Çərşənbə, 22 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

De-marş düşünən düşmən – yaralı ilan

Xalid Kazımlı
24/06/2021 10:20
4
BAXIŞ
FacebookTwitterTelegram

Düşmənli xalqı fəlakətə aparan əsas şey arxayınlaşması, özgüvəninin ifrat həddi keçməsi, öz məğlubedilməzliyinə inanması, çomağını yerə qoymasıdır.

Ermənilərin 44 günlük müharibədəki məğlubiyyətlərinin başlıca səbəblərindən biri də bu idi. Çox arxayınlaşmışdılar, özlərini regionun ən qoçaq xalqı, bizi isə əfəl sayırdılar, “daha heç kəs qolumuzu qanıra bilməz” deyirdilər.

Nəticəsini hamı bilir – biz də, onlar da, region ölkələri də, gözü burda olan dünya dövlətləri də.

Çoxdüşmənli xalqlardan yalnız yəhudilər heç vaxt arxayınlaşmır, düşmən təhdidini dərhal ciddiyə alırlar, həmişə ayıq-sayıq, sərvaxtdırlar, daimi səfərbərlik halında, döyüş ovqatındadırlar.

Ona görə də onlar böyük ərəb dünyasının bir küncündə, barmaq boyda bir yerdə mövcudluqlarını qoruyub saxlaya bilirlər.

Bizdə indiki ovqat aşağı-yuxarı “müharibə bitdi, düşmənçilik sona çatdı” kimidir.

Ermənilərdən arxayınlaşmaq, özünü öymək estafetini almaqdayıq, bu səmtdə irəliləyirik.

Düzdür, müharibədən zəfərlə çıxmış əsgərlərin barəsində qəhrəmanlıq dastanlarının bağlanması təbiidir, olan şeydir, amma ifrata varmaq olmaz. Bu, millətdə özünə vurğunluq, öz gücünə yalançı inam yaradır.

1994-cü ilin mayından 2020-ci ilin sentyabrına qədər Qarabağ savaşından söhbət düşəndə nə deyirdik? Deyirdik, biz döyüşü uduzmuşuq, müharibəni yox, əsl döyüş qabaqdadır.

Uzun illərdən sonra elə deyənlər haqlı çıxdılar – biz müharibəni udduq.

İndi də ermənilər deyirlər ki, döyüşü uduzublar, əsl müharibə hələ qabaqdadır.

Amma biz deyirik ki, düşmənin beli qırılıb, müharibəni də uduzub, keçmişini də, gələcəyini də.

Ermənistanda baş nazir Paşinyanın seçkilərdə qalib gəlməsini “sülh partiyası”nın “müharibə partiyası” üzərindəki qələbəsi kimi qələmə verənlərimiz də çoxdur.

Elə bir politoloq yoxdur ki, belə ifadələr işlətməsin: “Paşinyanın qələbəsi göstərdi ki, ermənilər müharibədən beziblər, daha qan tökülməsini istəmirlər, ”böyük Ermənistan” xülyasından əl çəkiblər”.

Bu fikirlərdə həqiqət ola bilər, amma tamamilə deyil.

Heç kim düşünməsin ki, Paşinyanın rəhbərlik etdiyi qüvvələr və onlara səs verənlər “sülh partiyası”na daxildirlər. Elə deyil.

Paşinyan da millətçidir, militaristdir, Şuşada yallı gedib bizə acıq verən, əzici mesajlar göndərən adamdır. Onun həyat yoldaşı müharibədən əvvəl də, müharibənin gedişində də əyninə əsgər paltarı geyib, əlinə silah götürüb bizə tuşlayırdı.

Sadəcə olaraq, Paşinyan müharibədə məğlub olmuş, məğlubiyyətin acısını dərisində hiss etmiş, ancaq ambisiyası ərşə-gürşə çatan adamdır. O, xalqının ümdə xəyallarını, arzularını bilir, əmindir ki, yaranmış situasiyada onların gerçəkləşməsini bir müddət təxirə salmaq, vaxt qazanmaq lazımdır.

Koçaryanın hakimiyyətə gəlməsi və dərhal Azərbaycana qarşı revanşa başlaması ermənilərin böyük fəlakəti olacaqdı. İndilikdə inçəsi qırılmış ilan kimi yerində qıvrılan Ermənistan yaralı-yaralı daha bir savaşa atılacaq, ağır zərbə alacaqdı.

Ermənilərin ağlı çatdı ki, savaşı ertələsinlər, önlərində gərilmiş yay kimi duran Azərbaycan ordusunun əl-qolunun boşalmasını, arxayınlaşmasını gözləsinlər, yavaş-yavaş toparlansınlar, gizli-gizli silahlansınlar, tam təchizata malik olandan sonra həlledici döyüşə atılsınlar.

Onlar belə düşünürlər.

Biz isə düşmən üzərində “tam və qəti qələbə”dən danışır, Paşinyanın seçki qələbəsinin xeyrimizə olduğunu düşünürük.

Ermənilər də 2003-də Azərbaycanda keçirilən seçkilərdə müxalifətin yox, iqtidarın qələbəsini arzulayarkən elə düşünürdülər ki, “Qarabağı qaytaracağıq” deyən müxalifətçilərdənsə, “Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənəcəyinə ümidvarıq” deyən iqtidar düşərgəsinin qələbəsi yaxşıdır.

Sonu nə oldu? Onları yaman günə məhz bizim “sülh partiyası”nın nümayəndəsi qoydu.

Biz ermənilərin həmin təcrübəsindən dərs götürməliyik. Qətiyyən arxayınlaşmamalı, çomağı əlimizdən yerə qoymamalı, əsgərimizin biliyini və biləyinin gücünü artırmalı, müharibəyə hər gün hazır olmalıyıq.

Elə olmasaq, bir gün ermənilərin indiki halına düşə bilərik. Keçən il bu vaxt onlar da bizimlə ötkəm tonda danışırdı, indi biz onları “lazım gəlsə Zəngəzuru da tutarıq” deyə hədələdiyimiz kimi, onlar da “müharibə başlasa, Gəncəni götürərik, tanklarımızı Bakıya sürərik” deyə hədələyirdilər.

Uzun sözün kəsəsi, düşmən yatmırsa, hər zaman nəsə bir plan qurursa, biz də yatmamalıyıq.

DAHA ÇOX OXU

Flash

Sərhəd üzərində uçan qırıcı… – İran dostluq, qonşuluq bağlarını qıra-qıra gedir

13/03/2023 12:31
Flash

Həyasızlığın bu qədəri: İrəvandan Bakıya yeni “sülh” şərti – Qriqoryan həddini aşdı!

13/03/2023 12:30
Flash

Rəqqasədən öyrəndiklərim

13/03/2023 12:15
Flash

Casusluq ittihamı ilə tutulanların vinyetkası

13/03/2023 12:11
Flash

5-ci kolona xidmət edən zootexnik

05/03/2023 19:07
Köşə

Azərbaycanlı mollanın ölümü

04/03/2023 10:12
SON XƏBƏR

Müğənni Günel bədənindəki məşhur döyməni göstərdi - FOTO

İstanbulda azərbaycanlı sürücü küçədə güllələndi - VİDEO

Sumqayıtdakı vəhşiliklə bağlı rəsmi açıqlama

Xəbər lenti

Oqtay Əliyevin vəfat etdiyi qəzanın səbəbi bilindi – ürəyi tutub…

22/03/2023 19:39

Diqqətsizlik nəticəsində skuter qəzası baş verdi – VİDEO

22/03/2023 19:30

Pərvin Niderlandda “şpaqat açıb” poza verdi – FOTOLAR

22/03/2023 19:15

Oqtay Əliyev yol qəzasında öldü, Dilarə Əliyeva yaralandı

22/03/2023 19:09

Gürcüstan parlamentində əlbəyaxa dava oldu

22/03/2023 19:00

Boğazdakı heyrətamiz görüntü hər kəsi ŞOKA SALDI- VİDEO

22/03/2023 18:45

Kafedə işlədiyinə görə qadını qınayan aparıcını biabır etdilər: – “Sən niyə kişilərlə işləyirsən?”

22/03/2023 18:25

Yaşlı cütlüyün piknik süfrəsinə TİMSAH QONAQ OLDU – VİDEO

22/03/2023 18:15

Daha bir azərbaycanlı bloger eyvanda alt paltarsız FOTOSESSİYA etdirdi

22/03/2023 18:00

“Sabah saat 08:00-dan…” – XƏBƏRDARLIQ

22/03/2023 17:47

Oruc tutacaq şəxslərin NƏZƏRİNƏ!: Bunları MÜTLƏQ EDİN!

22/03/2023 17:34

Apreldə 12 gün iş olmayacaq – TƏQVİM

22/03/2023 17:16

Niyaməddin Musayevin mahnısını oxudu, gündəm oldu – VİDEO

22/03/2023 17:00

Ata Sumqayıtda kar və kor övladlarına görün nə etdi – Ana şikayətçi oldu

22/03/2023 16:47

“Buradakı azərbaycanlılar Rusiyadakıların dırnağı ola bilməz” – Şəbnəm Tovuzlu

22/03/2023 16:35

Heydər Əliyevin sürücüsü 33 il sonra danışdı – İlk görüşümüzdə…

22/03/2023 16:23

2 uşaq anasının QANLI SEVGİ MACƏRASI: “Pəncərədən baxdım çarpayıya söykənib…”

22/03/2023 16:10

Xoşqədəm Doğuşa ƏSƏBİLƏŞDİ: “Bu, nə sözdür deyirsən?”

22/03/2023 15:57

Dollar çökəcək, pul yığmaq istəyənlər… – Məşhur iqtisadçıdan ÇAĞIRIŞ

22/03/2023 15:45

“Sürücü hərəkətdə ola-ola mənə intim əlaqə təklif etdi…” – Bakıdakı hadisənin TƏFƏRRÜATLARI

22/03/2023 15:33

Bakıda gecə klubunda kütləvi dava: Pərvin Abıyevaya və işdən qovulan polis sevgilisi də orada olub – VİDEO

22/03/2023 15:28

Tanınmış müğənni faciəvi şəkildə həyatını itirdi – FOTO

22/03/2023 15:25

İdarəetməni itirən sürücü avtomobili divara çırpdı – VİDEO

22/03/2023 15:05

240 manata görə döyüldü, təhdid edildi: “Sənin qulağını kəsərəm” – VİDEO

22/03/2023 14:24

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.