Medianews.az
Rusiya Azərbaycana sərnişin qatarı reyslərini dayandırır
534 baxış

Rusiya Azərbaycana sərnişin qatarı reyslərini dayandırır

img1697530
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamenti sərnişinlərin nəzərinə çatdırır ki, 16 dekabr 2014-cü ildən Şimal istiqamətdə hərəkət edən, «Rusiya Dəmir Yolları» ASC-yə məxsus bəzi sərnişin qataprlarının hərəkəti müvəqqəti olaraq dayandırılır. Bu barədə "Trend"-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Belə ki, «Rusiya Dəmir Yolları» ASC-nin məlumatına əsasən, 16.12.14-cü ildən etibarən Rusiya dəmir yollarına məxsus 392/391 №-li Rostov-Bakı, 18.12.2014-cü ildən etibarən 374/373 №-li Tümen-Bakı, 20.12.2014-cü ildən etibarən isə 96/95 №-li Moskva-Bakı sərnişin qatarlarının hərəkəti iqtisadi cəhətdən səmərəli olmadığına görə dayandırılır.
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamenti sərnişinlərin nəzərinə çatdırır ki, Tümen-Bakı sərnişin qatarının əvəzinə 14.12.2014-cü ildən etibarən, 373-/374 №-li Tümen-Mahaçqala qatarı təyin olunacaqdır. Həmin qatara və Rusiya və MDB Dəmir Yolları ərazisində hərəkət edən digər sərnişin qatarlarına bilet satışı Bakı-sərnişin stansiyasının 2 №-li kassasından həyata keçiriləcəkdir.
Sərnişinlərin nəzərinə o da çatdırılır ki, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinə məxsus 55-56 saylı Bakı-Moskva sərnişin qatarı həftənin 4-cü günləri, Bakı-Xarkov sərnişin qatarı isə dörd gündən bir – cədvəl üzrə - hərəkətdə olacaqdır.

Bizə qoşulun