 qəpikdən, 200-dən 300-ə qədər 9 qəpik, 300 kvt/saatı keçsən 13 qəpik. Maşallah. Qafqazın və dünyanın lider dövləti, Avropanın və Asiyanın enerji təhlükəsizliyinin təchizatçısı olan respublikamız vətəndaşlarının qəpiklərini sayır. Ancaq düşünürəm, 3 tarif planı elektrik enerjisi üçün azdır. Tarif cədvəlində 350, 400, 450 və sairə limitlər, hərəsinin öz qiymətini müəyyən eləmək yaxşı olardı. 350 kilovat işlədən üçün 14,3 qəpik və “pi” ədədinin cəmi, 400 kilovatı keçərkən hər kilovatı Avoqadro ədədinə vurmaq, 450-dən sonra isə hər evə Plank sabiti tətbiq edilməlidir, çünki bu limiti aşan evlərdə artıq qara dəliklər yaranır.

Bəlkə bu yolla millət riyaziyyatı, fizikanı, dəqiq elmləri öyrənib ölkədən baş götürüb qaçardı, yollarda sərbəstlik olardı. Yoxsa bəzən nazirlər və deputatlar tıxaca düşür.

İndi intizarla qazın qəbzini gözləyirik, görək orada bizi hansı tarif yenilikləri xoşallandıracaqdır. Çünki oktyabrda bunu da qaldıranda dedilər cürbəcür maraqlı tariflər olacaqdır, hazırlaşın. 1200 kubmetr bir tarif, 1200-dən 1500-ə başqası, 2000-i keçəndə “özünü as” limiti və sairə – o qədər rəngarəng hazırlanmışdı ki, camaat heç zad başa düşmədi. Belə də lazımdır, niyə qabaqcadan başa düşək? Qəbz sürprizlə gələndə ləzzəti, həzzi ayrı cür olur.

Yeri gəlmişkən, təzə qiymətlərin qəbzləri gəlhagəldə ikən, fikir verirsinizsə, hökumətdən, deputatlardan-filandan “Pensiya o qədər artacaq”, “Maaş bu qədər genələcək”, “Pulu yığıb-yığışdıra bilməyəcəksiniz”, “Pensiyaçılar dünya turuna çıxacaq, əlillər kürü yaxmacı tıxacaq” tipli açıqlama, bəyanat və intervülər şiddətlə çoxalır. Sadəcə, bir önəmli fərqlə: bu artımlar, sən demə, 2022-ci ildə, o cümlədən, 2022-ci ilin ortalarına doğru gözlənirmiş.

Əcəb işdir. Nədənsə hər zadın qiyməti 2021-in 1 noyabrından qalxır, ancaq maaşlar yalnız 2022-dən, ən yaxşı halda yanvarın axırından, o da hələ artsa. Deməli, vətəndaşları ən azı 3 ay ərzində (noyabr, dekabr, yanvar) bahalıq, inflyasiya ilə üzbəüz, mühasirədə, “silahsız” atıb gedən hökumətimiz vardır. Mən onları istefaya çağırıram, ancaq 2029-cu ilin 13-cü ayından. Bu yerdə hökumətimizin şərəfinə korifey sənətçilərimizdən Elsevər Göyçaylının mahnısından bir kuplet oxuyuram: “O sənli günlərimi salanda hər gün yada mən, Tək qalıb zülmün əlində gəlirəm fəryada mən. Qulaq as indi nələr çəkdiyimi al nəzərə, Dəstəyi qoyma yerə, qoyma yerə”.

Sonda zəhmətkeşlərimizin diqqətini “kommunal” sözünə yönəldirəm. Bu, latın sözü olub “icma, şəhər, toplum” mənasını verir. Yəni kommunal xidmətlər xalqın toplum şəklində aldığı zadlardır. Bəlkə hökumət buna belə ad qoyub ki, biz birləşək? Ancaq fikirləşirsən birləşib neyləyəcəyik, uzağı AXC-Müsavat cütlüyü qurarıq…

1970-80-ci illərdə, SSRİ-də bir kommunizm nağılı vardı. Guya biz gələcəkdə hamının bərabər olduğu, maddi-mənəvi nemətlərin pulsuz paylandığı quruluşda yaşayacaqdıq. İndi kommunizm gəlməsə də kommunal xidmətlər erası gəlmişdir. Qapımızın ağzında kabus dolaşır – kommunal kabusu…

DAHA ÇOX OXU

export

DİN iranlı narkobaronların havadarlarına qarşı əməliyyatlar keçirib, 36 nəfər tutulub – VİDEO

01/02/2023 16:54
export

Gültəkin Hacıbəyliyə bəraət verildi

01/02/2023 16:51
export

Zülfiyyə Qurbanova: “Övladım olsa, istəmərəm Azərbaycanda aktyor olsun”

01/02/2023 16:44
1-MANŞET

Naxçıvanla Türkiyə arasındakı sərhəd açıldı

01/02/2023 15:52
1-MANŞET

Aqil heç vaxt “hazıra nazir” olmayıb” – MÜSAHİBƏ- VİDEO

01/02/2023 15:20
export

Türkiyədə əri onunla barışmaq istəməyən arvadının üzünə bıçaqla xəsarət yetirdi – VİDEO

01/02/2023 15:16
SON XƏBƏR

15 yaşında ailə quran azərbaycanlı müğənni: "Günah atamdadır!" - VİDEO

Nazilədən Ağakərimin oğluna: "İynə vurursunuz ki, 150 minə satdığınız evdən... " - FOTO

İbrahim Borçalının həyat yoldaşı: Rəhimi 3 gün dəfn etməyə qoymadım – VİDEO

Xəbər lenti

FTB, prezident Baydenin Delaverdəki evində məxfi sənədlər üzərində axtarış aparır

01/02/2023 22:00

“Leopardlar”ın necə idarə olunacağını açıqlanıb

01/02/2023 21:40

Belçika 40 ildir işləyən nüvə reaktorunu bağlayır

01/02/2023 21:17

Azərbaycanda məktəb direktoru HƏBS EDİLDİ

01/02/2023 20:57

Antalyada dəhşətli hadisə: Yaşlı qadın boynundan kəndir asılı vəziyyətdə ölü tapılıb

01/02/2023 20:52

Haiti liderinin öldürülməsində şübhəli bilinən 4 nəfər ABŞ-a göndərilib

01/02/2023 20:20

Fransa İstanbuldakı konsulluğunu bağlayır

01/02/2023 19:56

Rusiya Afrikada: Dezinformasiya əməliyyatları qitəni HƏDƏF ALDI

01/02/2023 19:11

Avstraliyada itkin radioaktiv kapsul tapılıb

01/02/2023 18:45

XƏBƏRDARLIQ! – Bu tarixdən hava kəskin dəyişir

01/02/2023 18:08

Bu şəxslərə Prezident mükafatları verildi – Siyahı

01/02/2023 17:57

Uşaqlara qarşı seksual xarakterli zorakılıq hərəkətlərinə görə cəzalar sərtləşdirilib

01/02/2023 17:37

Azərbaycanda etik davranış üzrə müvəkkil vəzifəsi təsis edilib

01/02/2023 17:24

Neftin ucuzlaşması  Azərbaycana necə təsir edir?

01/02/2023 17:19

DİN iranlı narkobaronların havadarlarına qarşı əməliyyatlar keçirib, 36 nəfər tutulub – VİDEO

01/02/2023 16:54

Gültəkin Hacıbəyliyə bəraət verildi

01/02/2023 16:51

Zülfiyyə Qurbanova: “Övladım olsa, istəmərəm Azərbaycanda aktyor olsun”

01/02/2023 16:44

“Biz maaşı da, qızı da göstərmirik” – “Qarabağ”ın yeni transferi

01/02/2023 16:39

Naxçıvanla Türkiyə arasındakı sərhəd açıldı

01/02/2023 15:52

Aqil heç vaxt “hazıra nazir” olmayıb” – MÜSAHİBƏ- VİDEO

01/02/2023 15:20

Türkiyədə əri onunla barışmaq istəməyən arvadının üzünə bıçaqla xəsarət yetirdi – VİDEO

01/02/2023 15:16

Azərbaycan Gəncləri Günü münasibətilə Şuşada tədbir keçirilib

01/02/2023 15:11

Qərb İrəvana savaş xəbərdarlığı etdi: Azərbaycan ordusu cəmisi iki günə Ermənistanın üzərindən keçəcək

01/02/2023 14:56

Elgizin dayısı ilə bağlı etirafı hər kəsi kövrəltdi – VİDEO

01/02/2023 14:53

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.