Şənbə, 28 May 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
No Result
View All Result

Nisgilin dağıldığı, ümidin böyüdüyü gün

Xalid Kazımlı
27/09/2021 08:29
0
0
BAXIŞ
FacebookTwitterTelegram

Böyük bir nisgil gəzdirirdik. Qubarı daimiydi, qəhərinin artan, azalan vaxtı olurdu. Hərdən düşünürdük ki, yəni o doğma yurdları, doğulub-böyüdüyümüz, gəzib-dolaşdığımız, çilingağac, futbol oynadağımız çöl-çəməni, dərə-təpəni görmədən, dünyanın ən sərin və lətif suyu saydığımız bulaqlardan bir daha içmədən köçəcəyikmi dünyadan.

Ümid heç zaman ölmürdü. Amma bu ümidlə yaşayan yaşlı insanlar bir-bir ölürdülər. Çoxu doğma yurddan çox-çox uzaqlarda torpağa tapşırılrdı. Ömrünün 10-cu onluğunu da xərcləyib yarıdan keçirən nənəm doğma yurddan söz düşəndə qəribə bir nikbinliklə deyirdi: “Mənim möhlətim var, öz torpağımıza getməyincə, Əzrayıla can vermək yoxdur”.

Amma qayıdış çox uzandı, yaşlı qohumların, qonşuların, həmkəndlilərin ömrü vəfa etmədi. Nisgilli getdilər.

Keçən ilin bu gününə qədər yurd nisgili böyüyə-böyüyə gəlirdi. Andır yalnız böyüyə bilir, lənət şişi kimidir, heç kiçilməyi yoxdur.

2020-ci ilin bu günü isə boğazımızda düyünlənən qəhərin böyüməsi dayandı, bu dəfə ümid böyüməyə başladı və 44 günün tamamında 28 illik möhnəti yox etdi.

Bizim kəndimiz təmas xəttindəydi. Kənd özü erməni istehkamına çevrilmişdi. Ön səngərdə qulluq edən əsgərlər, o həndəvərdə yaşayan mülki adamlar deyirdilər ki, düşmən oranı alınmaz qalaya çevrib, keçilməz edib. Adamlar binoklla izləyərək orada nə kimi möhkəmləndirici işlər getdiyini görmüşdülər.

Bununla belə, inam vardı ki, kəndimiz ilk həmlədəcə düşməndən geri alınacaq.

Camaat da, əsgərlər də düz deyirmiş. Bizim kənddən geridə olan yaşayış məntəqələri, hətta 15-16 kilometr o tərəfdəki Füzuli şəhəri, 20 kilometr aralıdakı Hadrut qəsəbəsi, eləcə də Cəbrayıl, Zəngilan rayonları azad olundu, amma bizim kənddən xəbər yox idi.

İgid əsgərlərimiz kəndimizin böyür-başından keçib düşməni gəldiyi yerə qədər qovmuşdular, kəndimizdə bunkerlərdə gizlənən və ölümünə müqavimət göstərən erməni hərbi hissələrini mühasirəyə salmışdılar.

Onlar heç də kamikadze deyildilər, fikirləri döyüşə-döyüşə ölmək, sona qədər təslim olmamaq deyildi. Necə ki, axırda, 25 gündən sonra sağ qalan erməni döyüşçülər əllərini qaldırıb binkerdə çıxdılar, yalvara-yalvara, ağlaya-ağlaya, aman istəyə-istəyə təslim oldular.

Ermənilərin müqaviməti sentyabrın 27-də başlayan müharibənin oktyabra keçmədən, uzağı 4-5 günə dayandırılacağına hesablanmışdı.

Elə Xankəndidəki və İrəvandakı ermənilər də ümidliydilər ki, “beynəlxalq day-daylar” işə qarışacaq, Azərbaycanı durduracaqlar və bunkerlərdə müqavimət göstərən döyüşçülər sağ-salamat qalacaqlar.

Bizim ümidimiz isə onaydı ki, 2016-cı ilin aprelindəki kimi olmayacaq, bu dəfə düşmən torpaqlarımızdan təmizlənəcək. İnamsızlar da vardı, deyirdilər, yenə də Lələtəpə kimi bir neçə yüksəklik, uzağı, bir kənd geri alınacaq, sonra atəşkəs elan olunacaq, müharibə bitəcək.

Ermənilər yanıldılar. Bizim optimistlərin və informasiyalı adamların dedikləri doğruldu. Ordumuz 44 gün boyunca yalnız irəli yürüdü, arada hətta düşməni qabağına qatıb, qoparağını götürərək yüyürdü, sonda qayalara dırmaşdı, Şuşanı azad etdi.

Nisgilin dağıldığı, ümidin böyüdüyü gün

Bu ilin fevralında köhnə giriş yolu tamam bağlanmış, dolama yolları torpaqdan qabaran minaların (əsasən tank əleyhinə) əhatəsində olan kəndimizdə oldum. Buranın nə vaxtsa kənd olduğuna dəlalət edən əlamətlər vardı. Adam öz ata evinə getmək üçün yol tapmaya… hər tərəf kol-kos, cəngəllik idi…

Biz kəndin bu gündə olduğunu çoxdan bilirdik – hələ 94-cü ildən. Yağılar abad bir kəndi söküb-dağıdıb, yandırırdılar. Şükürbəylinin qəlbi təpələrindən binoklla görənlər vardı. Amma yenə də qoyub gəldiyimiz kənd hər kəsin təsəvvüründə salamat idi.

İndi artıq o yandırılmış, xaraba qoyulmuş, minalanmış ərazi özümüzdədir. Gedənlər, ayağının altına baxa-baxa kəndi gəzənlər də var.

Hamımız bilirik ki, işğal olunmuş kəndlərin azadlığı bizə ucuz başa gəlməyib, bu yolda lay divar kimi oğullar şəhid olub, yaralanıb. Şəhidlərin xatirəsi, qazilərin xətri hamımız üçün əzizdir.

Amma niyə belə olmalıydı axı? Niyə qonşumuz özünü vəhşi yam-yam tayfaları kimi aparmalıydı, özlərinin olmayan torpağa iddia etməliydi, başqalarının qazandığı varidatı yağmalamalıydı, xaraba qoymalıydı? Niyə?

Bu cinayətin cəzası təkcə düşmənin itki verərək öz xarabasına çəkilməsi, məğlubiyyət acısı yaşamasıdirmi? Əsla. Başqa cəzalar da olmalıdır.

Başının salamatlığını istəyən xalq isə heç zaman düşməndən zəif və arxasız olmamalıdır. Olarsa, nəsibi nisgil, qubar, qəhər olacaq.

***

Allah şəhidlərimizə rəhmət eləsin və torpaqlarımızın azadlığı uğrunda zəhməti keçən hər bir şəxsə cansağlığı versin.

DAHA ÇOX OXU

Rəqəmlər balet oynayanda
Köşə

Texniki inkişaf

26/05/2022
II Müqəddəs Georgi – Jukova nədən “qənimət adam” demək olar
Köşə

II Müqəddəs Georgi – Jukova nədən “qənimət adam” demək olar

26/05/2022
Rəqəmlər balet oynayanda
Köşə

Çörəyini ayaqlayanlar

25/05/2022
Müharibənin dəhşətli üzü – kütləvi aclıqdan necə xilas olmalı?
Köşə

Müharibənin dəhşətli üzü – kütləvi aclıqdan necə xilas olmalı?

25/05/2022
4 helikopterin umu-küsüsündən 2 “Akınçı”ya qədər keçilən uzun, şərəflitarix: İki liderin tək yolu
Köşə

4 helikopterin umu-küsüsündən 2 “Akınçı”ya qədər keçilən uzun, şərəflitarix: İki liderin tək yolu

25/05/2022
Rəqəmlər balet oynayanda
Köşə

“Yaxşı” separatçının abidəsi

24/05/2022
SON XƏBƏR
Prezident: “Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrində bir dənə də fərari olmayıb”

Prezident: “Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrində bir dənə də fərari olmayıb”

Sentyabrın 27-də azad olunan ərazilər – SİYAHI

Sentyabrın 27-də azad olunan ərazilər - SİYAHI

Vətən müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin təməli qoyulacaq – VİDEO

Vətən müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin təməli qoyulacaq - VİDEO

Xəbər lenti

Azərbaycanda Müstəqillik Günü qeyd olunur

Azərbaycanda Müstəqillik Günü qeyd olunur

2022/05/28 01:00

Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR

Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR

2022/05/27 21:40

6 milyonluq borca görə həbs edilən hotel sahibi də azad olundu

6 milyonluq borca görə həbs edilən hotel sahibi də azad olundu

2022/05/27 20:54

Gəncə hadisələrinə görə məhkum olunan bu şəxslər əfv edildi- Siyahı

Gəncə hadisələrinə görə məhkum olunan bu şəxslər əfv edildi- Siyahı

2022/05/27 20:30

Jurnalist Əfqan Sadıqov əfv olunub

Jurnalist Əfqan Sadıqov əfv olunub

2022/05/27 19:26

Əli Kərimlinin sürücüsü əfv olundu

Əli Kərimlinin sürücüsü əfv olundu

2022/05/27 19:23

Ömürlük məhkum edilən Şəmsi Səmədzadə əfv olundu

Ömürlük məhkum edilən Şəmsi Səmədzadə əfv olundu

2022/05/27 19:03

Sabiq icra başçısı əfv sərəncamı ilə AZAD EDİLDİ

Sabiq icra başçısı əfv sərəncamı ilə AZAD EDİLDİ

2022/05/27 18:56

Mehriban Əliyeva Ağalı kəndindən paylaşım edib – FOTO

Mehriban Əliyeva Ağalı kəndindən paylaşım edib – FOTO

2022/05/27 18:55

Təhsil İdarəsindən məktəbdə “Son zəng”ə görə pul yığılması iddiasına AÇIQLAMA

Təhsil İdarəsindən məktəbdə “Son zəng”ə görə pul yığılması iddiasına AÇIQLAMA

2022/05/27 18:48

Prezident İlham Əliyev əfv sərəncamı imzaladı – SİYAHI

Prezident İlham Əliyev əfv sərəncamı imzaladı – SİYAHI

2022/05/27 18:45

“7 ildir keçmiş iş yerimlə bağlı təhdid edilirəm”- Sevinc Qədirova danışdı

“7 ildir keçmiş iş yerimlə bağlı təhdid edilirəm”- Sevinc Qədirova danışdı

2022/05/27 18:35

Qəhrəman pilot döyüş günlərindən danışdı: “O jurnalistə deyin ki, təyyarə at deyil”

Qəhrəman pilot döyüş günlərindən danışdı: “O jurnalistə deyin ki, təyyarə at deyil”

2022/05/27 18:22

İlham Əliyev Sarkisyan-Köçaryan cütlüyünə: “Niyə qaçmısınız dovşan kimi?”

İlham Əliyev Sarkisyan-Köçaryan cütlüyünə: “Niyə qaçmısınız dovşan kimi?”

2022/05/27 17:19

“Müasir Azərbaycan dövləti 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”- Milli Məclisin deputatı

“Müasir Azərbaycan dövləti 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”- Milli Məclisin deputatı

2022/05/27 17:15

Sabah Ərdoğan Azərbaycana gələcək, iki ölkə lideri Müstəqillik Gününü bərabər qeyd edəcək

Sabah Ərdoğan Azərbaycana gələcək, iki ölkə lideri Müstəqillik Gününü bərabər qeyd edəcək

2022/05/27 17:15

“Oğlum hələ evə gəlməyib, gələn kimi qurban kəsəcəm” – Səlim Müslümovun atası

“Oğlum hələ evə gəlməyib, gələn kimi qurban kəsəcəm” – Səlim Müslümovun atası

2022/05/27 17:10

İlham Əliyev Ermənistana xəbərdarlıq etdi: “Bizim də bir çox tələblərimiz ola bilər”

İlham Əliyev Ermənistana xəbərdarlıq etdi: “Bizim də bir çox tələblərimiz ola bilər”

2022/05/27 17:03

Ziya Məmmədov Həcc ziyarətinə gedəcək – 9150 manat ödəyib

Ziya Məmmədov Həcc ziyarətinə gedəcək – 9150 manat ödəyib

2022/05/27 16:54

Rusiyanın ən varlı uşağı olan AZƏRBAYCANLI görün kimdir (FOTO)

Rusiyanın ən varlı uşağı olan AZƏRBAYCANLI görün kimdir (FOTO)

2022/05/27 16:40

DƏHŞƏTLİ QƏTL! Azərbaycanlı kişi sevgilisinin üstündən maşınla KEÇDİ – FOTO

DƏHŞƏTLİ QƏTL! Azərbaycanlı kişi sevgilisinin üstündən maşınla KEÇDİ – FOTO

2022/05/27 16:29

Bakıda hücuma məruz qalan qız danışdı: Yolda gedərkən məni arxadan qucaqladı və … – VİDEO

Bakıda hücuma məruz qalan qız danışdı: Yolda gedərkən məni arxadan qucaqladı və … – VİDEO

2022/05/27 16:18

Azərbaycan Kubokunun finalı: Qurban Qurbanov Rəşad Sadıqova qarşı

Azərbaycan Kubokunun finalı: Qurban Qurbanov Rəşad Sadıqova qarşı

2022/05/27 16:07

Atası tərəfindən işgəncələrə məruz qalan xəstə qızla bağlı MƏLUMAT – FOTO

Atası tərəfindən işgəncələrə məruz qalan xəstə qızla bağlı MƏLUMAT – FOTO

2022/05/27 15:51

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Xəbərlərə abunə olun

No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • RU
  • EN

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.