Əslində bu sətirləri iyun hadisələrinin ildönümündə yazmaq ikiqat ağırdır. Qiyamçı polkovnik Surət Hüseynov rəhbərlik etdiyi korpusun şəxsi heyətini və hərbi texnikasını Xankəndinin 20-30 km-liyindən çəkib hakimiyyət davası aparmasaydı, indi Rusiyanın faşist mövqeli yazıçısı Eduard Limonovun Qarabağda izi-tozu olmazdı. Özü də nəinki Limonovun…
Yazıçılar adətən, qan davasını bağlamaqda, sülhə çağırışlar etməkdə ad çıxarıblar, buna görə Nobel ödülünə layiq görülənlər də az deyil. Limonovsa sübut etdi ki, o, “Rusiyanın Zori Balayanıdır”. Necə ki, Qarabağda uşaq qətllərində iştirak edib sonra da türk balalarının əzabla öldürülməsindən zövq aldığını alçaqcasına qələmə alan Balayan türkün varlığına nifrət toxumu səpməkdə davam edir, Limonov da eləcə…
Özü də Limonov türklərə, Türkiyəyə nifrətini Rusiyada nəşr edilən erməni qəzeti “Yerkramas”a müsahibəsində (!) açıq-aşkar izhar edib. Faktiki olaraq faşizm toxumu səpib Türkiyə və Azərbaycana qarşı. Ancaq ölkəmizə həqarət edən bu əclafa şimalda “dur” deyən yoxdur. Görünür, bu da növbəti təzyiq vasitəsidir. Bundan əvvəl Rusiyadan bir milyarder- German Sterliqov ailəsi ilə peyda olmuşdu Şuşada. Gah özü eşşək belində cıdır düzünü dolaşır, gah arvadı özgə torpağında “moda” müsabiqəsinə girişdi. Bu dəfə də Limonov oyunu başlayıb…
Belə hallara qarşı mövqeyimiz sərt olmalıdır. Çox yaxşıdır ki, Müdafiə Nazirliyi tam haqlı olaraq düşmənə hətta yaşayış məntəqələrinə də zərbə endirəcəyi xəbərdarlığını edib. Biz Ermənistan hakimiyyətinin, erməni qatillərinin bu şərəfsizliklərinin qarşılığında kifayət qədər humanistlik göstərmişik. Qarabağdakı mülki vətəndaşlarımıza da hər zaman sözümüz bu olub ki, Azərbaycan qanunlarına tabe olanlarla işimiz olmayacaq. Üstəlik, məsələni dinc yolla həll etməyə üstünlük verdiyimizi məlum platforma ilə də nümayiş etdirdik. Ancaq bunun qarşılığında yalnız namərdlik görmüşük.
Qarabağdakı girov ermənilər də seçim etməlidirlər, düşünməməlidirlər ki, Azərbaycan ikinci erməni dövlətinin yaradılması ilə barışacaq. Kimsə insan haqları, beynəlxalq hüquq nağıllarından danışmasın. Beynəlxalq hüquq olsaydı, Xocalının dinc sakinlərini bir gecədə məhv edənlər çoxdan Haaqa Tribunalı qarşısında dayanmışdılar. Ancaq Xocalıda türk olduqları üçün insanları qətlə yetirdiyini açıq etiraf edən Sərkisyanı kürsülərə dəvət edirlər, onuna yalnız (?!) sülhlə danışmağı zəruri sayırlar.
Bunun nəticəsidir ki, Limonov kimilər “ora getmək olmaz, savaş nöqtəsidir” demək əvəzinə, Qarabağa səfər təşviqatı aparır. İmkan vermək olmaz ki, işğal zonası şirkətlər üçün “azad iqtisadi zona”, turistlər (ən çox turistin Rusiyadan gəlməsi də təsadüfi deyil-E.P.) üçünsə “havayı cənnət”ə çevrilsin.
Qarabağ müharibəsinin əfsanəvi qəhrəmanlarından biri Etibar Əmiraslanov deyirdi ki, Ermənistan bizim kəndlərimizi atəşə tutan anda biz də onların kənd-kəsəyinə mərmilər yağdırmalıyıq. Yəni erməni əhali özünün xilası naminə əsgərinin üstünə gedəcək, onu lənətləyəcək. Bizim humanizmimizdən istifadə edən işğalçı ordu adətən, erməni kəndlərinin arxasında mövqe tutur, alçaqcasına mülki sakinlərdən “meşin” kimi istifadə edir. Necə ki, xeyli vaxtdır ordumuzun “əlinin içindəki” Talış kəndinə erməni əhalini qaytarmağa çalışırlar. Düşmənə dərs verməliyik, Sərkisyanın öz dili ilə ona cavab qaytarmalıyıq. Yoxsa turist də gələcək, aeroport da açılacaq…
Unutmayaq, Limonovun banlaması da elə-belə məsələ deyil, yeni “Aleksandr Lapşin” layihəsidir, bu dəfə “limon” formasında. Azərbaycan XİN-i rəsmi mövqe bildirib, adını “qara siyahı”ya salıb. Ancaq Qarabağa qanunsuz gələnlərin qara siyahısı bizi xilas etməyəcək. Dərinliklərə, elə yaşayış məntəqələrinə, mis mədənlərinə endirilən nöqtəli zərbələr Qarabağa gələn rus turistləri, bolşevik Limonov kimilərini də çəkindirəcək. Ermənilərin Qarabağ turizmindən gəlir götürmək niyyətini onların gözündə qoymaq lazımdır.
Həm də Limonovun “türkə nifrətinə görə” Qarabağa gəldiyi barədə rəsmi səviyyədə qardaş Türkiyəni də xəbərdar etməliyik. Bu fakt bir daha sübut edir ki, Qarabağ təkcə Azərbaycanın məsələsi deyil, bura türk torpağı, biz türk olduğumuz üçün bəlaya düçar olmuşuq. Elə isə türkə nifrət edənlərlə haqq-hesab günündə Azərbaycan və Türkiyənin bir yerdə olmasına əşhədü-ehtiyac var. Kəsəsi, Türk ordusu 99 ildə ikinci kərə Azərbaycana çağırılmalıdır.