Cümə axşamı, 30 İyun 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Mitoz bölünmə

Zamin Hacı
16/12/2015 11:32
A A
0
BAXIŞ
FacebookTwitterTelegram

zamin yeni raz

Bizdə hansısa müxalifətçi “ümummilli məsələlərdə iqtidarla həmrəylik göstərilməlidir” deyirsə dərhal qardaşın (ya da bacının) hansı yuvanın quşu olmasını, yaxud daha dəqiqləşdirsək, hansı budağa qonmağa hazırlaşdığını anlamalıyıq. Adamlar bununla açıq-aydın siqnal verirlər ki, biz daha müxalifət olmaqdan yorulmuşuq, bizə də anbarın bir küncündən taxılı daşımağa şərait yaradın. Yoxsa hansı milli məsələdən söhbət gedir? Bunlar anekdotdan başqa bir şey deyil. Azərbaycan iqtidarının həyatda olduğu bütün illər ərzində korrupsiyadan, talançılıqdan başqa milli fəaliyyət proqramı olmamışdır. Müxalifətçi “milli məsələdə həmrəyik” deyərkən “biz də oğurlamaq istəyirik” işarəsi verir.

Əslində bu, çox yaxşı haldır. Müxalifəti iqtidarına bənzəyən xalqlar xoşbəxt olur, belə izdivacdan törəyən uşaqlar sağlam böyüyürlər.

Deyilə bilər ki, yazıq müxalifət neyləsin, iqtidarın ömrü uzun çəkdi, atı atın yanına bu qədər müddətə örükləsən nəinki həmxasiyyət və həmrəng olarlar, hətta siam əkizləri kimi yapışarlar. (Düzü, atlar arasında siam əkizləri olurmu, bu haqda heç bir bilgim yoxdur. Belə bir atı fiziki təsəvvür etmək nə qədər çətin olsa da mənəvi təsəvvür o qədər asandır: gözümüz önündə Azərbaycan iqtidarı və müxalifəti vardır). Ancaq bu nisyə söhbətdir. Elə qısa müddətdə də bunlar bir-birinə bənzəyirdilər, örnək üçün, sonradan iqtidara satılan müxalifətçilərin əvvəlki davranışlarını göz önünə gətirəndə gələcək üçün nə qədər aydın işarələr olması sezilir. Sadəcə, bizim gözümüz örtülü olmuşdur. Xalqımıza, onun müxalifət və iqtidarına çox məhəbbətlə yanaşmışıq. Məhəbbətin isə gözləri kordur, məlum məsələdir. Nağılda divin qurbağanı sevməsi kimi.

Milli Təhlükəsizlik Nazirliyinin parçalanması əməliyyatı bu baxımdan bizə çox tanış gəldi. Nəyi xatırladırdı? Ay sağ olasınız: Azərbaycan Xalq Cəbhəsinin bölünməsini. Yazdıq axı – mübarizə imitasiyası uzun çəkdikcə iqtidar da müxalifətə oxşamağa başlamışdır. Nə tökərsən aşına, o çıxar qaşığına. Özgəyə partiya bölənin, öz nazirliyi quyuya düşər. Nazir dedi idarəmdə qızıl var, prokurorluq dedi yığıb gəlirik. Bunlar hamısı, gördüyünüz kimi, milli məsələdir, folklordan, soy kökümüzdən gəlir.

Yaxın gələcəkdə MTN-in DTX və XKX-yə mitoz bölünməsi davam edəcəkdir. DTX içindən bir qrup ayrılıb Klassik DTX yaradacaqdır. XKX isə Bütöv Azərbaycan XKX olacaqdır. Sən hesab edirsənsə bunlar zarafat, qara yumordur, o zaman tariximizi heç oxumamısan. Bunlar hamısı tariximizin təkrarıdır. İç Oğuzlar Dış Oğuzlara düşmən idi. 24 tayfanın hərəsi bir tərəfə baxırdı. Ağqoyunlular qaraqoyunluları adam saymırdı. Şəkililər qarabağlıları soymaq istəyirdi, bakılılar qubalıları. Yazıq Qazan xan ildə bir dəfə Neft Fondunun… üzr istəyirəm, yanlış getdi – xəzinənin ağzını açıb yağmalama elan edirdi. Xalq gəlirdi, hərə əlinə keçəni çırpışdırıb aparırdı. Bəzi xarici marketlərdə endirim kampaniyası zamanı piştaxtaları necə silib-süpürürlərsə, bax, onun kimi. Düzdür, indi piştaxtalar onsuz da boşdur, dünya erməni kilsələrinə müftə qaz verən o boyda SOCAR qənaət proqramı elan edib, ancaq təşkilatı bölməyin ziyanı yoxdur. Örnək üçün, bizdə Xalq Cəbhəsi çoxaldıqca ermənilər qorxuya düşürdülər, bilmirdilər daha hardan onlara qarşı cəbhə açacağıq.

Əsas odur qabaqlayıcı tədbirlər görülüb, əhalinin qışqırışması mümkün olmayacaqdır. Bəs necə, dünənə qədər qışqırmağın cəriməsi 30-40 manat idisə, indən belə 400-500 manat olacaqdır. Səsimizi ayrı cür kəsə bilməzdilər. Axı biz üsyankar camaatıq. 1989-cu ildə Yaponiyanın “Hokkaydo şimbun” qəzetinin rəy sorğusuna görə “Planetin xalqı” seçilmişdik. İnşallah, indiki zəncirvari bölünmələrimizdən alınan istilik enerjisi ilə dünyanın ən enerjili, ən nüvəli xalqı sayılarıq.

Mən bölünmə məsələsində iqtidarla həmrəyəm.

DAHA ÇOX OXU

Köşə

73 illik həsrət

30/06/2022
Köşə

Qrant qırğını: kim haqlıdır?!

29/06/2022
Köşə

Sınan yerimizin bağlı qalması

26/06/2022
Köşə

Nikol və Ararat Minsk Qrupunun “yas zalı”na çələng göndərəcəkmi?..

26/06/2022
1-MANŞET

Avtoqəzada gəbərən Sərkisyan – Azərbaycan komandoları uzaqda deyil!

26/06/2022
1-MANŞET

“Hər şey Quql-da var” və ya III Msvatinin yoxa çıxmış Svazilendi

26/06/2022
SON XƏBƏR

Qarabağ İŞİD-çisi Amerika Konqresində

Qonağa küftə kasasında qara kürü verdiyimiz vaxtlar...

Kremlin 3 şərti, 4 günahı...

Xəbər lenti

Suriyalı deputat: “Qoşulmama Hərəkatında Azərbaycanın liderliyini gördük”

2022/06/30 19:56

Türkiyə Prezidenti: “Hava sərhədimizi pozan Yunanıstan cavab verməlidir”

2022/06/30 18:55

73 illik həsrət

2022/06/30 18:47

Meşədə ağaca bağlı çılpaq halada tapdılar – Məşhur kino ulduzunun şübhəli ölümü

2022/06/30 17:35

Məşhur proqramı ilə tanınan 24 yaşlı gənc evində ölü tapıldı – FOTO

2022/06/30 17:24

Türkiyə polisinin keçirdiyi “Dəmir Yumruq” əməliyyatında ələ keçirilənlər hər kəsi ŞOKA SALDI

2022/06/30 17:13

“Bəziləri qeyd edirlər ki, sürücü özünü müdafiə edib, lakin belə deyil…”-Hüquqşünasdan açıqlama

2022/06/30 17:10

Bakıda əri ilə əlbir olub ögey anasını baltaladı və gölməçəyə atdı – DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

2022/06/30 17:00

“Milyonların qüruruna görə buradayam”- Zaurun efirdən qovduğu müğənni danışdı

2022/06/30 16:51

Flora Kərimova Afət Fərmanqızıdan təzminat tələb edir

2022/06/30 16:48

Putindən gözlənilməz AÇIQLAMA: “Dialoqa hazırıq”

2022/06/30 16:41

Sürücülərin NƏZƏRİNƏ: Beş min manatadək cərimə oluna bilərsiniz

2022/06/30 16:39

Evlərə oğurluğa girməkdə şübhəli bilinən şəxs saxlanılıb: Oğlan xanım “həmkar”ını yarı yolda qoydu – VİDEO

2022/06/30 16:30

Bakıda çıxış edən Hande Yener səhnə geyimi ilə diqqət çəkdi – FOTO/VİDEO

2022/06/30 16:21

Pakistan Senatının sədrindən Azərbaycanla bağlı mühüm AÇIQLAMA

2022/06/30 16:12

Azərbaycanlı aktrisanın 6 000 AZN-lik geyimi – FOTO

2022/06/30 16:00

Qadını təpiklə vuran sürücü saxlanılıb? – Rəsmi açıqlama

2022/06/30 15:51

Hərbi hissədə ölən Fazil evin tək oğlu imiş… – FOTO

2022/06/30 15:42

Sumqayıt avtobusunda porno qalmaqalı – VİDEO

2022/06/30 15:33

“İrad bildirənlərin böyük əksəriyyətinin layihəsi doğrudan da bərbad gündədir” – PA-nın sektor müdiri

2022/06/30 15:31

Azərbaycanda hamilə qadın təcili yardım maşınında ÖLDÜ

2022/06/30 15:24

Balaxanı yolunda 3 maşın toqquşdu – VİDEO

2022/06/30 15:16

Məleykə Əsədovanın QIZININ MƏZUN GÜNÜNDƏN GÖRÜNTÜLƏR – FOTO

2022/06/30 15:05

“Axşam ikisi bir yerdə çıxacaq efirə ki, bu bir zarafat idi”-Prodüserdən sərt sözlər

2022/06/30 15:04

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.