Medianews.az
Mingəçevirdə DƏHŞƏT: qardaş bacısını boğaraq Kürə atdı
876 baxış

Mingəçevirdə DƏHŞƏT: qardaş bacısını boğaraq Kürə atdı

7addb612cd88d9a7630a6cdb5ab9e23b O, hadisəni namus üstündə törətdiyini deyib Mingəçevir şəhərində qətl hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Kür çayının sahilində qeydə alınıb. Yevlax rayonunun Havarlı kənd sakini, 1978-ci il təvəllüdlü Qasımov Asif Aydın oğlu Mingəçevir şəhərində yaşayan bacısı, 1977-ci il təvəllüdlü Qasımova Ruhiyyə Aydın qızı ilə dalaşaraq onu boğub və çaya itələyib. Suda köməksiz vəziyyətdə qalan qadın boğularaq ölüb. Asif Qasımov könüllü olaraq Mingəçevir Şəhər Polis Şöbəsinə təslim olub. O, ilkin ifadəsində hadisəni namus üstündə törətdiyini deyib. Mərhum Ruhiyyə Qasımovanın ailəli olduğu bildirilir. Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır.

Bizə qoşulun